06 Oktyabr 2025 18:29
2055
İDMAN
A- A+
III MDB Oyunları: Azərbaycan medallarının sayını 166-ya çatdırıb  

III MDB Oyunları: Azərbaycan medallarının sayını 166-ya çatdırıb  


Ötən bazar günü III MDB Oyunları çərçivəsində Göygöl Olimpiya İdman Kompleksində cüdo üzrə yarışlar yekun vurulub. Qarışıq komanda yarışlarında Azərbaycan millisi Özbəkistana qalib gələrək (7:4) qızıl medal qazanıb. Bundan əvvəl isə idmançılarımız 21 medal əldə ediblər. Beləliklə, Azərbaycan cüdoçuları turniri 22 medalla başa vurublar.

Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkənlərimiz III MDB Oyunlarına dörd medalla başlayıblar. Azərbaycan komandası ilk yarış günündə dörd medal qazanıb.

Birnəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında yarışda Əlimurad Hacızadə gümüş medala sahiblənib. Amil Ramazanov birnəfərlik kayak qayığında 200 metr və 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında iki bürünc medala yiyələnib. İkinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanski-Hüseyn Həsənov dueti final yürüşündə finiş xəttini üçüncü  keçib.

Rusiya Avarçəkmə Federasiyasının prezidenti Aleksey Svirin bildirib ki, III MDB Oyunları yüksək səviyyədə təşkil olunub. O, yarışların  yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib: "Azərbaycana hər zaman məmnuniyyətlə gəlirik. Hazırlıq səviyyəsi göz önündədir - bu yarışlara böyük məsuliyyət və peşəkarlıqla yanaşmısınız. Müasir idman dünyasında hər bir beynəlxalq yarış gənc atletlər üçün əvəzolunmaz təcrübə, rəqabət imkanı və yeni tanışlıqlar deməkdir.

Mingəçevirdəki şərait yüksək beynəlxalq standartlara tam cavab verir.

Məşqçi heyətimiz uzun illərin təcrübəsinə əsaslanaraq idman məktəblərinin ənənələrini davam etdirir. Bu səbəbdən komandamızın medal cədvəlində birinci pillədə qərarlaşmasını görmək xoşdur".

Svirin Belarus, Azərbaycan və Özbəkistan komandalarını xüsusi qeyd edib və idmançılara uğurlar arzulayıb: "Atletlərə qələbə arzu edirəm. Kimsə podiuma qalxa bilməzsə belə, bu, yolun sonu deyil. Əsas odur ki, hər bir nəticəni düzgün təhlil edib, irəliyə doğru addımlasınlar. Ən vacibi ruhdan düşməmək və qalib gələndə də təvazökarlığı qorumaqdır. Əlbəttə, burada – bu startlar zamanı yaranan dostluqları gələcək illərdə də qoruyub saxlamaq lazımdır".

Gəncədə III MDB Oyunları çərçivəsində 3×3 basketbol yarışlarına start verilib. Oğlanlardan və qızlardan ibarət Azərbaycan yığma komandaları (U-17) yarımfinala yüksəlib.

“A” qrupunda yer alan oğlanlardan ibarət komandamız (Hüseyn Qaflanov, Emanuel Aqbasan, İsmayıl Abdullayev və Oğuzxan Quliyev) Tacikistanı (21:13) və Qırğızıstanı (18:6) məğlub edib, amma Rusiyaya məğlub olublar (8:21). Qrupu ikinci yerdə tamamlayan yığmamız yarımfinala adlayıb. Yarımfinalda Azərbaycan yığması “B” qrupunu lider kimi tamamlayan Belarus millisi ilə qarşılaşacaq. İkinci yarımfinalda Rusiya Özbəkistanla üz-üzə gələcək.

Qızlardan ibarət komandamız (Polina Şukina, Deniz Gökçöl, Angelina İsmayılova və Leyla Allahverdiyeva) turnirə Özbəkistana (13:16) məğlubiyyətlə başlasa da, ardıcıl qələbələr qazanaraq yarımfinala adını yazdırıb. Millimiz Qazaxıstanı (20:5), Rusiyanı (19:18) və Belarusu (18:17) məğlub edib.

Qızlardan ibarət turnirdə 5 komanda mübarizə aparıb. Turnir dairəvi sistemlə keçirilib və ilk dörd yeri tutan komandalar yarımfinala yüksəlib. Azərbaycan yığması yarımfinala birinci yerlə adlayıb. Yarımfinalda rəqibimiz Özbəkistan yığması olacaq. Digər yarımfinalda Rusiya Belarusla qarşılaşacaq.

III MDB Oyunları çərçivəsində Xankəndi şəhər stadionunda kamandan oxatma yarışları başa çatıb. Mükafatlandırma mərasimindən dərhal sonra idmançılar və nümayəndə heyətlərinin üzvləri Qarabağın incisi olan qədim Şuşa şəhərinə tura yola düşüblər.

Səfər zamanı qonaqlar şəhərin tarixi və mədəni məkanlarını - Mərkəzi Meydanı, əfsanəvi “Xan qızı” bulağı, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi və məşhur Cıdır düzünü gəziblər.

Tur iştirakçılarına Azərbaycan mədəniyyətinin beşiyi, görkəmli şairlərin, musiqiçilərin və rəssamların vətəni olan Şuşanın tarixi barədə məlumat verilib. Qonaqlar şəhərin özünəməxsus ab-havasını xüsusi vurğulayıblar.

