18 Oktyabr 2025 08:03
1338
SİYASƏT
A- A+
27 illik işğala 24 gündə son qoyuldu

27 illik işğala 24 gündə son qoyuldu


Erməni separatçılarının havadarlarına arxalanaraq 1988-ci ildə Qarabağda başladıqları savaş həm xalqımız, həm də ölkəmiz üçün ağır nəticələrə gətirib çıxardı. Keçmiş Dağlıq Qarabağ və ətraf rayonlar - Kəlbəcər, Laçın, Ağdam, Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı erməni işğalçılarının əlinə keçdi. 

Zəngilan Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən 29 oktyabr 1993-cü ildə işğal edilən sonuncu rayonu oldu. Həmin tarixəcən düşmənə baş əyməyən, hücumlara sinə gərən Zəngilan qonşu Qubadlı və Cəbrayılın işğalından sonra mühasirəyə düşmüşdü. Xilas yolu Arazın gur axan sularını keçərək İran İslam Respublikasının ərazisinə keçmək idi. 

Zəngilanın işğalı 2020-ci ilin oktyabrına qədər davam etdi. Həmin tarixdə zülmün, işğalın sonu gəlib çatdı. Şükürlər olsun ki, başqa bölgələrimiz kimi, Zəngilanın da işğaldan azad olunmasını gördük, sevinc dolu anlar yaşadıq. Kədərli çöhrəmizə gülüş ələndi, sıxılmış ürəklər açıldı, nəmli gözlərə işıq ələndi. 

...27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində Qarabağ müharibəsi yenidən alovlandı. Erməni işğalçıları yeni ərazilərimizi ələ keçirmək üçün qəflətən mövqelərimiz üzərinə hücuma keçdilər. Ordumuzun cəsur zabit və əsgərləri qısa müddət ərzində düşmənin hücumlarını dayandırdılar. Uzun illərdən bəri erməni işğalında qalmış torpaqlarımızın azadlığı uğrunda əks-hücum əməliyyatı başladı. Elə döyüşlərin ilk günündə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Cəbrayıl rayonunun bir neçə kəndini erməni işğalçılarından azad etdi. Bununla da Azərbaycan Ordusunun Zəfər yürüşünə start verildi. Cəbrayıl və Füzuli azad edildikdən sonra Zəngilan uğrunda döyüşlər başladı. Xeyli canlı qüvvəsini, zirehli texnikasını itirmiş düşmən artıq zəifləmişdi, ordumuzun güclü hücumları qarşısında dayana bilmirdi.

İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə Prezident İlham Əliyev televiziya vasitəsilə xalqa etdiyi müraciətlərində verdiyi Zəfər müjdələri ilə hamını sevindirirdi. Ali Baş Komandan 2020-ci il oktyabrın 20-də xalqa qələbə ovqatlı bu xoş xəbərləri çatdırdı: "Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir! Əziz xalqım, əziz zəngilanlılar, füzulililər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!"

Zəngilanın işğalçılardan azad olunması həm də Azərbaycan-İran sərhədinin bərpası demək idi. O səbəbdən ən gərgin döyüşlər Mincivan, Ağbənd, Bartaz və başqa yaşayış məntəqələri uğrunda getmişdi. Erməni işğalçıları böyük strateji əhəmiyyətə malik olan bu əraziləri əldən vermək istəmirdilər. Amma nə qədər müqavimət göstərsələr də, qüdrətli Azərbaycan Ordusunun qarşısında çox dayana bilmədilər. 

Beləliklə, 20 oktyabr 2020-ci il Zəngilanın işğaldan azad edildiyi gün kimi tarixə düşdü. Zəfər tariximizə böyük hərflərlə yazılmış bu gün Azərbaycan xalqının yaddaşında əbədiləşdi. Çünki həmin gün Azərbaycan xalqı ölkəmizin ərazisinin ayrılmaz bir parçası olan Zəngilanı işğaldan azad gördü. 27 ildən sonra rəşadətli Azərbaycan Ordusunun bu əraziləri ermənilərdən azad etməsi dövlətimizin Zəfər salnaməsində şərəfli bir səhifə açdı. 

2020-ci il noyabrın 26-da Prezident İlham Əliyev Zəngilanın işğaldan azad edilməsi şərəfinə "Zəngilanın azad olunmasına görə" medalının təsis edilməsi barədə sərəncam  imzaladı. Zəngilan uğrunda döyüşlərdə xüsusi şücaət göstərən Azərbaycan Silahlı Qüvvələrinin zabit və əsgərləri bu medalla təltif olundu.

İkinci Qarabağ müharibəsindən əvvəlki illərdə oktyabr ayının 29-u  Zəngilan rayonunun işğal günü kimi qeyd edilirdi. Şükürlər olsun ki, həmin gün geridə qalıb. İndi xalqımız Zəngilanın erməni işğalından azad olunduğu günü böyük qürur və iftixarla qeyd edir. Prezident İlham Əliyev 2020-ci il dekabrın 23-də Zəngilana səfəri zamanı bu gözəl diyarda Azərbaycan bayrağını ucaltdı. Həmin gün müasir tariximizin daha bir şərəfli səhifəsi oldu. 

