27 Sentyabr 2024 12:23
272
CƏMİYYƏT
A- A+
“Haber Global” telekanalı: Azərbaycanlılar qürurla öz ata-baba yurdlarına qayıdırlar

“Haber Global” telekanalı: Azərbaycanlılar qürurla öz ata-baba yurdlarına qayıdırlar

Türkiyənin “Haber Global” telekanalı 44 günlük Vətən müharibəsində tarixi Qələbənin dördüncü ildönümündə Azərbaycanın ərazi bütövlüyünün bərpasının bütün mərhələləri barədə geniş auditoriyaya məlumat verib.

AZƏRTAC xəbər verir ki, telekanal “İkinci Qarabağ müharibəsinin dördüncü ildönümü: Qələbəyə gedən yol” adlı reportajında Prezident, Ali Baş Komandan İlham Əliyevin işğalçıların Azərbaycan ərazisindən tamamilə qovulması uğrunda mübarizənin başlanması ilə əlamətdar olan 27 sentyabr 2020-ci il tarixli Bəyanatına istinad edib.

Telekanal qeyd edir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini davamlı atəşə tutması azərbaycanlıların səbrini daşıran son damla olub. Reportajda vurğulanıb: “Ermənistan tərəfinin təxribatlarına və atəşkəs rejiminin davamlı olaraq pozulmasına, o cümlədən ağır silahlardan istifadə etməsinə cavab olaraq, Prezident İlham Əliyev bütün cəbhə xətti boyunca hücuma keçmək əmrini verib. Azərbaycan Ordusu və xalqı dövlət başçısının “Dəmir yumruğu” ətrafında birləşdi. Hərbçilər Vətən uğrunda canlarından keçməyə, analar isə oğullarını şəhid verməyə hazır idilər. Hər kəs anladı ki, Qarabağın azad edilməsi şərəf və Vətənin müdafiəsi məsələsidir”.

Telekanal 44 günlük müharibədə Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli Qələbəsinin mərhələlərini sadalayıb, hərbi əməliyyatlar başlayandan qısa müddət sonra Cəbrayıl şəhərinin, daha sonra Şuşa yolunda yerləşən Hadrut kəndinin azad edildiyini diqqətə çatdırıb: “Oktyabrın 17-də Azərbaycan hərbçiləri Füzuli şəhərini, oktyabrın 20-də Zəngilanı tam nəzarətə götürdülər, beş gün sonra isə Qubadlını işğalçılardan təmizlədilər. Sırada Qarabağın incisi - Şuşa şəhəri vardı. Azərbaycanın mədəniyyət paytaxtının azad edilməsini noyabrın 8-də Prezident İlham Əliyev dünyaya bəyan edib: “Şuşa. Sən azadsan!”.

Türkiyə telekanalı vurğulayıb ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Ermənistanı məğlubiyyətini etiraf etməyə məcbur edib: “Azərbaycan Ordusu xalqın öz tarixi torpaqlarına çoxdankı həsrətinə son qoydu, 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın kənd işğaldan azad olundu. Eyni zamanda, Ağdam, Kəlbəcər, Laçın şəhərləri bir güllə də atılmadan, Azərbaycan oğulları həlak olmadan geri qaytarıldı”.

“Haber Qlobal” qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə 2908 Azərbaycan hərbçisi şəhid olub.

Reportajda vurğulanıb: “44 günlük müharibədə Azərbaycan xalqı tək deyildi. İlk gündən Qələbə gününə qədər Türkiyə qardaş ölkəyə dəstəyini bəyan etməyə davam etdi”. Daha sonra diqqətə çatdırılıb ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın əksinə olaraq, erməni tərəfi təxribatçı siyasətindən və cəhdlərindən əl çəkmir, regionda sülhü ləngidirdi. Məhz buna görə də Azərbaycan Silahlı Qüvvələri 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatı keçirərək Qarabağda separatizmə son qoydu. Daha bir Qələbənin qazanılmasında Azərbaycan 204 şəhid verdi.

Telekanal qeyd edib: “Bakının sülh planının əksinə olaraq, İrəvan hələ də revanşizm niyyətindən əl çəkmir. Qərb ölkələri, xüsusən də Fransa Ermənistanı silahlandırır”.

“Haber Global”, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına, “ağıllı şəhərlər” konsepsiyası əsasında yolların, hava limanları və qəsəbələrin tikintisi səylərinə diqqət çəkib. Reportajda vurğulanır ki, Azərbaycanlılar qürurla öz ata-baba yurdlarına qayıdırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağ Ev etiraf edib ki, Kiyev ərazi güzəştlərinə gedə bilər

15:07
27 Sentyabr

Baş Prokurorluğun rəhbər heyəti Zəfər parkında olub

14:58
27 Sentyabr

Türkiyə mediası: Azərbaycan 44 günlük Vətən müharibəsi qəhrəmanlarının xatirəsini anır

14:53
27 Sentyabr

Haber Global: Azərbaycanın qazandığı böyük zəfərin arxasında üç minə yaxın şəhid dayanır

14:48
27 Sentyabr

Azərbaycanın çimərlik voleybolçuları Ermənistan təmsilçilərini məğlub ediblər

14:46
27 Sentyabr

NYT: ABŞ kəşfiyyatı Amerika silahı ilə Rusiyanın dərinliklərinin vurulmasına icazə verməməyə çağırıb

14:37
27 Sentyabr

Şəhidlərin xatirəsi Xocalıda da ehtiramla anılıb

14:30
27 Sentyabr

Macarıstan Aİ-nin Rusiyaya qarşı sanksiya siyasətini tam uğursuzluq hesab edir

14:22
27 Sentyabr

Sorosun radiostansiyaları alması ABŞ-də araşdırılır

14:21
27 Sentyabr

Tailand kralı eynicinsli nikah qanununu imzalayıb

14:19
27 Sentyabr

CNN: Zelenski Trampla görüşmək üçün ABŞ səfərini uzadıb

14:15
27 Sentyabr

Məhbus işgəncə ilə edam edildi - Amerikada

14:13
27 Sentyabr

Sabah ölkənin bəzi dağlıq ərazilərinə qar yağacaq

13:43
27 Sentyabr

3D printerlə tikilən ilk otel

13:30
27 Sentyabr

Bu şirkət öz kompüterlərində "Windows" işlətməyəcək

13:28
27 Sentyabr

Şuşada şəhidlərin xatirəsi ehtiramla yad edilib

13:07
27 Sentyabr

Layiqli Əmək üzrə növbəti Ölkə Proqramının layihəsi hazırlanır

13:05
27 Sentyabr

Türkiyənin Azərbaycandakı səfiri Anım Günü ilə bağlı paylaşım edib

12:47
27 Sentyabr

Daxili İşlər Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

12:45
27 Sentyabr

Abşeron rayonunda dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb

12:44
27 Sentyabr

Paşinyan Azərbaycanla sülh danışıqlarının müsbət nəticələnəcəyini düşünür

12:43
27 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!