Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üçün illik hesabatı təqdim edilib
Aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Tahir Mirkişili gündəliyə bir məsələnin – Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabatının daxil edildiyini söyləyib.
Tahir Mirkişili Hesablama Palatasının öz fəaliyyətini 4 istiqamət - nəzarət tədbirlərinin həyata keçirilməsi, büdcə layihəsinə və icrasına rəy verilməsi, dövlət maliyyəsi üzrə tövsiyələr və beynəlxalq əməkdaşlıq üzrə qurduğunu deyib və bu məlumatların Palatanın hesabatında əks olunduğunu, həmçinin ilk dəfə olaraq hesabata qısa məcmuələrin əlavə edildiyini bildirib.
Diqqətə çatdırılıb ki, Hesablama Palatası 2023-cü il üzrə əməliyyat planını 91,7 faiz icra edib. Ötən dövr ərzində Palata tərəfindən 45 nəzarət tədbiri həyata keçirilib, onlardan 2-si Milli Məclis deputatlarının çıxışları əsasında, digər tədbirlər isə Palatanın özünün müəyyən etdiyi sahələr üzrə olub. Ümumilikdə, aparılan nəzarət tədbirlərinin əhatə dairəsi 18,2 milyard manat təşkil edib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2023-cü ildə fəaliyyəti haqqında Hesabatını slaydlar və diaqramlar vasitəsilə təqdim edib. O qeyd edib ki, 2023-cü il üzrə hesabat “Hesablama Palatası haqqında” Qanuna, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə əsasən, beynəlxalq standartların tələbinə uyğun olaraq hazırlanıb.
V.Gülməmmədov Palatanın fəaliyyətindəki yeniliklər, həmçinin qurumun 2021-2025-ci illər üzrə Strateji Planının icrası ilə bağlı məlumat verib. Bildirilib ki, Strateji Planın hesabat ilində icrası məqsədilə bütün aralıq nəticələri əhatə edən 2023-cü ilin Əməliyyat Planı tərtib olunub. Planda nəzərdə tutulmuş fəaliyyətin icrası 90 göstərici əsasında qiymətləndirilib. 2023-cü ildə ümumilikdə 327 tədbir nəzərdə tutulub və ilin sonunda 91,7 faiz icra olunub. Nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə 9,6 milyon manat vəsait proqnozlaşdırılıb, onun 83,3 faizi istifadə edilib.
Hesablama Palatasının hesabatı ətrafında aparılan müzakirələrdə komitənin sədr müavini Əli Məsimli, üzvləri Vahid Əhmədov, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Aydın Hüseynov, Rüfət Quliyev, Elnur Allahverdiyev çıxış ediblər.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deputatların qaldırdığı məsələlərə aydınlıq gətirib, suallarını cavablandırıb.
Müzakirələrin sonunda Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabatı Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bakıda Qırğızıstanın müstəqillik günü təntənə ilə qeyd edilib
01 Sentyabr
Parisdə keçirilən aksiyada Avropa İttifaqının bayrağı cırılıb
31 Avqust
Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək
31 Avqust
Vuçiç: Serbiya 2030-cu ilədək Aİ-yə üzv ola bilməyəcək
31 Avqust
Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında gümüş medal qazanan Raman Saleyi tə...
31 Avqust
Premyer Liqa: “Sabah” “Kəpəz”ə qalib gəlib
31 Avqust
“Paris-2024”: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
31 Avqust
Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış olub
31 Avqust
Premyer Liqa: "Neftçi" Şamaxıda xal itirib
31 Avqust
Dmitri Kobitski: Azərbaycanda seçki prosesləri bütün qəbul edilmiş beynəlxalq normalara uyğundur...
31 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələdə: Strateji müttəfiqlik iki ölkəni daha da gücləndi...30 Avqust 2024
Strateji tərəfdaşlıq güclənir, qlobal nüfuz artır 28 Avqust 2024
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu26 Avqust 2024
"Gəl sənə Laçınımı göstərim..."25 Avqust 2024
"Mehriban xanım ürəyimizdə elə bir saray qurub ki..."24 Avqust 2024
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!