03 Oktyabr 2025 08:05
857
SİYASƏT
A- A+
Ulu Öndərin quruculuq siyasəti və müasir Azərbaycanın möhkəm dayaqları

Ulu Öndərin quruculuq siyasəti və müasir Azərbaycanın möhkəm dayaqları


Hər bir xalqın tarixində elə şəxsiyyətlər var ki, onlar Vətən naminə gördükləri işlərlə və atdıqları addımlarla xalqın qəhrəmanlıq rəmzinə, xilaskarına çevrilmiş, illər ötsə də, yaddaşlarda və qəlblərdə daim yaşamışlar. Belə şəxsiyyətlər dövlətin ən ağır və qaranlıq dönəmlərinə nur saçaraq xalqını xilas etmiş, adlarını dövlətçilik salnaməsinə əbədi həkk etdirmişlər. Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev də Azərbaycan xalqının əvəzsiz şəxsiyyəti, əbədi qəhrəmanıdır. Xalqımız Ümummilli Liderinin əziz xatirəsini daim yad edir, onun vətəni üçün etdiyi əvəzsiz xidmətləri heç vaxt unutmur.

1991-1993-cü illərdə Azərbaycan dərin siyasi və iqtisadi böhranla üz-üzə qaldı. Hökumətdə yaranan hərc-mərclik dövlət idarəçiliyinə mənfi təsir göstərir, xalq isə hər gün yeni çətinliklərlə qarşılaşırdı. Bir tərəfdən Ermənistanla müharibə aparan Azərbaycan, digər tərəfdən daxildə sabitliyin olmaması səbəbindən ağır sınaqlardan keçirdi. İdarəçiliyin qeyri-peşəkar və səriştəsiz şəxslərin əlində cəmlənməsi ölkədə xaos yaratmış, iqtisadiyyat isə tamamilə sarsılmışdı.

Belə ağır bir şəraitdə xalq nicat yolunu yalnız öz xilaskarında gördü. 1993-cü ilin yayında xalqın təkidi ilə Heydər Əliyev Naxçıvandan Bakıya dəvət olundu. Onun rəhbərliyi ilə dövlət idarəçiliyində ciddi islahatlara başlanıldı, sabitlik və qayda-qanunun bərpası üçün qətiyyətli addımlar atıldı. Ulu Öndərin müdrik siyasəti sayəsində Azərbaycan böhran və xaosdan xilas olaraq inkişaf yoluna çıxdı.

3 oktyabr 1993-cü ildə keçirilmiş prezident seçkiləri ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı oldu. Xalq öz üzərinə düşən məsuliyyəti dərindən dərk edərək Heydər Əliyevi böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu taleyüklü seçim müasir, suveren və qüdrətli Azərbaycan dövlətinin əsasını qoydu.

Heydər Əliyevin ömrünü Azərbaycanın inkişafına həsr edəcəyi artıq andiçmə mərasimindəki çıxışından bəlli idi. Ulu Öndər həmin nitqində bildirmişdi: "Bu gün mənim üçün tarixi, əlamətdar gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan xalqına dərin ehtiramımı bildirir və əmin edirəm ki, ömrümün sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək, bütün fəaliyyətimi respublikamızın gələcək inkişafına sərf edəcəyəm".

Xalq arasında "Ulu Öndər" kimi sevilən və millətin məhəbbətini qazanmış Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, sabit və güclü bir respublikanın qurulması naminə yorulmadan fəaliyyət göstərmişdir. Onun müdrikliyi və qətiyyətli rəhbərliyi sayəsində ölkəmiz çətin sınaqlardan çıxaraq sabitlik və inkişaf yoluna qədəm qoymuşdur.

Heydər Əliyevin qlobal baxışı, geniş dünyagörüşü və reallığa əsaslanan siyasəti Azərbaycanın taleyində həlledici rol oynamışdır. Ulu Öndər yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də böyük hörmət və nüfuz qazanaraq yüksəksəviyyəli dövlət xadimi kimi tanınmışdır. Onun peşəkarlığı və strateji düşüncə tərzi, siyasət meydanında ona "siyasət qrossmeysteri", "siyasət nəhəngi" və "siyasət patriarxı" kimi titullar qazandırmışdır.

