26 Sentyabr 2024 17:54
1195
CƏMİYYƏT
A- A+
“Tribun Tabriz” qəzeti: Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini əbədiyyən əziz tutacaq

“Tribun Tabriz” qəzeti: Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini əbədiyyən əziz tutacaq

İranın Təbriz şəhərində nəşr olunan “Tribun Tabriz” qəzetində 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycanın qəhrəman şəhidlərinin əziz xatirəsinə həsr olunmuş geniş məqalə dərc olunub.

Azərbaycanın Təbrizdəki baş konsulluğundan AZƏRTAC-a bildirilib ki, məqalədə milli dövlət quruculuğunun, öz ölkəsinin təhlükəsizliyini qorumağın hər bir xalqın beynəlxalq müstəvidə tanınan haqqı və hüququ olduğu vurğulanır. Diqqətə çatdırılır ki, əsrlər boyu yaratdığı dövlətlərlə dünya iqtisadiyyatının və mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş Azərbaycan xalqı ötən əsrin əvvəllərində yeni dünya düzəninə demokratik cümhuriyyət bəxş etdi. Lakin təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti təsis ediləndən bəri xarici irticanın təhdidləri ilə üz-üzə qaldı. Bu prosesdə erməni silahlı quldur birləşmələrindən istifadə olunması Cümhuriyyət hökuməti üçün başlıca problemə çevrildi. XX əsrin sonunda Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə də erməni quldurları yenidən Azərbaycana qarşı təcavüzə başladılar. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin başlanmasının əsl səbəbi də məhz təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməməsi olub.

Məqalədə qeyd olunub: “Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncama əsasən hər il qəhrəman şəhidlərin xatirəsi anılır. Müasir, azad və demokratik Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi yolunda canlarını fəda edən qəhrəman şəhidlərin əziz xatirəsi hər zaman ehtiramla yad edilir.

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli qələbə müasir dünyanın hərb tarixinə qızıl hərflərlə yazılıb”, - deyə yazıda vurğulanıb. Müəllif, həmçinin böyük Zəfərlə başa çatan Vətən müharibəsinin xronologiyasını oxuculara təqdim edib. Məqalədə bildirilib ki, məkrli düşmən 10 noyabr 2020-ci il tarixli Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli Bəyanatın şərtlərinə əməl etməyib və 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribat və terror hücumları törədib. Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi, eləcə də törədilən fasiləsiz silahlı diversiya təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatı başladıb və cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları təslim olublar. 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb, beləliklə, Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edilib. Azərbaycan öz dövlət suverenliyini tam təmin edib və Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli müvafiq Sərəncamı ilə 20 sentyabr Dövlət Suverenliyi Günü elan olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:59
27 Sentyabr

Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında

01:57
27 Sentyabr

UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub

22:39
26 Sentyabr

Energetika naziri Belqradda bir sıra görüşlər keçirib

22:34
26 Sentyabr

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib

22:32
26 Sentyabr

Assosiasiya prezidenti: Azərbaycan bazarı Qətər üçün mühümdür

22:30
26 Sentyabr

Şahin Mustafayev: Çinlə tranzit daşımaları əməkdaşlığımızın əsas istiqamətlərindən biridir

22:29
26 Sentyabr

Şuşa şəhərində Vüqar Həşimov Memorialının açılış mərasimi olub

22:26
26 Sentyabr

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

22:20
26 Sentyabr

Azərbaycan və Ermənistan qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər YENİLƏNİB 

22:19
26 Sentyabr

Qırx ölkənin təmsil olunduğu “ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub

20:12
26 Sentyabr

"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb

20:10
26 Sentyabr

Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub

19:32
26 Sentyabr

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

19:31
26 Sentyabr

Azərbaycan Müdafiə Nazirliyinin və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirilib

19:30
26 Sentyabr

Nazir: “COP29 gündəliyində olan 14 təşəbbüsü BMT-də təqdim etdik”

19:29
26 Sentyabr

Şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüş keçirilib

19:28
26 Sentyabr

Vüqar Həşimov Memorialı start götürüb

19:27
26 Sentyabr

Fransada Milli Assambleyanın yenidən buraxılacağına dair çağırışlar səslənir

19:26
26 Sentyabr

Kir Starmer Avropa İttifaqı ilə əlaqələri yenidən qurmaq istəyir

19:25
26 Sentyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirilib

19:22
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!