11 Noyabr 2022 14:28
582
Səfərlər
A- A+

Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları Səmərqəndin “Registan” meydanında ağac əkiblər  YENİLƏNİB + VİDEO  

 

 

Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları “Yaşıl məkan” layihəsi çərçivəsində Səmərqəndin “Registan” meydanında ağac əkiblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ağacəkmə mərasimində iştirak edib.

Qeyd edək ki, mühüm tarixi hadisələrin şahidi olan möhtəşəm “Registan” meydanında ağacəkmə mərasimi türk dünyası sivilizasiyasının yeni mərhələyə qədəm qoymasını təcəssüm etdirir. Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi statusa malik ölkələrin paytaxtlarında da eyni vaxtda təşkil edilən ağacəkmə tədbirləri onlayn qaydada monitorda nümayiş olundu.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tədbirdə çıxış edərək dövlət və hökumət başçılarını qədim Turanın incisi Səmərqənddə salamlamaqdan məmnunluğunu bildirdi, bu Zirvə Görüşündə mühüm sənədlərin, o cümlədən türk dünyası sivilizasiyasında yeni mərhələnin başlanğıcı olan Səmərqənd Bəyannaməsinin imzalandığını vurğuladı.

Prezident Şavkat Mirziyoyev təşkilata üzv və müşahidəçi ölkələrdə ağacəkmə aksiyalarının keçirilməsinin qlobal problemlərdən olan ana təbiətin qorunub saxlanmasına verilən önəmin göstəricisi olduğunu dedi. Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycanda uzun illərdir “Yaşıl marafon” proqramı əsasında ağacəkmə aksiyalarının keçirildiyini qeyd edən Prezident Şavkat Mirziyoyev belə təşəbbüslərin təşkilata üzv və müşahidəçi ölkələrdə də davamlı reallaşdırıldığını, qardaş Türkiyədə hər il noyabrın 11-nin Milli Yaşıllaşdırma Günü olduğunu bildirdi.

Sonra dövlət başçıları “Registan” meydanında ağac əkdilər.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video