26 Sentyabr 2024 09:00
373
İQTİSADİYYAT
A- A+
Azərbaycan sərmayə sarıdan heç bir investordan asılı deyil

Azərbaycan sərmayə sarıdan heç bir investordan asılı deyil


Qarabağ və Şərqi Zəngəzur yalnız daxili imkanlar hesabına dirçəldilir


Azərbaycan dünyada inkişaf edən ölkələr sırasında yer alsa da, ən yaxın strateji hədəfi inkişaf etmiş ölkəyə çevrilməkdir. Bunun, konkret desək, iqtisadiyyatın  şaxələndirilməsi, neft-qaz gəlirlərindən asılılığın azaldılması, qeyri-neft-qaz sənayesinin inkişafı və sosial məsələlərin həllinin daha da sürətlənməsi üçün ölkədə bir sıra vacib sənədlər qəbul olunub və hazırda həmin sənədlər çərçivəsində yer almış vəzifələr icra edilir.

Nəticədə ölkə üzrə iqtisadi inkişaf dinamikası yüksəlir, əhalinin sosial güvənliyi daha etibarlı təmin olunur. Prezident İlham Əliyev VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqində ölkənin iqtisadi göstəricilərinin yüksək olmasını vurğulayaraq demişdir ki, cari ilin 8 ayında ölkə iqtisadiyyatı 4 faizdən çox, o cümlədən qeyri-neft sektorunda 7 faiz artıb. Bu isə ilk növbədə o deməkdir ki, qarşıya qoyulan hədəfə çatmaq üçün ölkənin inkişaf tempi və potensialı yüksəkdir.

Məlumdur ki, sərbəst bazar iqtisadiyyatının inkişaf dinamikasının sabit qalması və artması kapital qoyuluşu ilə sıx bağlıdır. Başqa sözlə, iqtisadi inkişafın hərəkətverici qüvvəsi fasiləsiz kapitallaşmadan asılıdır. Bu səbəbdən də hazırda Azərbaycan hökumətinin apardığı iqtisadi siyasətin başlıca məqsədi sərmayə qoyuluşunun davamlı olmasını təmin etməkdir. Amma son illər dünyada baş verən qarşıdurmalar nəticəsində qlobal səviyyədə sərmayə qoyuluşunda azalma müşahidə olunur. Üstəlik, qütbləşən ölkələrin qarşılıqlı şəkildə bir-birilərinə sanksiyalar tətbiq etməsi investorları daha ehtiyatlı olmağa vadar edib. Çünki sərmayədarlar qoyduqları vəsaitin təhlükəsizliyinə əmin deyillər. Elə buna görədir ki, cari ilin Azərbaycanda yanvar-avqust aylarında ölkə üzrə yatırılan ümumi sərmayənin 58,7 faizi dövlətə, 41,3 faizi qeyri-dövlət sektorunun səhmdarlarına məxsusdur. Bu, indiki mürəkkəb zamanda yeganə çıxış yoludur. Yeri gəlmişkən onu da qeyd edək ki, hər hökumətin özəl sərmayə kəsirini əvəzləmək üçün bizim kimi maliyyə imkanı yoxdur. Azərbaycanın bunu etməsi uğurlu iqtisadi siyasətin nəticəsidir. 

İndi isə konkret son rəqəmlərə müraciət edək. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin 8 ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyard 216,9 milyon manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox investisiya yönləndirilmişdir. Bu dövrdə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,4 faiz azalsa da, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 3,9 faiz artmışdır.

Kapital qoyuluşunda ölkənin inkişafına birbaşa təsir edən sahələrə xüsusi önəm verilir. Belə ki, hesabat dövründə ümumi sərmayənin 5 milyard 587 milyon manatı  (49,8 faizi) məhsul istehsalı sahələrinə yönəldilmişdir. Daxili mənbələrdən əsas kapitala qoyulan investisiyanın dəyərinin ümumi sərmayənin 83,1 faizini təşkil etməsi isə onu göstərir ki, Azərbaycan qarşıya qoyulan vəzifələri icra etmək üçün kifayət qədər maliyyə imkanlarına malikdir və heç bir xarici köməyə ehtiyac yoxdur. Buna baxmayaraq, xarici səhmdarlar da Azərbaycana güvəndiklərindən ölkəmizdə müxtəlif sahələrə sərmayə yatırmaqdan çəkinmirlər. Dövlət Statistika Komitəsinin cari ilin yanvar-avqust ayları üzrə açıqladığı rəqəmlərə görə, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönləndirilmiş  investisiyanın həcmi 1 milyard 819,5 milyon manat olmuşdur. Bunun 95,7 faizi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Rusiya, Norveç, İran, Hindistan, BƏƏ, Qırğızıstan və Fransa sərmayədarlarına məxsusdur.

