27 Sentyabr 2024 08:05
313
SİYASƏT
A- A+
27 sentyabrdan başlayan Zəfər salnaməsi 

27 sentyabrdan başlayan Zəfər salnaməsi 


Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasındakı nitqi dünyada sülhün, əmin-amanlığın, demokratiyanın, insan haqlarının bərpa edilməsinə bir daha çağırış, gələcəyimiz üçün yol xəritəsidir. Çıxışdakı fikirlər xalqın milli mənafeyinin, mübarizəsinin, ruhunun ifadəsidir. Vətən müharibəsinin ildönümü ərəfəsində söylənilənlər, qələbəmizə verilən qiymət qürurvericidir. 

Dövlət başçısı çıxışında bildirdi ki, İkinci Qarabağ müharibəsi, suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Dövlətimiz öz gücünü göstərdi. Əlbəttə, bu ifadələr hər birimizin ürəyindəndir, çünki otuz il düşmən tapdağı altında qalan, viran edilən, xarabazarlığa çevrilən Qarabağ torpaqlarında bu gün xoşbəxt həyatın təmin edilməsi, möhtəşəm bərpa quruculuq işləri, insanların ata-baba yurduna köçürülməsi və orada mənalı həyatın başlaması gələcək üçün zəmanətdir. 

Prezident İlham Əliyev öz çıxışında qələbələrimizə, uğurlarımıza önəm verməklə bərabər, həm də qarşıda duran aydın vəzifələri müəyyənləşdirdi. Bu, ilk növbədə hərbi gücümüzün artırılmasıdır. Qeyd edildi ki, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı arxada qalsa da, dünyada gedən proseslər, yeni münaqişələr, müharibə ocaqlarının yaradılması, eyni zamanda Ermənistanda yüksələn revanşizm meyilləri bizi hərbi quruculuq işlərinə daha böyük diqqət yetirməyə vadar edir. Ölkə rəhbəri bildirdi ki, bəzi dünya dövlətləri Azərbaycanın qələbələrini həzm edə bilmir. Təcavüzkar Ermənistanı silahlandırmaqla, ona dəstək verməklə Cənubi Qafqazda sabitliyin pozulmasına cəhdlər göstərilir. Bu gün dünyada kim güclüdür, o, haqlıdır prinsipinin üstünlük təşkil etməsi və böyük dövlətlərin gücə arxalanması Azərbaycanın da hərbi qüdrətinin artırılmasını zəruri edir. 

Əlbəttə, bu istiqamətdə ölkədə çox böyük işlər görülüb. Prezidentin rəhbərliyi ilə ordu quruculuğu uzun illərdir uğurla davam etdirilir. Müasir silahlar alınır, kadr ehtiyatı yaradılır, yeni hərbi təlimlər keçirilir, əsgər və zabitlərin peşəkarlığının artırılması üçün mühüm tədbirlər görülür. Sözsüz ki, bu da düşmənin məqsədlərinin gözündə qoyulması baxımından çox vacibdir. Prezident İlham Əliyev daim sülhün, əmin-amanlığın tərəfdarı olub və bu gün də bu xoş ənənə davam edir. Təəssüf ki, böyük dövlətlər, xüsusilə Ermənistan kimi təcavüzkar ölkəyə dəstək verənlər bu çağırışları hələ də lazımınca qiymətləndirmirlər və onun sülhə gəlməsinə maneələr törədirlər. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə qeyd edib ki, biz heç bir ölkənin diktəsi ilə işləmirik, müstəqil siyasət yürüdürük, xalqın mənafeyi, xoşbəxtliyi, gələcək inkişafı bizim üçün hər şeydən önəmlidir və bu istiqamətdə mühüm işlər görülür. 

Vətən müharibəsinin ildönümünü qeyd edərkən biz qürurumuzu gizlədə bilmirik və gizlətməməliyik. Xalqımız birdir, ordumuz güclüdür və Prezidentimizin dediyi kimi, biz gücümüzə arxalanmalıyıq. İkinci Qarabağ savaşı və onun nəticələri bizdə qürur doğurduğu kimi, həm də bu günümüz üçün yeni imkanlar açır. Ölkə rəhbəri dəfələrlə bildirib ki, Vətən müharibəsindən sonra yeni dövr, yeni reallıqlar yaranıb. Suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, üfüqlər açır.

