11 Oktyabr 2025 08:20
1158
SİYASƏT
A- A+
Azərbaycan-Rusiya münasibətlərində yeni səhifə

Azərbaycan-Rusiya münasibətlərində yeni səhifə


Oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təkbətək görüşü iki ölkə arasında 11 ay davam edən gərginliyə son qoymaqla münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu.

Məlum olduğu kimi, münasibətlərin gərginləşməsinə səbəb Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sistemi tərəfindən vurulması olmuşdur. İlk gündən Azərbaycan tərəfi 38 nəfərin ölümü ilə nəticələnən bu bədbəxt hadisənin qəsdən edilmədiyini xüsusi olaraq qeyd etməklə bəzi məqamları nəzərə alaraq Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulmasını etiraf etməsini, tam araşdırma aparılaraq Azərbaycan xalqından rəsmən üzr istənilməsini və bütün günahkarların məsuliyyətə cəlb olunmalarını şərt olaraq irəli sürmüşdü. 

Əslində, böyük faciəyə səbəb olan, çoxsaylı insan itkisi ilə nəticələnən faciəvi hadisəyə görə qarşı tərəf bunu etməyə borclu idi. Əgər Rusiya bunu vaxtında etsəydi, həm insanlıq, həm də beynəlxalq hüquq normalarına uyğun bir davranış olardı. Amma Rusiya tərəfi bunu etmədi və Azərbaycan-Rusiya münasibətləri son bir ildə arzuolunmaz səviyyəyə düşdü. 

Bu məqamda qeyd etməliyik ki, iki ölkə arasında münasibətlərin arzuolunmaz  məcraya enməsində Rusiyada fəaliyyət göstərən ermənipərəst media qurumlarının da az əməyi olmadı. İllərdir Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirmək və Moskvanın siyasətini erməni lobbisinin maraqları istiqamətinə yönəltmək üçün çalışan Simonyan, Solovyov, Zatulin kimi muzdlu propaqandistlərin əlinə fürsət düşmüş oldu. Yaranmış gərginlikdə öz çirkin maraqlarını təmin etməyə çalışan təxribatçı ünsürlər Azərbaycan diasporuna qarşı təzyiqlərin artırılması yönündə xüsusi kampaniya başladaraq münasibətləri daha da korlamağa çalışdılar.

Azərbaycan tərəfi isə həmişə olduğu kimi, bu dəfə də səbir və qətiyyətlə davrandı. Bütün cəhdlərə, çirkin, feyk informasiya müharibəsinə baxmayaraq, ölkəmiz beynəlxalq hüquq qaydalarına uyğun davranış nümayiş etdirərək öz prinsipial mövqeyindən geri çəkilməyəcəyini də qarşı tərəfin diqqətinə çatdırdı. Tələb haqlı və qətiyyətli idi - təyyarəmizin vurulması etiraf olunmalı, Azərbaycan xalqından və dövlətindən üzr istənilməli, dəymiş ziyana görə kompensasiya ödənilməlidir. III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə Prezident İlham Əliyev bu barədə demişdir: "Təyyarəni vuranlar cəzalandırılmalı, qurbanların ailələrinə təzminat ödənilməlidir. AZAL-ın özünə də təzminat ödənilməlidir. Daha çox təfərrüat eşitmək istəyirsinizmi? Danışa bilərəm. Bizim pilotlar cəsarət və peşəkarlıq göstərdilər. Təyyarə qəza enişi etdi. Pilotların sayəsində sağ qalanlar oldu. Təyyarə kənardan vurulmuşdu". 

Hər zaman olduğu kimi, möhkəm iradə və qətiyyət, səbirli davranış və prinsipial mövqe bu dəfə də ədaləti təmin etdi. Düşənbə görüşü iki dövlət arasında gərginliyi davam etdirmək istəyən qüvvələrin planlarını  alt-üst etdi. Görüş zamanı Vladimir Putin mühüm açıqlamalar verdi. Rusiya lideri faciəli hadisə baş verən gün Qroznının hava məkanına müdaxilələr olduğunu vurğulayaraq, Rusiya HHQ tərəfindən atəş açıldığını etiraf etdi. Onun sözlərinə görə, atəş təyyarəyə açılmasa da, qəlpələr təyyarəyə dəyib. Rusiya Prezidenti bununla əlaqədar kompensasiyaların ödəniləcəyini və günahkarların cəzalandırılacağını xüsusi vurğuladı: "Hələ ilk telefon danışığımızda mən bu faciənin məhz Rusiyanın səmasında baş verməsinə görə üzr istəmiş, həlak olanların ailələrinə səmimi başsağlığı vermişdim" deyən Rusiya Prezidenti "Bunu indi də təkrar edirəm" söylədi və birmənalı olaraq qeyd etdi ki, həlak olanların ailələrinə kompensasiya ödəniləcək və hadisəyə görə məsul şəxslər cəzalandırılacaq.

Dövlət başçıları arasındakı görüş təkcə iki liderin təmas nöqtəsi deyil, Azərbaycan-Rusiya münasibətlərində gərginliyin yumşaldılması və yeni diplomatik mərhələnin başlanğıcı deməkdir. Sözsüz ki, bu, Azərbaycanın şərtlərinin qəbulu kimi yox, ədalətin zəfəri kimi qəbul edilməlidir. 

Azərbaycan və Rusiya prezidentlərinin görüşü və aparılmış müzakirələr ikitərəfli münasibətlərin artıq normal məcraya yönəldiyini göstərdi. Düşənbə görüşü bir daha təsdiq etdi ki, Rusiya və Azərbaycan aralarında olan istənilən problemi həll etmək iqtidarındadırlar və Azərbaycan kimi, Rusiya da qonşusu ilə normal münasibətlərin saxlanılmasında maraqlıdır. 


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!