27 Sentyabr 2024 08:10
315
SİYASƏT
A- A+
Milli həmrəyliyin qələbəsi

Milli həmrəyliyin qələbəsi


Tarixi Azərbaycan torpaqlarında, xüsusən də Qarabağda çar Rusiyası dövründə yerləşdirilmiş ermənilər daha sonra xalqımıza qarşı düşmənçilik siyasəti aparmağa başladılər və bu 200 ildən artıq bir dövrdə faciələrin yaşanması ilə müşahidə olundu. Ermənilər məskunlaşdıqları Azərbaycan ərazilərində toponimləri dəyişməyə, mənimsəməyə, münbit əraziləri ələ keçirməyə başladılar. 

Bu məkrli niyyətlərinə uyğun olaraq radikal erməni millətçiləri azərbaycanlıları tarixi ata-baba yurdlarından sıxışdırıb çıxarır, etnik təmizləmə həyata keçirirdi. İfrat millətçilik üzərində qurulmuş "Daşnaksütyun" siyasəti azərbaycanlılara qarşı amansızlığı ilə seçilirdi. Məhz erməni millətçilərinin qanlı siyasəti nəticəsində 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirildi. 1918-1920-ci illərdə xalqımızın yaddaşına erməni silahlı quldur dəstələrinin xüsusi etnik təmizləmə, soyqırımı kimi qanlı cinayətləri həkk olundu. Tarixi Azərbaycan torpaqlarında - İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı soyqırımına məruz qaldı, yaşadıqları yerlərdən qovuldu, işgəncələrlə, məhrumiyyətlərlə, məşəqqətlərlə üzləşdi.

 1948-1956-cı illərdə isə indiki Ermənistan ərazisindən tarixi ata-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı zorla deportasiya edildi. 1987-ci ildən etibarən isə daha 300 minə yaxın azərbaycanlı doğma yurd-yuvasından zorla çıxarıldı, etnik təmizləmə siyasəti həyata keçirildi. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinə uzun müddət hüquqi, siyasi qiymət verilmədi. 

Ermənilərin tarixi ərazilərimizdə azərbaycanlılara qarşı soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildi. Ulu Öndərin 1998-ci il 26 mart tarixdə imzaladığı fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Özünün işğalçı mahiyyətinə uyğun olaraq Ermənistan 1990-cı illərin əvvəllərində Azərbaycanda mövcud olan hərc-mərclikdən istifadə edərək ərazilərimizin 20 faizini işğal etməklə 1 milyon soydaşımızın öz vətənində qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb oldu. Erməni cəlladları Azərbaycan ərazilərini işğal edərkən dinc əhaliyə amansızcasına divan tutdu, misli görünməmiş vəhşilik, insanlığa qarşı cinayət törətdilər. Başlıbel, Ağdaban, Bağanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərdi. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı soyqırımı xüsusi qəddarlığı ilə seçilir.

ATƏT-in Minsk qrupu isə 28 il ərzində məsələnin həllinə deyil, dondurulmasına çalışdı. Çünki bu on illiklər ərzində aparılan danışıqlarda işğalçıya, işğala məruz qalmış tərəfə eyni münasibət göstərildi. Bunun bariz nümunəsi Azərbaycanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq qətnamələrin 30 ilə yaxın kağız üzərində qalmasıdır. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsinin 27 il icra olunmaması beynəlxalq birliyin, ikili standartların açıq təzahürü idi. Azərbaycan isə əraziləri işğalda olmasına baxmayaraq, daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışdı. 

Erməni vandalları Azərbaycan ərazilərini işğalda saxladığı 30 ilə yaxın müddətdə talançılıq, mənimsəmə, tarixi torpaqlarda milli-mənəvi abidələrin məhvi, özününküləşdirilməsi ilə məşğul olub. Bu illər ərzində onlar iqtisadiyyatımıza və mədəni irsimizə ziyan vurub, şəhərlərimizi, kəndlərimizi, bütün mövcud infrastrukturu tamamilə məhv edib, sıradan çıxarıblar. Amma Azərbaycan xalqı işğalla heç zaman barışmayıb, hər zaman tarixi ədalətin bərpa olunacağına inanaraq Ermənistana və onun havadarlarına bu anın heç də uzaqda olmaması ilə bağlı zaman-zaman çağırışlar edib. 

2016-cı il Aprel, 2020-ci il Tovuz döyüşləri Azərbaycan dövlətinin, xalqımızın işğalla barışmayacağı qətiyyətini nümayiş etdirdi. Amma Ermənistan tərəfi bundan nəticə çıxarmaq əvəzinə öz çirkin niyyətindən əl çəkməyərək təxribatlarını davam etdirdi. Azərbaycan xalqının səbir kasasını daşıran sonuncu damla isə 2020-ci il 27 sentyabr tarixində baş verdi. Həmin gün atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhəboyu Azərbaycan Ordusunun mövqelərini, mülki obyektləri, dinc insanları hədəf almağa başladı. Düşmənin hərbi təxribatının qarşısını almaq Ermənistanın təcavüzkar siyasətinə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başladı. Bununla da 44 günlük Vətən müharibəsi başlandı və şanlı Qələbə  ilə bitdi. Mədəniyyət paytaxtımız  tarixi Şuşa şəhərində üçrəngli bayrağımız dalğalandırıldı. Ermənistanın işğal faktına son qoyuldu. Düşmən döyüş meydanında məğlub olaraq kapitulyasiya aktına imza atmağa məcbur oldu. 2020-ci ilin 44 günlük Vətən müharibəsi noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidentinin imzaladığı üçtərəfli razılaşma ilə başa çatdı. Bu faktiki olaraq Ermənistanın kapitulyasiya sənədi idi. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon - noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

