04 Noyabr 2025 08:10
1567
Mədəniyyət
A- A+
Vətənə və dünyaya sevgi nümunəsi

Vətənə və dünyaya sevgi nümunəsi


Paytaxtımız 31 oktyabr - 2 noyabr tarixləri arasında mühüm bir mədəniyyət tədbirinə evsahibliyi etdi. Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı oldu. Festival Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə təşkil edilmiş, bir sıra ölkələrdən olan incəsənət və mədəniyyət xadimləri burada bir araya gəlmişdilər. 

Festival günlərində paytaxtın müxtəlif sərgi salonları, muzeylər, təhsil ocaqları və ayrı-ayrı tarixi-mədəni məkanlarında sərgi, görüş, performanslar təşkil olundu. Festivalın Heydər Əliyev Mərkəzindəki açılış tədbirində isə "Mənim dənizlərim, mənim okeanlarım" ("My Seas, My Oceans") sərgisinin və məşhur kolumbiyalı rəssam-heykəltaraş Fernando Boteronun əsərlərindən ibarət "Bədii formanın təntənəsi" ("The Triumph of Form") sərgisinin təqdimatı keçirildi. 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakı tarixində ilk dəfə, böyük "Art Weekend" festivalına evsahibliyi etdi. Tədbirin miqyası barədə ümumi təsəvvür yaratmaq üçün təkcə bir faktı qeyd edək ki, festival çərçivəsində paytaxtımızda 40-a yaxın incəsənət tədbiri keçirildi. 


Ekoloji düşüncə ilə yaradıcılıq arasında körpü 


Bütün dünyada belə festivallara getdikcə artan maraq incəsənətin müasir çağırışlara uyğunlaşmasından irəli gəlir. Müasir dövrdə incəsənət yalnız muzeylərin divarları arasında qapanıb qalmır - o, şəhərin ritminə, gənclərin enerjisinə, ictimai düşüncəyə sirayət edir. Bu baxımdan Leyla xanımın təşəbbüsü və təşkilatçılığı sayəsində Azərbaycanda da baş tutan "ART Weekend" festivalı ölkəmizin mədəni həyatında xüsusi yenilikdir. Festivalın məqsədi həm yerli, həm də beynəlxalq səviyyədə müasir incəsənətin təqdimatı, yaradıcı sənətkarların tanıdılması və ictimaiyyətin mədəniyyətlə daha sıx təmasda olmasını təmin etməkdir. Bu layihə məzmun etibarilə həm də ekoloji düşüncə ilə yaradıcılıq arasında körpü qurmağı, incəsənəti həm estetik, həm də sosial mesaj daşıyıcısına çevirməyi hədəfləyir.

Festival Azərbaycan gənclərinin yaradıcılıq potensialının üzə çıxarılmasına, müasir incəsənətin daha geniş auditoriyaya tanıdılmasına böyük kömək göstərir, xüsusilə gənc rəssamlar, dizaynerlər, fotoqraflar və performans sənətçiləri üçün platforma yaradır. Bakını regional mədəniyyət mərkəzlərindən birinə çevirir, incəsənət vasitəsilə ekoloji və sosial məsuliyyət ideyalarını yayaraq populyarlaşdırır. 

"ART Weekend" təkcə sərgilərdən ibarət deyil - bu, multidisiplinar yaradıcılıq məkanıdır. Tədbir, adətən, bir neçə gün davam edir və müxtəlif istiqamətləri əhatə edir. Burada müasir rəssamlar öz əsərləri ilə sosial və ekoloji mövzulara toxunurlar. Canlı performanslar, eksperimental musiqi və teatr elementləri vasitəsilə tamaşaçılara dinamik təcrübə təqdim olunur. Gənc dizaynerlər ekoloji materiallardan istifadə etməklə innovativ yanaşmalarını nümayiş etdirirlər. Yerli və xarici kuratorlar, sənətşünaslar və sənətkarlar incəsənətin yeni tendensiyaları, yaradıcılıq bazarının inkişafı və mədəni diplomatiya barədə fikirlərini bölüşürlər, bu da ustad dərsləri, mədəniyyət mövzularında polemikalar kimi çox müsbət təsirlər yaradır. Bu format sayəsində "ART Weekend", sadəcə, bir sərgi deyil, həm də düşüncə və dialoq platforması kimi çıxış edir.


