16 Oktyabr 2025 09:28
449
DÜNYA
A- A+
Rəcəb Tayyib Ərdoğan: Türkiyə atom energetikası sahəsində yeni layihələri nəzərdən keçirir  

Rəcəb Tayyib Ərdoğan: Türkiyə atom energetikası sahəsində yeni layihələri nəzərdən keçirir  


“Akkuyu” atom elektrik stansiyasının yaxın vaxtlarda fəaliyyətə başlaması ilə yanaşı, Ankaranın “atom gündəliyində” atom energetikası sahəsində yeni layihələr də yer alır.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumət iclasının yekunlarına həsr olunmuş brifinqdə bəyan edib.

Dövlət başçısının sözlərinə görə, Türkiyə hökuməti ölkənin enerji asılılığını minimuma endirməyə çalışır.

Bu kontekstdə Prezident ölkə daxilində qaz və neft hasilatının artırılmasının əhəmiyyətinə diqqət çəkib, o cümlədən Qara dənizdəki “Sakarya” yatağını qeyd edib: “Sakarya” yatağından hasil olunan yerli qaz artıq bu gün Türkiyədə 4 milyon abunəçinin tələbatını ödəyir. Gələn il Qara dənizdə hasilat həcmi iki dəfə, 2028-ci ildə isə dörd dəfə artacaq”, – deyə Türkiyə Prezidenti bildirib.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, hazırda Türkiyə dünyada 34 ölkəyə qaz idxal edir və ya ixrac edir.

Dövlət başçısı, həmçinin, ölkədə nadir torpaq elementlərinin iri ehtiyatlarının mövcudluğunu vurğulayıb.

“Əskişəhər vilayətinin Beylikova rayonunda 694 milyon tona qədər barit, flüorit və digər nadir torpaq elementləri aşkar edilib. Bu, həcminə görə dünyada ikinci ən böyük nadir torpaq elementi yatağıdır və biz Türkiyəni bu sahədə dünyanın ilk beş istehsalçısı sırasına daxil etməyi planlaşdırırıq”, – deyə Prezident Ərdoğan əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəhər nəqliyyatında süni intellekt tətbiq oluna bilərmi?  

13:22
09 Dekabr

Media: Fransa qiyamın yatırılmasında Beninə kömək edib  

13:20
09 Dekabr

Parlamentdə “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib  

13:18
09 Dekabr

“Oyun texnologiyalarının inkişafında yüksəliş və əməkdaşlıq imkanları" mövzusunda panel sessiya keçirilib  

13:17
09 Dekabr

Azərbaycan-NATO əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub  

13:15
09 Dekabr

Uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsinin Xidmətlər Zərfinə daxil edilməsi məqsədilə layihə hazırlanır  

12:59
09 Dekabr

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin olunub  

12:58
09 Dekabr

Prezidentin son 20 ildə uzaqgörən və düşünülmüş siyasəti Azərbaycana mühüm siyasi-iqtisadi uğurlar qazandırıb  

12:57
09 Dekabr

Azərbaycan ilə Misir arasında mədəni əməkdaşlıq münasibətləri müzakirə olunub  

12:56
09 Dekabr

Baş nazir: Azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılıb  

12:55
09 Dekabr

2026-cı ildə qeyri-neft sektoru üzrə ÜDM-in 5 faizlik real artım tempi proqnozlaşdırılır – Əli Əsədov  

12:55
09 Dekabr

Azərbaycan XİN-in nümayəndə heyəti Laosda səfərdədir  

12:54
09 Dekabr

Baş nazir: Hazırda valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur  

12:53
09 Dekabr

Əli Əsədov: Prezidentin xarici səfərləri və yüksəksəviyyəli görüşləri ölkəmizin iqtisadi gündəliyinə yeni dinamika gətirib  

12:52
09 Dekabr

Elnur Əliyev: Metodik xidmət yeni, müasir və daha səmərəli model əsasında qurulmalıdır  

12:51
09 Dekabr

Ədliyyə Nazirliyi tərəfindən Azərbaycana ekstradisiya edilmiş şəxslərin törətdikləri cinayət əməllərinin növləri açıqlanıb  

12:51
09 Dekabr

İşsizlikdən Sığorta Fondunun 2026-cı il üçün gəlirləri 238,3 milyon manat olacaq  

12:50
09 Dekabr

DSMF-nin 2026-cı il büdcəsi ilə bağlı qanun layihəsi üçüncü oxunuşda qəbul edilib  

12:49
09 Dekabr

Növbəti il üçün ehtiyac meyarının həddi müəyyənləşib  

12:48
09 Dekabr

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq  

12:47
09 Dekabr

Nazir müavini: Təhsildə keyfiyyət mütləq təmin olunmalı və qorunmalıdır  

12:38
09 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!