16 Oktyabr 2025 08:25
386
SİYASƏT
A- A+
Hər görüşdə növbəti uğurların bünövrəsi qoyulur

Hər görüşdə növbəti uğurların bünövrəsi qoyulur


Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasında perspektivlər müzakirə olunub


Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Æomart Tokayevin siyasi iradəsi və müdrik rəhbərliyi nəticəsində ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdə dinamik şəkildə inkişaf edir və davamlı xarakter daşıyır. Hazırda iki ölkədə "2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram" həyata keçirilməkdədir. Birgə reallaşdırılan çoxsaylı layihələr var.

Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya ikitərəfli əlaqələrin dərinləşdirilməsində əhəmiyyətli rol oynayır. Komissiya artıq iki onillikdən çoxdur fəaliyyət göstərir və bu günlərdə Bakıda özünün 21-ci iclasını keçirib.

Yaranmış ənənəyə uyğun olaraq, tədbirdən əvvəl komissiyanın həmsədrləri - Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev arasında ikitərəfli görüş olub. Görüşdə strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib. Eləcə də enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi üçün həyata keçirilən və planlaşdırılan tədbirlər müzakirə olunub. 

Belə ki, bu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə artaraq 501 milyon dollara çatıb. Keçən il isə bu göstərici 50 faiz artımla 470 milyon dollar təşkil etmişdi. 

İclasda çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bunları bildirərək enerji sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıb: "2023-cü ildən indiyə qədər Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə dünya bazarına 3,4 milyon ton Qazaxıstan nefti nəql olunub. 2027-ci ilədək tranzit həcmlərinin illik 7 milyon tona çatdırılması və qarşılıqlı faydalı prinsiplər əsasında daha da artırılması imkanları nəzərdən keçirilir". 

İndi Azərbaycan və Qazaxıstan arasında enerji əməkdaşlığı daha da şaxələndirilir. Odur ki, sözügedən iclasda Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi layihəsinin enerji tərəfdaşlığını gücləndirən və regional enerji təhlükəsizliyinə töhfə verən strateji rolunun diqqətə çatdırılması təsadüfi deyil. Həmçinin əlavə edilib ki, gələn ay məsləhətçi şirkətin seçimi başa çatdıqdan sonra layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlanacaq. 

Daha bir məsələ vurğulanıb. Bu da Azərbaycanın Trans-Xəzər Nəqliyyat Dəhlizinin inkişafı sahəsində tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə və Zəngəzur dəhlizinin (TRIPP) açılması perspektivləri də daxil olmaqla yeni imkanların birgə və səmərəli reallaşdırılmasına hazır olmasıdır.

"Bugünkü danışıqlarımız konstruktiv, səmimi və əsl işgüzar atmosferdə keçdi. Biz Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş yüksək maraq, qarşılıqlı anlayış və etimad nümayiş etdirdik. İclas zamanı ticarət və sənaye əməkdaşlığından tutmuş nəqliyyat, energetika, rəqəmsallaşma və mədəniyyət sahələrinə qədər əməkdaşlığımızın müxtəlif istiqamətlərinə toxunan bir sıra məzmunlu ideya və təşəbbüslər səsləndirildi". Bunları isə Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev deyib.

Ötən il iki ölkə arasında tranzit daşımalarının ümumi həcminin 21 faiz artaraq 3,6 milyon ton təşkil etməsi də müsbət hal kimi qiymətləndirilib. Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və turizm sahələrində də əməkdaşlıqda müsbət dinamikanın müşahidə olunduğundan, bir sıra birgə təşəbbüslərin uğurla həyata keçirildiyindən bəhs edilib.

Qeyd edək ki, hər iki ölkədə prioritet infrastruktur və istehsal layihələrinə investisiyaların cəlb edilməsində Birgə İnvestisiya Fondunun əhəmiyyəti böyükdür. 

Qazanılmış nailiyyətlərlə yanaşı, ticarət-iqtisadi, energetika, nəqliyyat və logistika, kənd təsərrüfatı, qida təhlükəsizliyi, rəqəmsallaşma, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, elm və təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın daha da inkişafı üçün həmçinin perspektivlər mövcuddur. Odur ki, bununla bağlı aktual məsələlər də müzakirə olunub və bir sıra istiqamətlər üzrə razılaşmalar əldə edilib. 

Sonda Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasının yekunlarına dair Protokol imzalanıb.

Xatırladaq ki, komissiyanın keçən il mart ayının 5-də keçirilən 20-ci iclasına Astana evsahibliyi etmişdi. Gələn il növbə yenə Qazaxıstanındır. Belə ki, 22-ci iclasın Qazaxıstanda keçirilməsi razılaşdırılıb.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yanvar-oktyabr aylarında 491,8 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub  

14:56
11 Noyabr

Qazaxıstanın qızıl ehtiyatları təxminən 100 ton artıb

14:54
11 Noyabr

İqlim diplomatiyasının Azərbaycan zirvəsi: COP29

14:24
11 Noyabr

Pokrovsk və Mirnoqrad uğrunda ağır döyüşlər davam edir  

12:52
11 Noyabr

Gəncənin ev sahibliyi etdiyi aerobika gimnastikası üzrə Avropa çempionatına yekun vurulur  

11:51
11 Noyabr

Başqalarına kömək etmək beyin qocalmasını ləngidir – TƏDQİQAT

11:07
11 Noyabr

COP30-un ilk günündə uşaqlar və gənclər iqlim müzakirələrinin mərkəzində oldular

10:31
11 Noyabr

COP29 Sədri estafeti COP30 Sədrliyinə ötürərək ölkələri əvvəlki vədləri yerinə yetirməyə çağırıb  

10:06
11 Noyabr

Tramp: Sabit və uğurlu Suriya region ölkələri üçün çox vacibdir  

10:04
11 Noyabr

Misirli alim yutub kanalında Azərbaycan Milli Xalça Muzeyi haqqında danışıb

01:28
11 Noyabr

Azərbaycan üzgüçüsü İslamiadada gümüş medal qazanıb

23:18
10 Noyabr

Ağ Ev administrasiyası hökumətin yenidən açılması planını dəstəkləyib

23:16
10 Noyabr

VII İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib

23:04
10 Noyabr

Türkiyəli ekspert: Azərbaycanın Zəfəri regionda yeni bir mərhələnin başlanğıcı oldu  

22:11
10 Noyabr

ABŞ-Mərkəzi Asiya dialoqunda Azərbaycanın rolu yüksək qiymətləndirilir 

21:05
10 Noyabr

Çingiz Hüseynzadə: İnanıram ki, İslamiadada medal sayı daha çox olacaq

20:17
10 Noyabr

İslamiada: Azərbaycanın cüdo yığması komanda yarışının qalibi olub  

20:16
10 Noyabr

Pekində Azərbaycan-Çin münasibətlərinə dair elmi konfrans keçirilib  

20:15
10 Noyabr

Muxtar Babayev: Bakıdan Belenə gedən yol qlobal həmrəyliyin və etimadın bərpasının rəmzinə çevrildi  

20:13
10 Noyabr

Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur  

20:12
10 Noyabr

Gəncədə keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatının ikinci günü yekunlaşıb  

20:06
10 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!