25 Sentyabr 2024 00:55
1069
Fərmanlar
A- A+
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 175 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 3 iyun tarixli 81 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 7.1-ci bəndin birinci cümləsində "saylı Əlavəsində" sözləri "nömrəli əlavəsində" sözləri ilə əvəz edilsin.

2. Həmin Qaydaların 1 nömrəli əlavəsi - "İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında aparılan malların Siyahısı" yeni redaksiyada verilsin (əlavə olunur).

3. Həmin Qaydaların 2 nömrəli əlavəsi - "İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin) Siyahısı" üzrə:

3.1. "İxrac" hissəsinin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi" abzası ləğv edilsin; 

3.2. "İdxal" hissəsinin üçüncü abzasının "Malların adı" sütunundan "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr," sözləri çıxarılsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. bir ay müddətində:

4.1.1. ixracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısı üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin; 

4.1.2. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan əlavənin "Qeyd" hissəsinin 1-ci bəndində göstərilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 24 sentyabr 2024-cü il


Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın

1 nömrəli əlavəsi


İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların siyahısı


1. Döyüş təyinatlı hərbi texnika, hərbi silah, döyüş sursatı, onların layihələndirilməsi və istehsalı üçün avadanlıq, ehtiyat hissələr, həmçinin elmi-texniki məlumat, material və texnologiyalar (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə).

2. Barıt, partlayıcı maddələr və qurğular, partlayış vasitələri, tezalışan maddələr və pirotexniki məmulatlar.

3. Nüvə materialları, texnologiyaları, avadanlıqları və qurğuları, xüsusi qeyri-nüvə materialları.

4. Qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq.

5. Qan, qan komponentləri və onlardan hazırlanan preparatlar.

6. Emal edilməmiş almaz (ixracına münasibətdə).

7. İonlaşdırıcı şüa mənbələri, o cümlədən radioaktiv maddələr (radioaktiv tullantılar da daxil olmaqla), belə mənbələrin və maddələrin istehsalı üçün nəzərdə tutulan avadanlıq, təsərrüfat-məişət və tibbi əhəmiyyətli aparatlar istisna olmaqla, şüa verən aparatlar.


Qeyd: 

1. Bu Siyahı yivli və yivsiz idman, ov silahlarının və ya hədəfə atəş açmaq üçün digər silahların, kombinasiya edilmiş yivli və yivsiz silahların, onların hissə və ləvazimatlarının, patronlarının, pnevmatik silahlar üçün gülləciklərin (yalnız ov üçün nəzərdə tutulan barıt, döyüş sursatı istisna olmaqla, yalnız ov və idman üçün nəzərdə tutulan mallar) idxalına və ixracına şamil edilmir və göstərilən malların (əşyaların) idxalı və ixracı Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları"na uyğun olaraq tənzimlənir.

2. Bu Siyahıda və bu Siyahının "Qeyd" hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:59
27 Sentyabr

Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında

01:57
27 Sentyabr

UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub

22:39
26 Sentyabr

Energetika naziri Belqradda bir sıra görüşlər keçirib

22:34
26 Sentyabr

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib

22:32
26 Sentyabr

Assosiasiya prezidenti: Azərbaycan bazarı Qətər üçün mühümdür

22:30
26 Sentyabr

Şahin Mustafayev: Çinlə tranzit daşımaları əməkdaşlığımızın əsas istiqamətlərindən biridir

22:29
26 Sentyabr

Şuşa şəhərində Vüqar Həşimov Memorialının açılış mərasimi olub

22:26
26 Sentyabr

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

22:20
26 Sentyabr

Azərbaycan və Ermənistan qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər YENİLƏNİB 

22:19
26 Sentyabr

Qırx ölkənin təmsil olunduğu “ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub

20:12
26 Sentyabr

"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb

20:10
26 Sentyabr

Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub

19:32
26 Sentyabr

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

19:31
26 Sentyabr

Azərbaycan Müdafiə Nazirliyinin və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirilib

19:30
26 Sentyabr

Nazir: “COP29 gündəliyində olan 14 təşəbbüsü BMT-də təqdim etdik”

19:29
26 Sentyabr

Şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüş keçirilib

19:28
26 Sentyabr

Vüqar Həşimov Memorialı start götürüb

19:27
26 Sentyabr

Fransada Milli Assambleyanın yenidən buraxılacağına dair çağırışlar səslənir

19:26
26 Sentyabr

Kir Starmer Avropa İttifaqı ilə əlaqələri yenidən qurmaq istəyir

19:25
26 Sentyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirilib

19:22
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!