Fransanın mövqeyi regionda sülhə və təhlükəsizliyə təhdiddir
Rəsmi Paris Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına əngəl olmaq istəyir
"Fransanın mövqeyi Cənubi Qafqazda sülhə və təhlükəsizliyə böyük təhdiddir. Bu ölkənin prezidenti Emmanuel Makronun fevralın 21-də Parisdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı ölkəmizə qarşı səsləndirilən əsassız iddialar qəbulolunmazdır".
Bu fikirləri qəzetimizə Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib. Deputat bildirib ki, ermənilərin maraqları naminə Fransanın beynəlxalq hüquqa hörmətsizliyi, bəşəri dəyərləri ayaqlar altına atması təəssüf doğurur. Bu o deməkdir ki, Fransa hökuməti və parlamenti, ölkənin ayrı-ayrı siyasi dairələri uzun illərdir açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyət nümayiş etdirirlər. Bu yanaşma artıq Fransanın dövlət siyasəti səviyyəsinə çatıb. Fransa parlamentinin qərarları beynəlxalq hüququn normalarına və prinsiplərinə zidd olmaqla, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımdır. Fransa parlamenti hələ 2020-ci ilin noyabrında - Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi zəfərdən qısa müddət sonra Qarabağdakı separatçı rejimin tanınmasının zərurəti haqda qətnamə qəbul etmişdi. Bu tipli qərəzli yanaşmanı bu gün də davam etdirirlər.
Deputatın sözlərinə görə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət edilməsi Fransanın həm çoxtərəfli, həm də ikitərəfli beynəlxalq öhdəliklərindən irəli gələn vəzifəsidir: "Parisdə Makronla Paşinyanın səsləndirdiyi fikirlər reallıqdan tamamilə uzaqdır. Eyni zamanda Fransanın müdafiə nazirinin İrəvana səfəri və tərəflər arasında yeni müqavilənin imzalanması ciddi suallar doğurur. Məlumdur ki, hələ ötən ilin payızında Fransanın Ermənistana silah satışı ilə bağlı müqavilə imzalanmışdı. Həmin müqavilə əsasında Ermənistana müxtəlif silahlar göndərilib. Bütövlükdə, E.Makronun fikirləri anti-Azərbaycan yönümlüdür. Onun ermənilərin Qarabağdan könüllü getdiyi halda, hansısa "etnik təmizləmə"dən danışması, eləcə də sərhədlərin delimitasiyası haqqında fikirləri tamamilə qərəzlidir. Alma-Ata Bəyannaməsi və müəyyən xəritələr çərçivəsində ərazi bütövlüyünün vacibliyinə toxunan Fransa tərəfinin, nəyə görə məhz bu kimi razılaşmalara zidd olaraq 30 ilə yaxın müddətdə davam etmiş Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmaması sualına aydınlıq gətirməsi daha faydalı olardı".
P.Kərimzadə bildirib ki, heç bir təhrikedici amil olmadan 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistanın tənqid edilməsi əvəzinə, Azərbaycanın qeyri-proporsional cavab tədbiri görməkdə təqsirləndirilməsi qəbuledilməzdir və bu kimi qərəzli yanaşmalara son qoyulmalıdır. Görünən odur ki, Fransa Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına əngəl olmaq istəyir.
Fransanın Cənubi Qafqazla bağlı məkrli planlar həyata keçirməyə çalışdığını deyən deputat qeyd edib ki, Ermənistanın silahlandırılması məhz bu məqsədə xidmət edir. Tarix boyu müstəmləkə siyasəti həyata keçirən Fransanın Afrika ölkələrində yüzminlərlə günahsız insanları qətlə yetirməsi, soyqırımı törətməsi bütün dünyaya məlumdur. Bu baxımdan, Fransa ilə Ermənistanın çox oxşarlığı var. Ermənilər də 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb, xalqımıza qarşı soyqırımları törədib. Məhz belə bir təcavüzkar ölkənin rəsmi Paris tərəfindən dəstəklənməsi Fransanın tarixi "ənənə"lərindən irəli gəlir. Amma onlar unutmamalıdırlar ki, Azərbaycan öz torpaqlarını öz gücünə işğaldan azad edib və bu gün regionda söz sahibidir. "Hansısa qərəzli açıqlamalarla, qərarlarla dövlətimizin dünyadakı nüfuzuna təsir edə bilməzlər. Parisin qərəzli mövqeyi Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur. Ona görə də, Fransanın hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində iştirak etmək cəhdləri qəbulolunmazdır", - deyə o əlavə edib.
P.Kərimzadə vurğulayıb ki, Fransanın regionla bağlı məkrli planları iflasa məhkumdur.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bakıda Qırğızıstanın müstəqillik günü təntənə ilə qeyd edilib
01 Sentyabr
Parisdə keçirilən aksiyada Avropa İttifaqının bayrağı cırılıb
31 Avqust
Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək
31 Avqust
Vuçiç: Serbiya 2030-cu ilədək Aİ-yə üzv ola bilməyəcək
31 Avqust
Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında gümüş medal qazanan Raman Saleyi tə...
31 Avqust
Premyer Liqa: “Sabah” “Kəpəz”ə qalib gəlib
31 Avqust
“Paris-2024”: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
31 Avqust
Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış olub
31 Avqust
Premyer Liqa: "Neftçi" Şamaxıda xal itirib
31 Avqust
Dmitri Kobitski: Azərbaycanda seçki prosesləri bütün qəbul edilmiş beynəlxalq normalara uyğundur...
31 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələdə: Strateji müttəfiqlik iki ölkəni daha da gücləndi...30 Avqust 2024
Strateji tərəfdaşlıq güclənir, qlobal nüfuz artır 28 Avqust 2024
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu26 Avqust 2024
"Gəl sənə Laçınımı göstərim..."25 Avqust 2024
"Mehriban xanım ürəyimizdə elə bir saray qurub ki..."24 Avqust 2024
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!