Bu gün işğaldan azad olunmuş başqa bölgələrimiz kimi, Zəngilan rayonunda da abadlıq-quruculuq işləri bir an olsun belə dayanmır. Prezident İlham Əliyevin apardığı uğurlu, məqsədyönlü, düşünülmüş və qətiyyətli siyasət sayəsində işğaldan azad edilmiş bölgələrimiz sürətlə yenidən qurulur. Uzun illərdən bəri yurd həsrəti ilə yaşayan keçmiş köçkünlərin dədə-baba torpaqlarına qovuşması üçün böyük işlər görülür, bir-birindən uğurlu layihələr həyata keçirilir. 

Zəngilanlılar da bu gün sevinc və qürur dolu günlər yaşayırlar. Təsadüfi  deyil ki, keçmiş köçkünlərin ilk köçü elə Zəngilanın Ağalı kəndinə olub. 27 may 2022-ci ildə burada "ağıllı kənd" layihəsinin birinci mərhələsinin açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. 

20 oktyabr 2022-ci ildə  Zəngilanın tarixinə böyük hərflərlə yazılıb. Həmin gün Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.

Rayon sakini Əli Rzaquliyev Birinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə zabit kimi Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. Həmin günlərdən söz açan keçmiş hərbçi deyir ki, Rusiyanın ucqarlarında xidmət edirdi: "Baş leytenant rütbəsində tank bölüyünün komandiri idim. Frunze adına Hərbi Akademiyaya zirehli texnika üzrə yaşı 26-yadək olan və 3 il bölük komandiri kimi xidmət keçmiş zabitlər seçilirdi. Xidmət etdiyim hərbi dairə üzrə yeganə namizəd idim, sənədlərim də göndərilmişdi. Bu ərəfədə doğma vətənimizdən ermənilərin törətdiyi Xocalı faciəsi barədə kədərli məlumatlar aldıq. Qəti qərara gəldim ki, nəyin bahasına olursa olsun, vətənə dönməliyəm. Bizim kimi bacarıqlı zabitləri olan Azərbaycanda ermənilər necə qırğın törədə bilərlər? Böyük çətinliklərdən sonra məqsədimə çatdım, yeni yaradılan ordumuzun sərəncamına göndərildim. Xidmət keçmək üçün Zəngilan rayonuna təyin olundum. 1992-1993-cü illərdə rayon uğrunda gedən döyüşlərdə vuruşduq. Doğma yurdumuzu erməni işğalçılarından qorumağa çalışdıq. Amma qüvvələr bərabər deyildi. Şükürlər olsun ki, 27 ildən sonra Azərbaycan Ordusu başqa bölgələrimiz kimi, Zəngilan da erməni işğalçılarından azad olundu. Biz artıq həmin zəfər gününün 5-ci ildönümünü yaşayırıq. Bütün sahələrdə qazanılan qələbələr, atılan uğurlu addımlar  Azərbaycan Prezidenti İlham Əliyevin milli maraqlarımıza xidmət edən müstəqil siyasətinin, güclü ordumuzun, xalqımızın birliyinin, həmrəyliyinin nəticəsidir". 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqının 2026-cı il üçün büdcəsi barədə razılıq əldə olunub  

18:16
16 Noyabr

Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB 

18:12
16 Noyabr

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə yeni formatda əməkdaşlığın prioritetləri açıqlanıb

17:41
16 Noyabr

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması Türk dünyası üçün tarixi addımdır

17:15
16 Noyabr

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub  

16:54
16 Noyabr

Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu oldu

16:42
16 Noyabr

Ağdərə rayonunda mina hadisəsi baş verib, 1 nəfər xəsarət alıb – BİRGƏ MƏLUMAT  

16:06
16 Noyabr

Cəbəllütariq - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb  

15:57
16 Noyabr

On qadın Atlantik okeanını keçərək COP30-a çatıb  

15:51
16 Noyabr

Qazaxıstan mediası: Xəzər dənizinin akvatoriyası 36 min kvadratkilometr azalıb

15:42
16 Noyabr

Türkiyə mediası Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakını geniş işıqlandırır  

15:37
16 Noyabr

Azərbaycanın yaratdığı infrastruktur rəsmi Bakını Mərkəzi Asiya üçün əvəzolunmaz strateji tərəfdaşa çevirib  

15:33
16 Noyabr

Dörd ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib  

15:26
16 Noyabr

Azərbaycan-Mərkəzi Asiya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur ŞƏRH  

15:21
16 Noyabr

“Yeni Asır” qəzeti: Zəngəzur dəhlizi Türkiyə və region üçün yeni imkanlar yaradacaq

15:17
16 Noyabr

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub  

15:13
16 Noyabr

Şimali Kiprin Prezidenti Azərbaycan Milli Məclisinin deputatlarını qəbul edib  

15:09
16 Noyabr

Azərbaycanın rayonlarında yağıntılar sabah gündüzdən başlayaraq tədricən kəsiləcək  

15:06
16 Noyabr

Hande Harmancı: Azərbaycan və BMT arasında yeni əməkdaşlıq çərçivəsi innovasiya və rəqəmsal xidmətləri önə çıxarır  

15:01
16 Noyabr

Qırğızıstanlı menecer: Universitetlər üçtərəfli əməkdaşlıq qurmalıdır  

14:57
16 Noyabr

Volodimir Zelenski: Ukrayna Azərbaycandan təbii qaz alması üçün fəal iş görür

14:56
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!