27 Sentyabr 2024 16:05
348
CƏMİYYƏT
A- A+
Anım Günü Laçında qeyd edilib

Anım Günü Laçında qeyd edilib

Laçın şəhərində 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir təşkil edilib.

"Report" xəbər verir ki, tədbirdə şəhid ailələri, qazilər, hərbçilər, yerli sakinlər, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə xidmətinin və “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şəhid Camal Quliyevin məzarını ziyarət edərək gül dəstələri qoyub, Vətən uğrunda özlərini fəda etmiş şəhidlərin əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Tədbir Laçın şəhərində yerləşən “LaCinema” Kino Mərkəzində davam edib.

Mərasim Azərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Əvvəlcə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov çıxış edib. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Zəfərin əsas qaynağı Ali Baş Komandan, ordu və onun ətrafında sıx birləşən məğrur xalqımız olub. Məsim Məmmədov şəhidlik adının və qəhramanlığının nəsillər dəyişdikcə yaşayacağını vurğulayıb.

Daha sonra Milli Qəhrəman Oqtay Güləliyevin həyat yoldaşı Afət Güləliyeva çıxışında qeyd edib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü cənab Prezidentin siyasəti, Vətən uğrunda canından keçən şəhidlərimizin qanı-canı hesabına bərpa olunub. O, Azərbaycan Ordusunun şücaətindən danışaraq bildirib ki, bizə Zəfər sevincini bəxş edən xalqımızın qəhrəman övladları heç zaman unudulmayacaq.

“Laçın Abadlıq Xidməti” ASC-nin direktoru Nəsimi Əsədov isə vurğulayıb ki, Vətən uğrunda canını fəda edən bütün şəhidlərin şərəfli ömrü gələcək nəsillərin vətənpərvər tərbiyəsində mühüm rol oynayır.

Rəsmi mərasimdən sonra 44 günlük Vətən müharibəsinə həsr olunmuş və müharibə gerçəklərini əks etdirən sənədli film nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkəmizdəki dini konfessiyaların nümayəndələri Anım Gününü qeyd ediblər

18:49
27 Sentyabr

Xocavəndlilər Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad ediblər

18:33
27 Sentyabr

XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Ağdamda

18:27
27 Sentyabr

Prezidentin köməkçisi Hikmət Hacıyev İtaliya qəzetinə müsahibəsində Ermənistanla sülh prosesindən danışıb 

18:12
27 Sentyabr

DSX şəhidlərin xatirəsini silsilə tədbirlərlə qeyd edib

18:09
27 Sentyabr

Qeyri-adi qulaqcıq

17:27
27 Sentyabr

Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin və şəhidlərimizin məzarlarını ziyarət edib

17:22
27 Sentyabr

“AzerGold” Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini və qaziləri ziyarət edib

17:20
27 Sentyabr

Gənclər və İdman Nazirliyinin kollektivi II Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

17:19
27 Sentyabr

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi şəhidlərin xatirəsini anıb

17:18
27 Sentyabr

Ombudsman Aparatının kollektivi Zəfər parkında şəhidlərin əziz xatirəsini yad edib

17:16
27 Sentyabr

Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir

17:13
27 Sentyabr

 "Taxıl sazişi" yenidən müzakirə edilib

17:10
27 Sentyabr

DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıb

17:09
27 Sentyabr

Gürcüstanın Baş naziri: Xaricdən seçkilərə misli görünməmiş müdaxilə var

17:08
27 Sentyabr

MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq

17:06
27 Sentyabr

Müdafiə Sənayesi Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkını ziyarət edib

16:37
27 Sentyabr

Silahlı hücuma məruz qaldı: “Fənərbağça”nın sabiq üzvü

16:34
27 Sentyabr

UEFA-da gerilədik: “Qarabağ”a görə...

16:33
27 Sentyabr

“Qarabağ” Londonda niyə tıxacda qalıb?

16:32
27 Sentyabr

Harris: ABŞ-də bəzi siyasi qüvvələr Kiyevin təslim olmasını istəyir

16:30
27 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!