Bu gün nəinki ordu quruculuğuna, hərbi potensialımızın gücləndirilməsinə böyük önəm verilir, eləcə də işğaldan azad olunmuş ərazilərdə görülən abadlıq, tikinti işləri qələbələrimizin  dəyərinə yeni dəyər qatır. İşğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin sürətləndirilməsi - yeni yolların, tunellərin çəkilməsi, abadlıq işlərinin görülməsi qarşıda duran ən başlıca vəzifələrdən biridir. Sözsüz ki, bunun üçün ölkə iqtisadiyyatı güclü olmalı, maliyyə imkanları səfərbər edilməlidir. Sevindirici haldır ki, həmin torpaqlarda çox möhtəşəm işlər görülür. Son illərdə 19 milyard manatdan çox vəsaitin sərf olunması göstərir ki, Azərbaycan iqtisadiyyatı davamlıdır, inkişafdadır və həmin ərazilərin cənnətə çevrilməsi həm dövrün tələbi, həm də rəhbərin qarşıya qoyduğu məqsəd, ali arzu və istəkdir. 

Vətən müharibəsində qazanılan qələbə Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Bu hadisədən başlayan tarix ağrılarımızı, acılarımızı, demək olar ki, yox edərək Azərbaycanın gələcəyinə yeni üfüqlər açıb. Sözsüz ki, bu qələbəni təmin edən Ali Baş Komandan, güclü ordumuz, xalqımızın birliyi və mütəşəkkilliyidir. Cənab Prezident də son nitqində birliyimizə, həmrəyliyimizə çox böyük önəm verərək bildirdi ki, bizim gələcəyimiz, uğurlarımız birliyimizdən, səfərbər olmağımızdan, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsindən asılıdır. Bu, hər bir vətəndaş üçün istiqamət proqramıdır. Xalqını, torpağını sevən, övladlarının gələcəyi üçün çalışan, bu istəkdə olan hər kəs bu vəzifələrin aliliyini dərindən dərk etməli, qiymətləndirməli və öz mübarizliyini, imkanlarını əsirgəməməlidir. 


Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

27 Sentyabr - Anım Günü ilə əlaqədar fləşmob təşkil olunub 

11:18
27 Sentyabr

Prezident İlham Əliyev Zəfər parkında olub YENİLƏNƏCƏK

11:17
27 Sentyabr

Tramp Harrisi yalan danışmaqda itiitham etdi

11:13
27 Sentyabr

Ankarada 44 günlük Vətən müharibəsi qəhrəmanlarının xatirəsi anılacaq

09:51
27 Sentyabr

Azərbaycan və Monteneqro arasında ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb

09:49
27 Sentyabr

Ceyhun Bayramov misirli həmkarını Ermənistanla normallaşma prosesinin gedişatı barədə məlumatlandırıb

09:49
27 Sentyabr

Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

09:48
27 Sentyabr

“Qarabağ” məğlubiyyətlə başladı

09:38
27 Sentyabr

Birinci vitse-prezident Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

09:25
27 Sentyabr

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib

09:13
27 Sentyabr

Ermənistanda məyusluq hökm sürür

09:10
27 Sentyabr

Martinikdə Fransa müstəmləkəçiliyi ilə mübarizə güclənir

09:05
27 Sentyabr

Ölkəmizdə dağ turizmi də inkişaf edir

09:00
27 Sentyabr

Cəbrayıl - Qayıdışın yeni ünvanı

08:55
27 Sentyabr

Nazir Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu və sıra baxışı keçirib

08:50
27 Sentyabr

Vüsalın şəhadət zirvəsi 

08:45
27 Sentyabr

Ziyanın nuru 

08:40
27 Sentyabr

Əbədi ehtiram ünvanı

08:35
27 Sentyabr

Zəfərlə anırıq... 

08:30
27 Sentyabr

Gəncədə Anım Günü ilə bağlı 44 Eldar şamı əkilmişdir

08:25
27 Sentyabr

Ərazi bütövlüyümüzə gedən yolun başlanğıcı

08:20
27 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!