20 Yanvar 2025 17:12
425
CƏMİYYƏT
A- A+
Astanada 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib  

Astanada 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib  


Azərbaycan Respublikasının Astanadakı səfirliyində diaspor nümayəndələrinin iştirakı ilə 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə səfirlikdə yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, həmçinin şəhidlərin xatirəsinə həsr olunmuş stendin önünə güllər düzülüb.

Səfir Ağalar Atamoğlanov çıxışında 20 Yanvar gününün Azərbaycan xalqının tarixinin həm faciəli, kədərli, həm də qəhrəmanlıq və rəşadət səhifəsi və qürur tarixi olduğunu qeyd edib.

Ötən əsrin 80-ci illərində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının davam etdirilməsini, habelə azərbaycanlıların indiki Ermənistan ərazilərindəki tarixi yurdlarından kütləvi deportasiyasını əsaslandırmaq naminə “Sumqayıt hadisələri” kimi qondarma təxribatları hazırlanıb törədildiyi bir dövrdə keçmiş sovet hakimiyyətinin ölkəmizə və xalqımıza qarşı ayrı-seçkilik siyasəti Azərbaycan xalqının milli azadlıq hərəkatının yüksəlişinə gətirib çıxardığını diqqətə çatdırıb.

Səfir qeyd edib ki, dövrün mürəkkəbliyinə, keçmiş sovet hakimiyyətinin 20 Yanvar həqiqətlərinin yayılmasının qarşısını almaq istiqamətində gördüyü tədbirlərə baxmayaraq, qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapıb. Faciənin ertəsi günü - yanvarın 21-də Heydər Əliyev öz yaxınları ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bəyan edib.

Əlavə olunub ki, yalnız Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlanıb, şəhidlərin xatirəsi əbədiləşdirilib və şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirilib.

Səfir nəzərə çatdırıb ki, 20 Yanvar xalqımızın ən çətin günlərdən və tarixin ən mürəkkəb sınaqlarından çıxan birliyi və iradəsi, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmini ilə nəticələnən parlaq zəfərinin, habelə 19-20 sentyabr 2023-cü ildə suverenliyimizin tam bərpasına gətirib çıxaran antiterror əməliyyatları ilə işğal və münaqişəyə son qoyulmasının əsasını təşkil etdi.

Çıxışda Azərbaycanın bugünkü inkişafı haqqında da iştirakçılara məlumat verilib.

Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoyub, torpaqlarımızın erməni işğalından azad edilməsi ilə bölgədə yeni reallıqlar yaranıb.

Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyi, bu münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində olduğu bildirilib. Müxtəlif millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı Qazaxıstanın inkişafına soydaşlarımızın öz töhfələrini verdikləri, onların ölkə həyatının müxtəlif sahələrində fəaliyyət göstərdikləri diqqətə çatdırılıb.

Həmçinin, 25 dekabrda AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı Qazaxıstanın aidiyyəti qurumlarının, həmçinin sadə vətəndaşlarının dərhal köməyə gəlməsinin xalqlarımız arasında qardaşlıq bağlarının tək sözdə deyil, əməldə də öz təsdiqini tapdığı vurğulanıb.

Öz növbəsində, diaspor nümayəndələri Mahir Rzayev və Səyyaf İsmayılov çıxış edərək səfirin fikirlərini bölüşüb, Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması və qorunub saxlanılmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olduğunu qeyd edib, həmçinin Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətə hərtərəfli dəstək göstərdiklərini bildiriblər.

Tədbir çərçivəsində təşkil olunmuş sərgidə iştirakçılar 20 Yanvar hadisələrini əks etdirən fotoekspozisiya ilə tanış olublar.

Qeyd edək ki, 20 Yanvar faciəsini əks etdirən materiallar qazax dilində hazırlanaraq yerli media və səfirliyin sosial şəbəkələrində yerləşdirilmiş, Qazaxıstanın dövlət qəzeti “Eqemen Qazaqstan”da müvafiq məqalə dərc olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DÇ-2026-nın seçmə mərhələsi: Azərbaycan millisi Bakıda Fransaya məğlub olub - YENİLƏNİB - 4  

23:21
16 Noyabr

Prezident İlham Əliyev sosial şəbəkə hesablarında Özbəkistan səfərindən paylaşım edib  

22:24
16 Noyabr

Bakıda Qlobal Gənclər Sammiti keçirilib YENİLƏNİB 

21:16
16 Noyabr

Azərbaycanın idman tarixində ilk deflimpiya medalı  

21:11
16 Noyabr

İtaliya Prezidenti: Təcavüzkar müharibə cinayətdir  

20:13
16 Noyabr

Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb  

19:58
16 Noyabr

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb  

19:41
16 Noyabr

Belçikanın Bruj şəhəri Avropanın ən yaxşı Milad bazarlarından biri seçildi  

19:17
16 Noyabr

Avropa İttifaqının 2026-cı il üçün büdcəsi barədə razılıq əldə olunub  

18:16
16 Noyabr

Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB 

18:12
16 Noyabr

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə yeni formatda əməkdaşlığın prioritetləri açıqlanıb

17:41
16 Noyabr

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması Türk dünyası üçün tarixi addımdır

17:15
16 Noyabr

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub  

16:54
16 Noyabr

Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu oldu

16:42
16 Noyabr

Ağdərə rayonunda mina hadisəsi baş verib, 1 nəfər xəsarət alıb – BİRGƏ MƏLUMAT  

16:06
16 Noyabr

Cəbəllütariq - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb  

15:57
16 Noyabr

On qadın Atlantik okeanını keçərək COP30-a çatıb  

15:51
16 Noyabr

Qazaxıstan mediası: Xəzər dənizinin akvatoriyası 36 min kvadratkilometr azalıb

15:42
16 Noyabr

Türkiyə mediası Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakını geniş işıqlandırır  

15:37
16 Noyabr

Azərbaycanın yaratdığı infrastruktur rəsmi Bakını Mərkəzi Asiya üçün əvəzolunmaz strateji tərəfdaşa çevirib  

15:33
16 Noyabr

Dörd ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib  

15:26
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!