Bakı yaradıcı mərkəzə çevrilir


Leyla xanım Əliyevanın böyük zəhməti sayəsində başa gəlmiş bu festival, ilk növbədə, Azərbaycan cəmiyyətində müasir incəsənətin qəbuluna və dəyərləndirilməsinə mühüm təsir göstərir. Ənənəvi mədəniyyətlə müasir yaradıcılıq arasında körpü rolunu oynayan bu tədbir yeni estetik baxış formalaşdırır. Gənc sənətçilərə beynəlxalq səviyyədə tanınmaq imkanı yaradır. İncəsənəti şəhər həyatına gətirərək Bakını yaradıcı mərkəzə çevirir. Mədəni turizmin inkişafına təkan verir. Ətraf mühit, sosial məsuliyyət və insan təbiətinin harmoniyası kimi mövzuları sənət dili ilə cəmiyyətə çatdırır. Belə festivallar digər tərəfdən də Azərbaycanın yumşaq gücünün - mədəniyyət diplomatiyasının təsirli bir alətidir. Burada iştirak edən xarici sənətçilər və qonaqlar ölkəmizi müasir, yaradıcı və açıqfikirli bir mədəniyyət məkanı kimi tanıyır və tanıdırlar.

Leyla xanımın təşəbbüsü ilə gerçəkləşən bu cür festivallar yalnız incəsənəti nümayiş etdirmir, həm də gəncləri düşünməyə, hiss etməyə və dəyişməyə çağırır. Onları həm sosial-ekoloji dəyərlərə, həm də mədəni məsuliyyətə yönəldir. O, incəsənəti sosial dəyişikliklərin katalizatoru kimi görür və bu baxımdan "ART Weekend" həm estetik, həm də vətəndaşlıq məzmunu daşıyır. Leyla xanım Əliyeva festivalın açılışında, bu çərçivədə nümayiş olunan "Əcdadlar" sərgisi kimi mədəni tədbirlərdə şəxsən iştirak etməklə başqaları üçün də nümunə yaradır, onun belə tədbirlərdə iştirakı, müasir incəsənətə marağı cəmiyyət üzvləri arasında xoş bir davranış elementinə çevirir.

Bu günlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəbləri üçün alınmış yeni musiqi alətlərinin də nümayişi keçirildi. Musiqi məktəblərinin inkişafına, gənc istedadların daha keyfiyyətli təhsil almalarına və musiqi mədəniyyətinin gələcək nəsillərə ötürülməsinə xidmət edən bu layihənin təqdimatı mərasimində də Leyla xanım Arzu Əliyeva və Alena Əliyeva ilə birgə iştirak etdilər. Layihə çərçivəsində Bakı ilə yanaşı, regionlardakı bir sıra musiqi məktəbləri üçün 11 adda 70-dən çox musiqi aləti alınıb. Bu musiqi alətləri həm yerli ustaların əl işləri, həm də musiqi alətlərinin istehsalı sahəsində dünyanın aparıcı ölkələrindən sifariş olunan nümunələrdir. 

Bütün bu nümunələr 2007-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti kimi fəaliyyət göstərərək bu vəzifədə Azərbaycanın mədəni, elmi və sosial sahələrdə inkişafına yönəlmiş çoxsaylı layihələrə rəhbərlik edən Leyla xanım Əliyevanın fondun fəaliyyət istiqamətlərinin formalaşmasında və beynəlxalq əlaqələrinin genişlənməsində mühüm rol oynadığını göstərir. 


Uğurlu nəticələr yaradan layihələr


Onun təşəbbüsləri, əsasən, humanitar yardım, təhsil, mədəniyyətin qorunması və sosial rifahın yaxşılaşdırılmasına yönəlib. Heydər Əliyev Fondunun həyata keçirdiyi bir çox layihə Leyla Əliyevanın şəxsi təşəbbüsü və rəhbərliyi altında gerçəkləşmiş  və böyük nəticə vermişdir. Bu layihələrdən bir neçəsinə nəzərə salaq:

"Xocalıya ədalət!" beynəlxalq kampaniyası - 2008-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış bu kampaniya Xocalı soyqırımı haqqında dünya ictimaiyyətində məlumatlılığın artırılması məqsədinə yönəlib. Kampaniya çərçivəsində müxtəlif ölkələrdə sərgilər, konfranslar, aksiyalar keçirilmiş, sənədli filmlər və nəşrlər hazırlanmış, dünyanın bir neçə ölkəsinin parlamentlərində Xocalı soyqırımı rəsmən tanınmışdır.