Kapital qoyuluşu ölkənin hərtərəfli inkişafında önəmli rol oynayan müxtəlif təyinatlı obyektlərin tikintisinə imkan yaratmışdır. Hesabat dövründə ölkənin enerji sektoruna əlavə dəyər qazandıracaq Laçın rayonunda "Zabux", "Qarıqışlaq", "Zəngilan", "Şayıtlı" Su-Elektrik stansiyaları, Qəbələ rayonunda 110/35/10 kV-luq "Hacallı" elektrik yarımstansiyası tikilib istifadəyə verilmiş, paytaxtda və regionlarda bir çox sosial-iqtisadi obyektlər inşa olunmuşdur.

Təbii ki, onların əksəriyyəti işğaldan azad edilmiş ərazilərdə yerləşir. Təkcə onu qeyd etmək kifayətdir ki, Qarabağ və Şərqi Zəngəzurda görülən işlərin həcmi və sürəti hətta dünyada möcüzələr yaradan ölkələri belə, təəccübləndirir. Prezident İlham Əliyev 7-ci çağırış Milli Məclisin ilk iclasındakı nitqində bu barədə çox dəqiq demişdir: "...Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır. Bilmirəm, tarixdə buna oxşar bərpa işləri hansısa ölkədə aparılmışdır, ya yox". Sözsüz ki, bu səviyyədə, bu tezlikdə, bu keyfiyyətdə heç bir ölkədə aparılmayıb və yəqin ki, yaxın gələcəkdə aparılmayacaq da. Üstəlik, bütün görülən və görüləcək işlər yalnız daxili imkanlar hesabınadır. Dövlət başçısı demişkən: "...bütün bu işləri biz öz hesabımıza edirik... bizə bir daş da müftə verilməmişdir... Biz ancaq öz gücümüzə arxalanmalıyıq, öz potensialımıza güvənməliyik".   


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:59
27 Sentyabr

Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında

01:57
27 Sentyabr

UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub

22:39
26 Sentyabr

Energetika naziri Belqradda bir sıra görüşlər keçirib

22:34
26 Sentyabr

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib

22:32
26 Sentyabr

Assosiasiya prezidenti: Azərbaycan bazarı Qətər üçün mühümdür

22:30
26 Sentyabr

Şahin Mustafayev: Çinlə tranzit daşımaları əməkdaşlığımızın əsas istiqamətlərindən biridir

22:29
26 Sentyabr

Şuşa şəhərində Vüqar Həşimov Memorialının açılış mərasimi olub

22:26
26 Sentyabr

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

22:20
26 Sentyabr

Azərbaycan və Ermənistan qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər YENİLƏNİB 

22:19
26 Sentyabr

Qırx ölkənin təmsil olunduğu “ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub

20:12
26 Sentyabr

"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb

20:10
26 Sentyabr

Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub

19:32
26 Sentyabr

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

19:31
26 Sentyabr

Azərbaycan Müdafiə Nazirliyinin və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirilib

19:30
26 Sentyabr

Nazir: “COP29 gündəliyində olan 14 təşəbbüsü BMT-də təqdim etdik”

19:29
26 Sentyabr

Şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüş keçirilib

19:28
26 Sentyabr

Vüqar Həşimov Memorialı start götürüb

19:27
26 Sentyabr

Fransada Milli Assambleyanın yenidən buraxılacağına dair çağırışlar səslənir

19:26
26 Sentyabr

Kir Starmer Avropa İttifaqı ilə əlaqələri yenidən qurmaq istəyir

19:25
26 Sentyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirilib

19:22
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!