Ulu Öndərin yalnız siyasi fəaliyyəti deyil, natiqlik bacarığı da xalqın yaddaşında dərin iz buraxmışdır. Onun çıxışları hər zaman milləti ruhlandırır, insanlara ümid və inam aşılayırdı. Heydər Əliyevin nitqlərində siyasi ideyalarla yanaşı, xalqın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri də öz əksini tapırdı. O, xalqın dilində danışaraq onun ürəyindən keçənləri ifadə edir, hər mövzuya analitik və dərin yanaşması ilə fərqlənirdi.

Xalqın tələbi ilə siyasi arenaya qayıdan Heydər Əliyev qısa müddətdə Azərbaycanı dərin xaosdan çıxarıb sabitliyi bərpa etdi. Onun rəhbərliyi ilə müstəqilliyin qorunması istiqamətində həlledici addımlar atıldı. Dövlət quruculuğu prosesində əvəzsiz rol oynayan Ulu Öndər ölkəni dağılmaq təhlükəsindən xilas edərək iqtisadiyyatın, təhsilin və ordunun möhkəmlənməsinə yönəlmiş mühüm islahatlar həyata keçirdi.

Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın siyasi və iqtisadi suverenliyi təmin edildi, ölkədə sabitlik bərpa olundu və iqtisadi yüksəlişin möhkəm təməli qoyuldu. Bu illərdə həyata keçirilən yeni neft strategiyası, xüsusən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası və digər enerji layihələri ölkəyə həm siyasi, həm də iqtisadi güc qazandırdı. Onun rəhbərliyi altında Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi və respublika dünya arenasında söz sahibi olan müstəqil bir dövlətə çevrildi.

Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası Azərbaycanın dünya enerji bazarında aparıcı mövqeyə yüksəlməsində mühüm rol oynadı. 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 13 böyük neft şirkəti ilə imzalanan və "Əsrin müqaviləsi" kimi tarixə düşən sənəd ölkəmizin zəngin neft ehtiyatlarının beynəlxalq əməkdaşlıq əsasında səmərəli istismarını təmin etdi. Bu müqavilə Azərbaycanın iqtisadi qüdrətini möhkəmləndirdi, ölkəyə irihəcmli xarici investisiyaların axınını sürətləndirdi və enerji təhlükəsizliyinin təmin olunmasına şərait yaratdı. Uğurla reallaşdırılan neft strategiyası nəticəsində Azərbaycan qısa zamanda dünya enerji bazarında əsas oyunçulardan birinə çevrildi.

Heydər Əliyevin xarici siyasətində Azərbaycanın coğrafi mövqeyindən, təbii sərvətlərindən və iqtisadi potensialından maksimum istifadə edilməsi əsas prioritetlərdən biri idi. Onun uzaqgörən təşəbbüsləri sayəsində ölkəmiz beynəlxalq enerji layihələrinin, xüsusilə də neft və qaz kəmərlərinin çəkilməsi prosesində aparıcı rol oynadı. "Böyük İpək yolu"nun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması kimi təşəbbüslər Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsinə zəmin yaratdı. Nəticədə respublika dünya ticarət yollarının kəsişməsində strateji bir dövlət kimi formalaşdı.

Ulu Öndərin siyasi irsində xüsusi yeri olan milli ideologiya isə Azərbaycan xalqının mənəvi yüksəlişində mühüm rol oynadı. Onun formalaşdırdığı milli ideologiya yalnız siyasi müstəvidə deyil, həm də mədəni və mənəvi baxımdan xalqı birləşdirən bir qüvvə idi. Bu ideologiya müstəqilliyin qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində və suverenliyin təmin edilməsində əvəzsiz bir dayaq rolunu oynadı.

Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkənin demokratik inkişafının hüquqi əsasını yaratdı. Bu sənəd insan hüquq və azadlıqlarının qorunmasını, hüquqi dövlətin qurulmasını və siyasi sistemin demokratik prinsiplərə uyğun şəkildə formalaşmasını təmin etdi.

Ulu Öndər siyasi islahatlara xüsusi önəm verərək Azərbaycanın demokratik cəmiyyətə inteqrasiyası üçün möhkəm hüquqi baza yaratdı. Onun rəhbərliyi ilə ölkənin siyasi-hüquqi sistemində köklü dəyişikliklər həyata keçirildi. Bu islahatlar nəticəsində senzura ləğv olundu, söz və fikir azadlığı təmin edildi, insan hüquqlarının qorunması istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiya Məhkəməsi, Ombudsman təsisatı və digər demokratik institutlar yaradıldı, ölüm cəzası ləğv edildi. Bütün bu tədbirlər hüquqi dövlət prinsiplərinin möhkəmlənməsinə xidmət etdi.

