GDU-da "COP29 iqlim dəyişkənliyi ilə mübarizə" mövzusunda tədbir baş tutub
Tədbiri universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü ilə açaraq Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsindən və Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un əhəmiyyətindən danışıb.
Bildirilib ki, ölkəmiz iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizənin önündədir və noyabr ayında COP29 kimi qlobal tədbirin Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha onu təsdiq edir ki, Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuza malik olan dövlətlərin sırasında yer tutub. Ölkəmiz ənənəvi enerjinin əsas ünvanlarından biri kimi tanınsa da, son illərdə alternativ və bərpaolunan enerjiyə keçid sahəsində böyük irəliləyişə nail olub. COP29-un Bakıda keçirilməsi iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə töhfə verəcək.
Tədbirdə Kimya-biologiya fakültəsinin əməkdaşları - professor Sevda Əhmədova "Müasir dövrdə qlobal müharibə və sülh problemlərinin iqlim dəyişmələrinə təsiri", dosent Nəsibə Nəsirova "Alternativ enerji mənbələrinin qlobal iqlim dəyişmələrinə müsbət təsiri", dosent Lalə Abdullayeva "İqlim dəyişkənliyinin Xəzərin ixtiofaunasına təsiri", baş müəllim Güləbatın Hümbətova "GMO-nun ətraf mühitə və canlılara təsiri" və müəllim Sevinc Mahmudova "Qlobal istiləşmənin ekoloji nəticələri" adlı məruzələrlə çıxış etmişlər.
Tədbir ekoloji tarazlığın və ətraf mühitin qorunması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində "ağıllı şəhər" və "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilməsi və su-elektrik stansiyalarının yaradılmasına dair müzakirələrlə davam etdirilmişdir. Çıxış edənlər qlobal iqlim dəyişikliklərinin ölkələrin iqtisadiyyatına, ətraf mühitə, eləcə də qlobal qida təhlükəsizliyinə, regional təhlükəsizlik sistemlərinə neqativ təsirlərindən, həmçinin alternativ enerji mənbələrindən səmərəli istifadənin vacibliyindən bəhs ediblər.
Sabir ƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bakıda Qırğızıstanın müstəqillik günü təntənə ilə qeyd edilib
01 Sentyabr
Parisdə keçirilən aksiyada Avropa İttifaqının bayrağı cırılıb
31 Avqust
Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək
31 Avqust
Vuçiç: Serbiya 2030-cu ilədək Aİ-yə üzv ola bilməyəcək
31 Avqust
Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında gümüş medal qazanan Raman Saleyi tə...
31 Avqust
Premyer Liqa: “Sabah” “Kəpəz”ə qalib gəlib
31 Avqust
“Paris-2024”: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
31 Avqust
Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış olub
31 Avqust
Premyer Liqa: "Neftçi" Şamaxıda xal itirib
31 Avqust
Dmitri Kobitski: Azərbaycanda seçki prosesləri bütün qəbul edilmiş beynəlxalq normalara uyğundur...
31 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələdə: Strateji müttəfiqlik iki ölkəni daha da gücləndi...30 Avqust 2024
Strateji tərəfdaşlıq güclənir, qlobal nüfuz artır 28 Avqust 2024
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu26 Avqust 2024
"Gəl sənə Laçınımı göstərim..."25 Avqust 2024
"Mehriban xanım ürəyimizdə elə bir saray qurub ki..."24 Avqust 2024
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!