18 Oktyabr 2025 20:58
2008
İDMAN
A- A+
Azərbaycan Cüdo Federasiyasının növbədənkənar konfransı keçirilib  

Azərbaycan Cüdo Federasiyasının növbədənkənar konfransı keçirilib  


Azərbaycan Cüdo Federasiyasının (ACF) növbədənkənar konfransı keçirilib.

ACF-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Federasiyanın prezidenti Rəşad Nəbiyev, İcraiyyə Komitəsinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

ACF-nin prezidenti Azərbaycan idmanına və cüdonun inkişafına göstərdiyi diqqət və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Vurğulanıb ki, dövlət başçısının idmana göstərdiyi davamlı dəstək nəticəsində Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır. Konfrans çərçivəsində Federasiyanın adından ölkə başçısına təşəkkür məktubu göndərilməsi qərara alınıb.

Bildirilib ki, əldə olunan uğurlar Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Federasiyanın, idman təşkilatlarının, məşqçilərin, idmançıların və cüdo ailəsinin bütün üzvlərinin birgə əməyinin nəticəsidir.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Azərbaycan Cüdo Federasiyasının son illərdəki fəaliyyətini yüksək qiymətləndirib. O, həm idman nailiyyətləri, həm də cüdonun kütləviləşdirilməsi və təhsil istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.

Konfransda Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin tərkibi müəyyənləşdirilib. Rəşad Nəbiyev, Rövşən Rüstəmov, Elnur Məmmədli, Rəşad Rəsullu, Asif Əsgərov, Azər Əsgərov, Nazim Hüseynov, Mövlud Mirəliyev və Elxan Məmmədov komitə üzvləri seçiliblər. Konfransın qərarına əsasən, Rəşad Nəbiyev Federasiyanın prezidenti, Rövşən Rüstəmov və Elnur Məmmədli vitse-prezidentlər, Rəşad Rəsullu isə icraçı vitse-prezident kimi təsdiqlənib.

Həmçinin ACF-in Nəzarət-Təftiş Komitəsinin üzvlərinin və sədrinin seçilməsi üçün səsvermə keçirilib. Natiq Bağırov, Dilarə Məmmədova və Orxan Əsədov komitə üzvləri kimi təsdiqlənib, Natiq Bağırov isə Komitənin sədri seçilib.

Daha sonra yeni seçilmiş İcraiyyə Komitəsinin genişləndirilmiş iclası keçirilib. İclasda idman təşkilatlarının, klubların nümayəndələri və cüdo məşqçiləri iştirak ediblər. Görüşün əvvəlində ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu 2022–2025-ci illəri əhatə edən fəaliyyət hesabatını təqdim edib. Daha sonra məşqçilərlə regionlarda cüdonun inkişafı və kütləviləşdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb, iştirakçıların təklif və tövsiyələri dinlənilib.

ACF-in prezidenti Rəşad Nəbiyev iclasda bildirib ki, bu gün demək olar, ölkənin bütün regionlarında cüdo idman növü inkişaf edir, yeni klublar açılır və mövcud zallarda bərpa işləri aparılır. Vurğulanıb ki, cüdo uşaqların və gənclərin zərərli vərdişlərdən uzaq qalmasına, vaxtlarını səmərəli keçirməsinə, həmçinin qızların erkən nikahdan qorunaraq idmana cəlb olunmasına mühüm töhfə verir.

İclas zamanı məşqçilərin bu prosesdə həlledici rol oynadığını vurğulanaraq bildirilib ki, Federasiyanın məqsədi yalnız medallar qazanmaq deyil, sağlam və layiqli gənclərin yetişməsinə dəstək göstərməkdir.

Görüş zamanı qeyd olunub ki, məşqçilərin peşəkar inkişafı üçün ACF tərəfindən təlim proqramları davamlı şəkildə həyata keçiriləcək. Eyni zamanda, cüdo zallarının maddi-texniki bazasının gücləndirilməsi, yeni klubların yaradılması və cüdo bölmələri açılması istiqamətində fəaliyyət davam etdiriləcək.

İclas zamanı irəli sürülən təkliflər Federasiyanın katibliyi tərəfindən müvafiq təhlillər aparıldıqdan sonra Federasiyanın iş proqramına əlavə olunacaq və planlı surətdə həyata keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!