11 Mart 2023 11:50
1737
Səhiyyə
A- A+
B 12 vitamini çatışmazlığı yaddaş zəifliyinə səbəb ola bilər

B 12 vitamini çatışmazlığı yaddaş zəifliyinə səbəb ola bilər

 

Yaddaş zəifliyi və unutqanlıqdan gileylənənlər, əziyyət çəkənlər çoxdur. Stres, depressiya və digər səbəblər yaddaş zəifliyi yaradan səbəblərdir. Yaddaş beyinin ən mühüm funksiyalarından biridir.

AZƏRTAC xəbər verir ki, həkim-terapevt Zakir Quliyev deyib: “Uşaq vaxtları və yetkinlik çağlarında da yaddaş zəifliyi müşahidə edilir. Araşdırmalar göstərir ki, onun altında bir çox xəstəliklər yatır. Məsələn, B 12 vitamini çatışmazlığı ciddi yaddaş zəifliyinə aparıb çıxara bilər, hətta kəskin B 12 vitamini çatışmazlığı yaddaşın tamamilə itməsinə səbəb olur. Qalxanabənzər vəzinin zəif işləməsi, buna el arasında “tənbəl zob” deyilir - yaddaş zəifliyi ilə nəticələnir. Bunu təbii yollarla yüksəltməyin ən yaxşı yolu qırmızı ətdən istifadə olunmasıdır. Bundan başqa dəniz məhsullarının tərkibində də B 12 vitamini çox olur. Bəzi insanlarda mədə problemi olanda istənilən qədər B 12 vitamini ilə zəngin qidalar yesələr də, orqanizmdə onun miqdarı yüksəlmir. Ona görə belə hallarda onu preparatlarla orqanizmə yeritmək məcburiyyəti yaranır”.

Yaddaş biliklərin, məlumatların, informasiyaların toplanması və lazım olduqda ondan istifadə etməyə xidmət edir. Lakin həmin ardıcıllığın pozulması artıq narahat olmağa zəmin yaradır. Həmin hal dərinləşdikdə bir çox psixoloji hallara aparıb çıxara bilir.

“Yaddaş zəifliyinin birbaşa yaşla əlaqəsi yoxdur. Yaş ötdükcə koqnitiv, əqli funksiyaların tədricən zəifləməsi büruzə verə bilər. Lakin bu, o demək deyil ki, çox ciddi şəkildə geri dönməyən yaddaş pozuntularıdır. Qocalma ilə bağlı yaddaş pozuntusu proqressivləşmirsə, eyni dərəcədə qalırsa, sadəcə yüngül formada, davranış dəyişikliyinə səbəb olmursa, ciddi şəkildə həyat keyfiyyətini pozmursa, buna yaşlaşma ilə balı yaddaş pozuntusu deyə bilərik. Amma çox ciddi fəsadlar verirsə, həyat keyfiyyətini pozursa, patoloji hal sayılır”,- deyə həkim-nevropatoloq Mərziyyə Məmmədova bildirib.

Onu da qeyd edək ki, yaddaşsızlıq gündəlik həyatımızda bir çox xoşagəlməz hadisələrlə üzləşdirə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ankarada 44 günlük Vətən müharibəsi qəhrəmanlarının xatirəsi anılacaq

09:51
27 Sentyabr

Azərbaycan və Monteneqro arasında ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb

09:49
27 Sentyabr

Ceyhun Bayramov misirli həmkarını Ermənistanla normallaşma prosesinin gedişatı barədə məlumatlandırıb

09:49
27 Sentyabr

Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

09:48
27 Sentyabr

“Qarabağ” məğlubiyyətlə başladı

09:38
27 Sentyabr

Birinci vitse-prezident Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

09:25
27 Sentyabr

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib

09:13
27 Sentyabr

Ermənistanda məyusluq hökm sürür

09:10
27 Sentyabr

Martinikdə Fransa müstəmləkəçiliyi ilə mübarizə güclənir

09:05
27 Sentyabr

Ölkəmizdə dağ turizmi də inkişaf edir

09:00
27 Sentyabr

Cəbrayıl - Qayıdışın yeni ünvanı

08:55
27 Sentyabr

Nazir Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu və sıra baxışı keçirib

08:50
27 Sentyabr

Vüsalın şəhadət zirvəsi 

08:45
27 Sentyabr

Ziyanın nuru 

08:40
27 Sentyabr

Əbədi ehtiram ünvanı

08:35
27 Sentyabr

Zəfərlə anırıq... 

08:30
27 Sentyabr

Gəncədə Anım Günü ilə bağlı 44 Eldar şamı əkilmişdir

08:25
27 Sentyabr

Ərazi bütövlüyümüzə gedən yolun başlanğıcı

08:20
27 Sentyabr

İlham Əliyevin yaratdığı şanlı tarix

08:15
27 Sentyabr

Milli həmrəyliyin qələbəsi

08:10
27 Sentyabr

27 sentyabrdan başlayan Zəfər salnaməsi 

08:05
27 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!