Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
UEFA Avropa Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək “Tottenhem” (İngiltərə) - “Qarabağ” matçından öncə komandamızın baş məşqçisi Qurban Qurbanov və əlcəzairli yarımmüdafiəçisi Yassin Benzianın mətbuat konfransı təşkil olunub. Təcrübəli mütəxəssis görüş barədə fikirlərini bildirib:
“Rəqib haqqında çox danışmağa ehtiyac yoxdur. Çünki dünyanın ən güclü çempionatında iştirak edən və həmişə liderlər sırasında yer alan komandaya qarşı oynayacağıq. Sabahkı oyuna hazırıq. Düzgün, səliqəli, intizamlı oynamağa çalışacağıq. Belə stadionda, bu cür azarkeşlər qarşısında oynamaq hər bir futbolçumuzun böyüməsi baxımından yaxşı təcrübədir. Futbolçularımız çox güc sərf edərək yaxşı oyun göstərməyə çalışacaqlar”.
Qurban Qurbanov Avropa Liqasının 2015/2016-cı il mövsümündə qarşılaşdıqları “Tottenhem”in həmin vaxtkı heyəti ilə hazırki kollektivini də müqayisə edib: “Tottenhem”lə keçirdiyimiz oyun yadımdadır. Həmin vaxt da yaxşı heyətləri və güclü baş məşqçiləri var idi. Ancaq bu gün futbol daha dinamik və sürətli keçir. Xüsusən də, hazırkı baş məşqçiləri gəldikdən sonra “Tottenhem” İngiltərə Premyer Liqasının ən sürətli pressinq edən komandalarından birinə çevrilib. 2015-ci illə müqayisədə bugünkü “Tottenhem” tam fərqlidir”.
Yassin Benzia isə rəqibin güclü olmasına baxmayaraq, layiqli rəqabət aparacaqlarına inandığını söyləyib: “Bura özümüzü yaxşı tərəfdən göstərmək üçün gəlmişik. İnanıram ki, bizim üçün yaxşı oyun olacaq”.
Qeyd edək ki, “Tottenhem” stadionunda keçiriləcək qarşılaşma bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Elçin CƏFƏROV,
“Azərbaycan”
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında
UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub
Energetika naziri Belqradda bir sıra görüşlər keçirib
Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib
Assosiasiya prezidenti: Azərbaycan bazarı Qətər üçün mühümdür
Şahin Mustafayev: Çinlə tranzit daşımaları əməkdaşlığımızın əsas istiqamətlərindən biridir
Şuşa şəhərində Vüqar Həşimov Memorialının açılış mərasimi olub
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
Azərbaycan və Ermənistan qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər YENİLƏNİB
Qırx ölkənin təmsil olunduğu “ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub
"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb
Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Azərbaycan Müdafiə Nazirliyinin və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirilib
Nazir: “COP29 gündəliyində olan 14 təşəbbüsü BMT-də təqdim etdik”
Şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüş keçirilib
Vüqar Həşimov Memorialı start götürüb
Fransada Milli Assambleyanın yenidən buraxılacağına dair çağırışlar səslənir
Kir Starmer Avropa İttifaqı ilə əlaqələri yenidən qurmaq istəyir
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirilib
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!