11 Oktyabr 2025 12:14
773
SİYASƏT
A- A+
ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının komissarı Ukraynada Azərbaycan diasporunun fəaliyyəti ilə tanış olub  

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının komissarı Ukraynada Azərbaycan diasporunun fəaliyyəti ilə tanış olub  


Ukraynada səfərdə olan Dini və Ənənəvi Sülhməramlılar Şəbəkəsinin icraçı direktoru, ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) komissarı Mohamed Elsanusi Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədr müavini Elşad İbrahimov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Ukraynada yaşayan dini və milli azlıqların vəziyyəti, onların cəmiyyətə inteqrasiyası və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi müzakirə olunub.

UABD-nin həm Azərbaycan, həm də Ukrayna xalqları arasında mədəni, humanitar və mənəvi körpü rolunu oynadığını qeyd edən E.İbrahimov azərbaycanlıların uzun illərdir yerli cəmiyyətin ayrılmaz hissəsinə çevrildiklərini və ölkənin multikultural dəyərlərinə sadiq qaldıqlarını bildirib. O vurğulayıb ki, azərbaycanlılar dini inanclarını və ibadətlərini azad formada yerinə yetirirlər: “Ukrayna dövləti dini azadlığa hörmətlə yanaşır və müxtəlif konfessiyalar arasında qarşılıqlı anlayış və dinc birgəyaşayış mühiti mövcuddur. Bu da həm Ukrayna, həm də Azərbaycan üçün nümunəvi tolerantlıq modelidir”.

Sədr müavini qeyd edib ki, diaspor üzvləri təkcə dini bayramların deyil, milli və mədəni tədbirlərin təşkilində də fəal iştirak edirlər. 2022-ci ildən başlayan müharibə şəraitində azərbaycanlı icma həmrəylik və yardımlaşma ruhunu qoruyub saxlayıb: “Ukraynada fəaliyyət göstərən azərbaycanlı iş adamları və xeyriyyəçilər əsgərlərə tibbi, humanitar və sosial dəstək göstərməklə həm Ukrayna xalqına, həm də insanlıq dəyərlərinə sədaqətlərini nümayiş etdiriblər”.

Sədr müavini görüş zamanı diasporun Ukraynada həyata keçirdiyi sosial, mədəni və humanitar layihələri əks etdirən fotoalbomu qonaqlara təqdim edib. Albomda diaspor üzvlərinin müxtəlif dövrlərdə təşkil etdikləri xeyriyyə aksiyaları, iftar süfrələri, dini və milli bayram tədbirləri, həmçinin müharibə dövründə göstərilən yardımlar öz əksini tapıb.

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) komissarı Mohamed Elsanousi görüşü təkcə Ukrayna azərbaycanlı diasporunun fəaliyyəti ilə tanışlıq deyil, həm də dini tolerantlıq, multikulturalizm və beynəlxalq sülh dəyərlərinin bir daha təsdiqi kimi qiymətləndirib. O qeyd edib ki, dinlər və mədəniyyətlər arasındakı körpülər insanlığı birləşdirən, xalqları yaxınlaşdıran ən güclü vasitədir: “Bu, həm də imanın sərhədləri aşan universal dəyər olduğunu bir daha sübut etdi - insan harada yaşamasından asılı olmayaraq, mərhəmət, ədalət və sülh prinsipləri onun ruhunu birləşdirir”.

Görüşdə, həmçinin dünyanın 12 ölkəsində fəaliyyət göstərən Finlandiyanın ən böyük humanitar təşkilatı - Finlandiya Kilsə Yardımı (Finn Church Aid) qurumunun rəhbərləri və əməkdaşları iştirak ediblər. Onlar da müxtəlif dinlər və xalqlar arasında mərhəmət, dialoq və qarşılıqlı hörmətin vacibliyini vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqının 2026-cı il üçün büdcəsi barədə razılıq əldə olunub  

18:16
16 Noyabr

Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB 

18:12
16 Noyabr

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə yeni formatda əməkdaşlığın prioritetləri açıqlanıb

17:41
16 Noyabr

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması Türk dünyası üçün tarixi addımdır

17:15
16 Noyabr

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub  

16:54
16 Noyabr

Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu oldu

16:42
16 Noyabr

Ağdərə rayonunda mina hadisəsi baş verib, 1 nəfər xəsarət alıb – BİRGƏ MƏLUMAT  

16:06
16 Noyabr

Cəbəllütariq - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb  

15:57
16 Noyabr

On qadın Atlantik okeanını keçərək COP30-a çatıb  

15:51
16 Noyabr

Qazaxıstan mediası: Xəzər dənizinin akvatoriyası 36 min kvadratkilometr azalıb

15:42
16 Noyabr

Türkiyə mediası Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakını geniş işıqlandırır  

15:37
16 Noyabr

Azərbaycanın yaratdığı infrastruktur rəsmi Bakını Mərkəzi Asiya üçün əvəzolunmaz strateji tərəfdaşa çevirib  

15:33
16 Noyabr

Dörd ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib  

15:26
16 Noyabr

Azərbaycan-Mərkəzi Asiya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur ŞƏRH  

15:21
16 Noyabr

“Yeni Asır” qəzeti: Zəngəzur dəhlizi Türkiyə və region üçün yeni imkanlar yaradacaq

15:17
16 Noyabr

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub  

15:13
16 Noyabr

Şimali Kiprin Prezidenti Azərbaycan Milli Məclisinin deputatlarını qəbul edib  

15:09
16 Noyabr

Azərbaycanın rayonlarında yağıntılar sabah gündüzdən başlayaraq tədricən kəsiləcək  

15:06
16 Noyabr

Hande Harmancı: Azərbaycan və BMT arasında yeni əməkdaşlıq çərçivəsi innovasiya və rəqəmsal xidmətləri önə çıxarır  

15:01
16 Noyabr

Qırğızıstanlı menecer: Universitetlər üçtərəfli əməkdaşlıq qurmalıdır  

14:57
16 Noyabr

Volodimir Zelenski: Ukrayna Azərbaycandan təbii qaz alması üçün fəal iş görür

14:56
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!