Leyla xanım Əliyevanın fəal iştirakı ilə Heydər Əliyev Fondu uşaq evləri, internat məktəbləri və uşaq bağçalarının yenidən qurulması, aztəminatlı ailələrə dəstək proqramları kimi layihələri uğurla həyata keçirməkdədir. Leyla xanım Heydər Əliyev Fondunun vitse-prezidenti kimi Azərbaycanda tarixi abidələrin bərpası, eləcə də Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində mühüm layihələrin icrasında yaxından iştirak edir. Onun təşəbbüsü əsasında bir sıra ölkələrdə Azərbaycan mədəniyyət günləri və sərgiləri təşkil edilmişdir.

Leyla xanımın fəaliyyətinin mühüm bir hissəsi də rəhbəri olduğu Ətraf Mühit Naminə Beynəlxalq Dialoq - IDEA (International Dialogue for Environmental Action) təşkilatı ilə bağlıdır. Bu təşkilat 2011-ci ildə təsis edilmişdir. IDEA-nın əsas məqsədi gənclər arasında ekoloji maarifləndirməni artırmaq, biomüxtəlifliyin qorunması və ətraf mühitin davamlı inkişafını təmin etməkdir. IDEA ötən illər ərzində nadir heyvan növlərinin, xüsusilə Qafqaz bəbiri, Qızıl qartal və digər növlərin qorunması proqramlarını uğurla həyata keçirmişdir. Təşkilat ağacəkmə aksiyaları, gənclər üçün ekoloji təhsil proqramları, təlimlər və beynəlxalq forumlar təşkil etmiş, Bakıda və regionlarda ən yüksək standartlara uyğun ictimai çimərliklər yaratmış, "Abad həyət" kimi layihələrlə məhəllələrin, həyətlərin abadlaşdırılması, yaşıllaşdırılması, vətəndaşlarımızda ekoloji savadlılığın, ətraf mühitlə bağlı məsuliyyət hissinin gücləndirilməsində misilsiz işlər görmüşdür. 


Ekoloji diplomatiyanın mühüm platforması


Leyla xanım Əliyevanın IDEA layihəsi regionda ekoloji diplomatiyanın mühüm platformalarından birinə çevrilmişdir. Qurum BMT, UNESCO və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələrinə malikdir. 

Leyla xanım Əliyeva Azərbaycanın gənclər diplomatiyasının da aparıcı simalarından biri kimi tanınır. O, həmçinin uzun illərdir "Bakı" jurnalının baş redaktoru kimi Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük bir qitədə tanıdılmasına töhfə verir, bu jurnal xalqlar arasında mədəni körpü rolunu oynayır. Bundan əlavə, Leyla xanım Rusiya Azərbaycanlı Gənclər Təşkilatının həmtəsisçisidir. Təşkilatın fəaliyyəti gənclər arasında dostluq, qarşılıqlı anlaşma və mədəni mübadiləni gücləndirməyə yönəlib.

Xeyirxahlıq, mərhəmət, sosial qayğıya ehtiyacı olan insanlara dəstək, cəmiyyət üçün maksimum faydalı olmaq Leyla xanım Əliyevanın xarakteridir. O, kimsəsiz uşaqlar, ahıllar, əlilliyi olan şəxslər üçün sosial layihələrin həyata keçirilməsində fəal iştirak edir. Çoxmillətli ölkə olan Azərbaycanda multikultural dəyərlərin yayılmasında, tolerantlıq ənənələrinin daha da möhkəmlənməsində Leyla xanımın müstəsna xidmətləri vardır. Onun fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə layiqincə qiymətləndirilmiş, müxtəlif yüksək mükafatlara layiq görülmüşdür. Ən böyük mükafatsa bəşəri missiya yerinə yetirən Leyla xanım kimi şəxsiyyətlərin özlərinin şəxsi keyfiyyətlərindən aldıqları mükafatdır.

Leyla xanım Əliyeva ölkəmiz və dünyamız üçün faydalı fəaliyyəti ilə Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə yetirmiş Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə mühüm töhfələr verir, insanlar üçün Vətənə və dünyaya sevginin parlaq nümunəsini yaradır. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!