27 Sentyabr 2024 09:13
449
SİYASƏT
A- A+
Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib

Sentyabrın 26-da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat xidmətindən verilən məlumata görə, deputatlar öncə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.

Ali Məclisin ilk iclasını ən qocaman deputat kimi açan Ramiz Məmmədov deputatları təbrik edib və yeddinci çağırış Ali Məclisə seçilmiş deputatların siyahısını oxuyub, yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclasını açıq elan edib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hesablayıcı komissiyası yaradıldıqdan sonra Ali Məclis sədrinin seçilməsi məsələsinə baxılıb. Ali Məclisin sədri vəzifəsinə təklif olunan namizəd dəstəklənmədiyi üçün Ali Məclisin sədr müavinlərinin seçilməsi məsələsinin müzakirəsinə başlanılıb.

Ali Məclis sədrinin birinci müavini vəzifəsinə 41 saylı Ordubad şəhər seçki dairəsindən deputat seçilmiş Məmmədov Bəxtiyar İbrahim oğlunun namizədliyi irəli sürülüb. Təklif səsə qoyularaq qəbul edilib, Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini seçilib.

Göstərilən etimada görə minnətdarlıq edən Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov deyib ki, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinin ölkəmizdə uğurla davam etdirilməsi sosial-iqtisadi islahatların əhatə dairəsini genişləndirib, müstəqilliyimiz və dövlətçiliyimiz, xalqımızın milli birliyi və mövcud ictimai-siyasi sabitlik daha da möhkəmlənib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regionda və dünyada söz sahibi olan dövlətə çevrilib. Demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolundakı fəaliyyət, hakimiyyətin bütün qollarında tətbiq edilən yeniliklər, idarəetmənin təkmilləşdirilməsi, ictimai həyatın bütün sahələrində qanunun aliliyinə riayət olunması və qanunvericilik bazasının zənginləşdirilməsi ilə Azərbaycanda təkmil siyasi sistem formalaşıb. Bəxtiyar Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qanunvericilik hakimiyyətinin gücləndirilməsi ilə bağlı müəyyənləşdirdiyi vəzifələrin VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin əsas fəaliyyət istiqaməti olacağına, Ali Məclisin muxtar respublikanın inkişafı istiqamətində səlahiyyətləri daxilində səmərəli fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.

İclası davam etdirən Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov növbəti məsələnin Ali Məclis sədrinin müavininin seçilməsi olduğunu bildirib. Bu vəzifəyə 42 saylı Aşağı Əndəmic seçki dairəsindən deputat seçilmiş Abdullayev Arzu Kamal oğlunun namizədliyi irəli sürülüb.

Səsvermə nəticəsində Arzu Abdullayev Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini seçilib.

Bununla da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası başa çatıb.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Füzulidə Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarət olunub

11:24
27 Sentyabr

Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb

11:21
27 Sentyabr

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 130 min şəxsə 358 min xidmət göstərilib

11:20
27 Sentyabr

27 Sentyabr - Anım Günü ilə əlaqədar fləşmob təşkil olunub 

11:18
27 Sentyabr

Prezident İlham Əliyev Zəfər parkında olub YENİLƏNƏCƏK

11:17
27 Sentyabr

Tramp Harrisi yalan danışmaqda itiitham etdi

11:13
27 Sentyabr

Ankarada 44 günlük Vətən müharibəsi qəhrəmanlarının xatirəsi anılacaq

09:51
27 Sentyabr

Azərbaycan və Monteneqro arasında ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb

09:49
27 Sentyabr

Ceyhun Bayramov misirli həmkarını Ermənistanla normallaşma prosesinin gedişatı barədə məlumatlandırıb

09:49
27 Sentyabr

Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

09:48
27 Sentyabr

“Qarabağ” məğlubiyyətlə başladı

09:38
27 Sentyabr

Birinci vitse-prezident Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

09:25
27 Sentyabr

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib

09:13
27 Sentyabr

Ermənistanda məyusluq hökm sürür

09:10
27 Sentyabr

Martinikdə Fransa müstəmləkəçiliyi ilə mübarizə güclənir

09:05
27 Sentyabr

Ölkəmizdə dağ turizmi də inkişaf edir

09:00
27 Sentyabr

Cəbrayıl - Qayıdışın yeni ünvanı

08:55
27 Sentyabr

Nazir Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu və sıra baxışı keçirib

08:50
27 Sentyabr

Vüsalın şəhadət zirvəsi 

08:45
27 Sentyabr

Ziyanın nuru 

08:40
27 Sentyabr

Əbədi ehtiram ünvanı

08:35
27 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!