İtaliyanın şirkətlər və “Made in Italy” naziri ADA Universitetində
İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso Azərbaycana səfəri çərçivəsində fevralın 13-də ADA Universitetində olub.
ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, qonaqla görüşdə rektor Hafiz Paşayev İtaliya-Azərbaycan Universiteti ilə bağlı görülmüş işlər və gələcək planlar barədə məlumat verib, ölkəmizin müxtəlif sektorları, o cümlədən memarlıq və dizayn, kənd təsərrüfatı və idarəetmə üzrə yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsində tərəfdaş İtaliya universitetləri ilə birgə fəaliyyətindən söhbət açıb.
ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal bu təşəbbüs çərçivəsində İtaliyanın Luiss Universiteti, Alma Mater Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Roma Sapienza Universiteti ilə əməkdaşlıq barədə məlumat verib.
Nazir Adolfo Urso bu layihənin iki ölkə arasındakı strateji münasibətlər üçün əhəmiyyət kəsb etdiyini vurğulayıb və ADA Universitetinin bilik və təcrübə mübadiləsindəki rolunu təqdir edib. O, həmçinin "Made in Azerbaijan" keyfiyyət nişanının idarə edilməsi və təbliğinə yönəlik akademik proqramların hazırlanması üçün əsas rol oynayacaq “Made in Italy” təcrübəsinin ("nou-hau") qeyri-maddi dəyərini vurğulayıb.
Görüşdən sonra rektor Hafiz Paşayevlə birlikdə İtaliya-Azərbaycan Universitetinin ADA kampusundakı tikinti sahəsi ilə tanışlıq olub, xatirə şəkli çəkilib.
Qeyd edək ki, İtaliya-Azərbaycan Universiteti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsüdür. Bu universitet barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunub. ADA Universiteti və italiyan unviersitetləri ilə akademik əməkdaşlığa dair sazişlər 2022-ci il sentyabrın 1-də Romada Azərbaycan səfirliyinin yeni binası və Azərbaycan Mədəniyyət Mərkəzinin açılış mərasimində imzalanıb. Bu təşəbbüs çərçivəsində təklif olunan ilk iki magistr proqramı 2023-cü ilin sentyabrından etibarən fəaliyyətə başlayacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bakıda Qırğızıstanın müstəqillik günü təntənə ilə qeyd edilib
01 Sentyabr
Parisdə keçirilən aksiyada Avropa İttifaqının bayrağı cırılıb
31 Avqust
Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək
31 Avqust
Vuçiç: Serbiya 2030-cu ilədək Aİ-yə üzv ola bilməyəcək
31 Avqust
Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında gümüş medal qazanan Raman Saleyi tə...
31 Avqust
Premyer Liqa: “Sabah” “Kəpəz”ə qalib gəlib
31 Avqust
“Paris-2024”: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
31 Avqust
Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış olub
31 Avqust
Premyer Liqa: "Neftçi" Şamaxıda xal itirib
31 Avqust
Dmitri Kobitski: Azərbaycanda seçki prosesləri bütün qəbul edilmiş beynəlxalq normalara uyğundur...
31 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələdə: Strateji müttəfiqlik iki ölkəni daha da gücləndi...30 Avqust 2024
Strateji tərəfdaşlıq güclənir, qlobal nüfuz artır 28 Avqust 2024
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu26 Avqust 2024
"Gəl sənə Laçınımı göstərim..."25 Avqust 2024
"Mehriban xanım ürəyimizdə elə bir saray qurub ki..."24 Avqust 2024
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!