Turun sonunda iştirakçılar Şuşanın mənzərələri yerləri fonunda xatirə fotoları çəkdiriblər. Axşam dostluq mühitində keçirilən şam yeməyi ilə davam edib.

Oktyabrın 5-də III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarında final döyüşləri keçirilib.

Azərbaycan boksçuları Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Əli Abaslı (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (+80 kq) qızıl medallar qazanıblar.

Bundan başqa, Əli Ruşanov (46 kq), Ayxan Həsənov (50 kq), Raul Heydərli (57 kq), Əflatun İsmiyev (57 kq), Toğrul Quliyev (60 kq), Haxverdi Həsənov (63 kq), Adil Zalov (70 kq), Şükar Əliyev (75 kq), İsmayıl Vəliyev (80 kq) bürünc medallara səhibləniblər.

Xatırladaq ki, bundan əvvəl qadın boksçularımız turniri 1 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurublar.

Beləliklə, Azərbaycan idmançıları turnirdə 24 medal qazanıblar.

Gəncə İdman Sarayında qılıncoynatma yarışları davam edib. 

Azərbaycan qılıncoynadanları Valentina Zeynalova və Zərifə Hüseynova yarımfinalda Rusiya təmsilçilərinə məğlub olublar.

Beləliklə, hər iki idmançımız bürünc medal əldə edib.

III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol yarışları davam edib. Yarımfinalda Azərbaycanın qızlardan ibarət millisi gərgin mübarizədə Belarusa 2:3 hesabı ilə uduzub.

Bürünc medal uğrunda qarşılaşmada komandamızın rəqibi Rusiya – Özbəkistan cütünün məğlub tərəfi olacaq.

Oktyabrın 6-da, III MDB Oyunlarının on birinci günündə 8 idman növü üzrə yarışlar keçirilib.

Şəki şəhər stadionunda çövkən üzrə bürünc medal uğrunda matçda Qazaxıstan və Qırğızıstan milliləri qarşılaşıb. Qırğızıstan millisi Qazaxıstana qalib gələrək (2:0) bürünc medal qazanıb. Oktyabrın 7-də Azərbaycan və Özbəkistan komandaları arasında final görüşündə çempion müəyyənləşəcək.

Şəki Olimpiya İdman Kompleksində isə bədii gimnastika üzrə yarışlara start verilib. III MDB Oyunlarında finala yüksələn Azərbaycan gimnastları müəyyənləşib. Azadə Atakişiyeva top və halqa ilə, Şəms Ağahüseynova top ilə, Nur Sadıqova halqa ilə finala vəsiqə qazanıblar.

Qrup hərəkətləri komandası isə 5 halqa ilə finalda çıxış edəcək.

Bədii gimnastika yarışlarına oktyabrın 8-də yekun vurulacaq.

Gəncə İdman Sarayında voleybol yarışının sonuncu günündə mükafatçılar müəyyənləşib. Qızlardan ibarət millimiz bürünc medal uğrunda Özbəkistanla mübarizə aparıb və  qalib gələrək (3:1) bürünc medal qazanıb. Ardınca qızıl medal uğrunda Rusiya və Belarus komandaları qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən Rusiya yığması qızıl, Belarus isə gümüş medal əldə ediblər. Oğlanlardan ibarət millimiz də Belarus komandasına qarşı növbəti oyununu keçirib. 

Bundan başqa, qılıncoynatma yarışları davam edib, güllə atıcılığı üzrə turnirə  isə yekun vurulub. 

Azərbaycan III MDB Oyunlarında ən azı daha bir bürünc medalı təmin edib.

Bu, şpaqa növündə mübarizə aparan təmsilçilərimiz Mirxətai Məmmədov və Vahab Fətullayevin 1/4 finalda bir-birilərinə rəqib olmasından sonra müəyyənləşib. İki qılıncoynadandan biri yarımfinala yüksələcəyi üçün Azərbaycan daha bir medal qazanacaq.

Son məlumata görə, güllə atıcısı Xanna Əliyeva bürünc mükafat əldə edib.

O, 10 metr məsafəyə solo tapança ilə atəşaçmada üçüncü olub.

Bununla yanaşı, Gəncədə keçirilən 3×3 basketbol üzrə yarışın mükafatçıları müəyyənləşib. Yarımfinalda qızlardan ibarət Azərbaycan komandası Özbəkistanla, oğlanlardan ibarət millimiz  isə Belarusla qarşılaşıblar. Qızlardan ibarət Azərbaycan milisi finala vəsiqə qazanıb. Yarımfinalda Özbəkistan komandası ilə qarşılaşma Azərbaycan basketbolçularının qələbəsi ilə yekunlaşıb - 22:10. Komandamız finalda Rusiya - Belarus cütünün qalibi ilə qarşılaşıb.

Mingəçevir “Kür” Olimpiya İdman Kompleksində isə avarçəkmənin kayak və kanoe növü üzrə final yarışları keçirilib. İki gün davam edən yarışların nəticəsinə əsasən, Azərbaycan avarçəkənləri ümumilikdə dörd medal qazanıblar. 

Azərbaycan medal sıralamasında ilk üçlükdə qərarlaşıb və müxtəlif əyarlı medallarının sayını 166-ya çatdırıb.

Xatırladaq ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. 7 şəhərdə keçirilən yarışlara 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.


Rizvan CƏFƏROV,

"Azərbaycan"



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!