Vətən müharibəsi Azərbaycan xalqı üçün şanlı tarixdir. Milli həmrəyliyimizin təcəssümü olan bu qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya ilə uğurla irəliləyən müasir və qalib Azərbaycan bu gün tarixinin ən şərəfli dövrünü yaşayır. Azərbaycan dövləti mövcud olduğu tarixi dönəmlərinin heç birində bu qədər güclü olmayıb. Bu güc isə Ulu Öndər Heydər Əliyevin amallarına, Prezident 

İlham Əliyevin praqmatizminə əsaslanır.

İkinci Qarabağ müharibəsindən sonra revanşizm və faşist ideologiyasının əsirinə çevrilən Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsində hələ də qanunsuz silahlı birləşmələr saxlayır, qondarma separatçı-xunta rejiminə dəstək verirdi. Bu da, sözsüz ki, sülhə başlıca əngəl olmaqla yanaşı, ciddi təhlükə mənbəyi idi. 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxaraq mülki şəxslər həlak olmuşdu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı. Bu acı reallıq Ermənistanın işğalçı, terror, ərazi iddialarını davam etdirmək niyyətinin göstəricisi idi. Azərbaycan dövləti özünün suveren və beynəlxalq birlik tərəfindən tanınan ərazisində bu cür qanunsuz silahlıların olmasını, sözsüz ki, qəbul edə bilməzdi. Elə həmin gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qalib, güclü ordumuz qanunsuz silahlılara və separatçılara qarşı lokal xarakterli antiterror tədbirləri həyata keçirməyə başladı. Bu tədbirlər təhlükəsizliyin təmin edilməsinə xidmət edirdi. Cəmi 24 saat davam edən antiterror tədbirləri separatçıların təslim olub, ağ bayraq qaldırması, silah-sursatı təhvil verməsi və Azərbaycanın şərtlərini qəbul etməsi ilə başa çatdı. Bunun nəticəsində Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti nəzərə alınaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyub təslim olmaları Azərbaycanın növbəti qələbəsinin təntənəsi idi. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmır.

 44 günlük müharibədə əldə edilən tarixi qələbədən sonra şəhid və qazilərin, müharibə iştirakçılarının misilsiz xidmətləri dövlətimiz tərəfindən ən yüksək səviyyədə qiymətləndirildi. Əldə edilən tarixi zəfər münasibəti ilə orden və medallar təsis edildi. Yeni medal və ordenlər qələbənin əbədiləşdirilməsi və müharibə iştirakçılarına ali diqqətin təcəssümü idi. 

Bakıda Vətən müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi də inşa olunacaq. Müharibədə vətən uğrunda savaşın rəmzi - "Dəmir yumruq" hamı üçün bir güc simvoluna çevrilmişdi. Bu birlik, güc Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşən xalqımızın hələ bundan sonra daha möhtəşəm qələbələrə, uğurlara imza atacağına başlıca zəmin yaradan amildir.


Sevinc  HÜSEYNOVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 130 min şəxsə 358 min xidmət göstərilib

11:20
27 Sentyabr

27 Sentyabr - Anım Günü ilə əlaqədar fləşmob təşkil olunub 

11:18
27 Sentyabr

Prezident İlham Əliyev Zəfər parkında olub YENİLƏNƏCƏK

11:17
27 Sentyabr

Tramp Harrisi yalan danışmaqda itiitham etdi

11:13
27 Sentyabr

Ankarada 44 günlük Vətən müharibəsi qəhrəmanlarının xatirəsi anılacaq

09:51
27 Sentyabr

Azərbaycan və Monteneqro arasında ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb

09:49
27 Sentyabr

Ceyhun Bayramov misirli həmkarını Ermənistanla normallaşma prosesinin gedişatı barədə məlumatlandırıb

09:49
27 Sentyabr

Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

09:48
27 Sentyabr

“Qarabağ” məğlubiyyətlə başladı

09:38
27 Sentyabr

Birinci vitse-prezident Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

09:25
27 Sentyabr

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib

09:13
27 Sentyabr

Ermənistanda məyusluq hökm sürür

09:10
27 Sentyabr

Martinikdə Fransa müstəmləkəçiliyi ilə mübarizə güclənir

09:05
27 Sentyabr

Ölkəmizdə dağ turizmi də inkişaf edir

09:00
27 Sentyabr

Cəbrayıl - Qayıdışın yeni ünvanı

08:55
27 Sentyabr

Nazir Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu və sıra baxışı keçirib

08:50
27 Sentyabr

Vüsalın şəhadət zirvəsi 

08:45
27 Sentyabr

Ziyanın nuru 

08:40
27 Sentyabr

Əbədi ehtiram ünvanı

08:35
27 Sentyabr

Zəfərlə anırıq... 

08:30
27 Sentyabr

Gəncədə Anım Günü ilə bağlı 44 Eldar şamı əkilmişdir

08:25
27 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!