Eyni zamanda Heydər Əliyev Azərbaycan-Ermənistan münaqişəsinin beynəlxalq müstəvidə ədalətli təqdim olunmasına nail oldu. Ümummilli Lider Ermənistanın işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırdı, münaqişənin beynəlxalq təşkilatların gündəminə çıxarılmasına nail oldu və Azərbaycanın mövqeyinin dəstəklənməsini təmin etdi. Onun qətiyyətli siyasəti nəticəsində Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində beynəlxalq danışıqlar aparıldı, Azərbaycanın ərazi bütövlüyünün qorunması prioritet vəzifə kimi irəli sürüldü.

Heydər Əliyevin yaratdığı möhkəm dövlətçilik təməlləri bu gün də öz bəhrəsini verir. O, müasir Azərbaycanı elə bir əsas üzərində qurdu ki, dövlətçilik kursu layiqli davamçısı tərəfindən uğurla davam etdirilir. İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində separatçıların təslim olması, qondarma rejimin ləğvi, ərazi bütövlüyünün və suverenliyin tam bərpa edilməsi Heydər Əliyev siyasətinin gücünü və davamlılığını bir daha təsdiqlədi.

Bu gün Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı çıxmaq istəyən hər kəs bilməlidir ki, ölkəmiz Heydər Əliyev siyasəti ilə yaşayır və irəliləyir. Bu siyasət müasir Azərbaycan dövlətinin sarsılmaz təməlində dayanır. Onun qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi isə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.


Ziyafət ƏSGƏROV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq  

12:36
14 Noyabr

Analitik qeyd edir ki, Bakıda keçirilən COP29-la bağlı aparılan tənqidlər, kampaniyalar və bəyanatlar bu gün real nəticələrin fonunda tamamilə iflasa uğrayıb  

12:35
14 Noyabr

On ayda orta illik inflyasiya 6 faizə yaxın olub  

12:34
14 Noyabr

Azərbaycan Mərkəzi Asiya ölkələrinin Ticarət və İnvestisiya Nazirləri Şurasının ilk iclasında təmsil olunub  

12:33
14 Noyabr

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib  

12:32
14 Noyabr

Konstitusiya Məhkəməsində beynəlxalq konfransın iştirakçıları ilə görüş keçirilib

12:31
14 Noyabr

On ayda ölkədə 106,4 milyard manatlıq ÜDM istehsal olunub

12:31
14 Noyabr

Ermənistan ABŞ-la “Tramp marşrutu”nun iki icarə variantını müzakirə edir

12:29
14 Noyabr

Böyük Qayıdış: Növbəti köç karvanı Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə yola salınıb

12:28
14 Noyabr

Bu ilin on ayında müavinətlər üzrə 964, Prezident təqaüdləri üzrə 617 milyon manat ödənilib

12:28
14 Noyabr

Prezident: Azərbaycan müasir dəmir və avtomobil yolları infrastrukturuna böyük sərmayələr yatırır

12:28
14 Noyabr

ABŞ Alyaskada neft hasilatına qoyulan məhdudiyyətləri aradan qaldırıb  

12:25
14 Noyabr

Ankarada Gürcüstanda qəzaya uğrayan təyyarədə həlak olan hərbçilərlə vida mərasimi keçirilib  

12:24
14 Noyabr

Paşinyan: Ermənistan Türkiyə ilə Azərbaycan arasında tranzit yükdaşımaları təmin etməyə hazırdır  

12:24
14 Noyabr

Azərbaycan Prezidenti: Nəqliyyat xətlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığımız qardaş dövlətlərin iqtisadi inkişafının zəmanətidir  

12:22
14 Noyabr

Naxçıvanda ixrac potensialı artıb

12:20
14 Noyabr

Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib

12:19
14 Noyabr

Suqovuşan uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman 

12:17
14 Noyabr

İordaniya Haşimilər Krallığının şahzadəsi COP30-da Azərbaycan pavilyonunu ziyarət edib

12:16
14 Noyabr

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

12:15
14 Noyabr

Jülyen de Frepon: Azərbaycanla Belçika arasında yaşıl enerji sahəsində yaxşı perspektivlər görürük  

12:14
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!