24 Aprel 2021 00:27
2394
ELANLAR
A- A+

“Azərbaycan Hava Yolları” London istiqamətində xüsusi reyslərin icrasına başlayır

 

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın milli aviadaşıyıcısı Heydər Əliyev Beynəlxalq Aeroportundan Londonun “Hitrou” hava limanına (IATA: LHR) yerinə yetiriləcək xüsusi reyslər üçün bilet satışına başlanır.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından əldə etmək mümkündür.

AZAL aviaşirkəti Böyük Britaniyanın paytaxtına mayın 8-dən etibarən həftədə bir dəfə (şənbə günləri) uçuşlar icra etməyə başlayacaq, mayın 25-dən isə Bakı-London-Bakı marşrutu üzrə uçuşların sayı həftədə iki dəfəyədək artırılacaqdır (çərşənbə axşamı və şənbə günləri).

Aviabiletlərin satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçirilir.

Bakı-London istiqaməti üzrə reysin sərnişinləri:

- Böyük Britaniya ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Böyük Britaniya ərazisinə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-uk

- koronavirus infeksiyasının olmaması barədə tibbi arayış almalıdırlar. Azərbaycanda COVID-19 infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: https://www.azal.az/az/information/covid-clinics. Eyni zamanda Böyük Britaniyaya səyahətedən bütün şəxslər ölkəyə gəldikdən sonra iki dəfə - krallıq ərazisində olduğu ikinci və səkkizinci günlər koronavirus testindən keçməlidirlər. Həmin testlər səyahət etməzdən əvvəl hökumət saytındakı formanı dolduraraq əvvəlcədən təxsis edilməlidir.

London-Bakı istiqaməti üzrə reysin sərnişinləri:

- Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar və ya ölkədə daimi yaşamaq üçün icazəyə malik olmalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz:https://www.azal.az/az/information/covid-azerbaijan.

- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kodun olması tövsiyə olunur, həmin kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq. Böyük Britaniyada koronavirus infeksiyasına dair testi vermək üçün tövsiyə edilən laboratoriyaların siyahısı ilə burada tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-azerbaijan.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər 14 təqvim günü ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamət üzrə reyslərin sərnişinləri:

- COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar;

- qeyd olunmuş keçiddən istifadə etməklə pandemiya dövründə AZAL aviaşirkəti tərəfindən tətbiq edilən xüsusi daşıma qaydaları ilə tanış olmalıdırlar: https://youtu.be/-s-0s4o1L2M

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video