16 Oktyabr 2025 08:45
2062
Mədəniyyət
A- A+
Teatr sənətimizin Məcnunu

Teatr sənətimizin Məcnunu


Tamaşaçıların yaddaşında "Qatarda" televiziya tamaşasındakı Fatı,  "Yarımştat" tamaşasındakı Murtuz və başqa maraqlı rollarla qalan Məcnun Hacıbəyov 1935-ci il oktyabrın 5-də Quba rayonunun İkinci Nügədi kəndində dünyaya gəlib. Ailədə doqquz uşaq olublar. 

Onun aktyorluq bacarığını hələ uşaq yaşlarından ətrafındakılar hiss etməyə başlayıblar. Ancaq o illərdə Məcnun Hacıbəyov üçün aktyor olmaq, səhnəyə çıxıb müxtəlif rollar oynamaq, tamaşaçıların alqışlarını qazanmaq az qala möcüzə, şirin olduğu qədər də uzaq xəyal idi.

Doğma kəndində orta məktəbi bitirən Məcnun Hacıbəyov tükənməz arzular, sonsuz ümidlərlə yola çıxıb, Sumqayıt şəhərindəki zavodların birində işə düzəlib. Uşaqlıqdan zəhmətə alışmışdı. Odur ki, işdə çətinliyi olmayıb. Şəhər həyatına da alışmağa başlayıb. Amma bir gün gördüyü afişa Məcnun Hacıbəyovu bambaşqa bir aləmə səsləyib... 

O gün işdən çıxıb şəhəri gəzirdi. Küçədə asılmış afişaların arasında biri diqqətini cəlb etdi. Afişadan Quba Dövlət Teatrının aktyorlarının tamaşa göstərəcəklərini oxuyub. Qeyd olunmuş gün tamaşaya bilet alıb.

Tamaşaya baxa-baxa xəyala dalıb. Özünü səhnədəki aktyorların yerində görüb. Əmin olub ki, əgər səhnədə olsa, həmin aktyorlardan daha yaxşı oynayar. Bu hiss, düşüncə tamaşadan sonra da onu tərk etməyib. Məcnun Hacıbəyov qətiyyətlə arzularının ardınca getməyə qərar verib. Quba Dövlət Teatrına yollanıb. Teatrın direktoru ilə görüşüb. Ona əvvəlcə özü barədə məlumat verib. Deyib ki, onuncu sinfi bitirib, sonra texniki məktəbdə oxuyub, indi də zavodda işləyir. Amma arzusu aktyor olmaqdır. Direktor Məcnundan səsinin olub-olmadığını xəbər alıb və "Bayatı-Şiraz" oxumasını istəyib. Məcnun Hacıbəyov "Bayatı-Şiraz"ı ifa edib. Direktor onun səsini bəyənib və Quba Dövlət Teatrına aktyor kimi işə götürüb. 

Aktyor kimi işə başlayan Məcnun Hacıbəyov günlər keçdikcə bu sənətə, səhnəyə daha da bağlanıb. Amma evlənmək ərəfəsində müvəqqəti də olsa, teatrdan ayırılmalı olub. Çünki çoxları kimi Məcnun Hacıbəyovun gələcək qayınatası da   aktyora qız vermək istəməyib. Ancaq Məcnun sevdiyi qızla ailə qurandan sonra yenidən teatra qayıdıb, aktyorluq fəaliyyətini davam etdirib.

Milli Dram Teatrının rejissoru Tofiq Kazımovun gəlişi, Quba teatrında tamaşa hazırlaması gənc aktyor Məcnun Hacıbəyovun həyatının ən unudulmaz xatirələrinə çevrilib. O, görkəmli rejissorun məsləhəti ilə Bakıya gələrək sənədlərini Teatr İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) verib. 1961-ci ildə Teatr İnstitutunun Aktyorluq fakültəsinə daxil olan Məcnun Hacıbəyov Tofiq Kazımov, Adil İsgəndərov kimi böyük sənətkarlardan dərs alıb.

İnstitutda ilk dərs günü müəllimi Tofiq Kazımov üzünü auditoriyaya tutaraq deyib: "Uşaqlar, bu institut aktyor yetişdirmir. Bu institut aktyorluğa gedən cığırı açır. Aktyor səhnədə yetişir. Çalışın yaxşı akyor olun". Məcnun Hacıbəyov müəlliminin bu sözlərini heç zaman yaddan çıxarmır.

O, 1965-ci ildə ali təhsilini başa vurub. Bir çox gənc aktyorun arzusu olan Milli Dram Teatrında (indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) işə götürülüb. Böyük həvəslə səhnəyə çıxan, ona həvalə edilən rolların öhdəsindən uğurla gələn aktyor teatrda maaş az olduğuna görə on altı il zavodda gecə növbəsində fəhlə işləyib. Və bu barədə heç kimə deməyib.

O, 1989-cu ildə "Əməkdar artist" fəxri adına layiq görülüb. Məcnun Hacıbəyov "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan rollar yaradıb. Müxtəlif xarakterli rollar yaradan aktyor müsahibələrində yalnız "Solğun çiçəklər" tamaşasında Əbdül rolunu oynamadığı üçün heyfsləndiyini söyləyib.

Məcnun Hacıbəyovun hər kəsə bəlli olan, etiraf edilən aktyorluq bacarığına, istedadına, təəssüf  ki, kinorejissorlar laqeyd yanaşıb, nədənsə onun peşəkarlığını  görməyiblər. Ömrünün sonlarında sənətkar özü də bunu həm gileylə, həm də incikliklə dönə-dönə söyləyib. 

Həyatının son illərini dünyaya göz açdığı, boya-başa çatdığı Quba rayonunun İkinci Nügədi kəndində keçirib.

Səksən altı yaşına çatan aktyorun səhhətində problem olmayıb. Məcnun Hacıbəyov 2021-ci il noyabrın 16-da koronavirus xəstəliyindən dünyasını dəyişib. Sənətkar Qubanın İkinci Nügədi kəndinin qəbiristanlığında torpağa tapşırılıb.


Z.FƏRƏCOVA,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!