Zelenski və Conson Sülh Sammitinin keçirilməsini müzakirə ediblər
Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonla keçirilən görüşdə “sülh formulu” müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisinin mətbuat xidməti məlumat yayıb.
Ukrayna Prezidenti britaniyalı siyasətçinin fəal ictimai dəstəyini qeyd edib. “Davosdakı bəyanatlarınızı eşitdim, buna görə təşəkkür edirəm. Ölkəmizi dəstəklədiyiniz üçün sizə təşəkkür edirik”, - deyə Zelenski vurğulayıb.
Görüş zamanı Zelenski və Conson britaniyalı siyasətçinin bu çətin dövrdə Ukraynaya kömək etmək üçün ata biləcəyi əməli addımlar barədə fikir mübadiləsi aparıblar. Xüsusilə, Zelenskinin ötən il G20 liderlərinə təqdim etdiyi “sülh formulu”nun həyata keçirilməsi məqsədilə planlaşdırılan Sülh Sammitinin təşkil olunması məsələsi müzakirə edilib.
“Sülh formulu”nun bəndlərindən biri Ukrayna üçün təhlükəsizlik təminatlarıdır. Əminəm ki, NATO-ya üzvlük bizim üçün ən yaxşı təminat olacaq. Dövlətimizin Alyansa üzv olması fikrini fəal şəkildə təbliğ etmək vacibdir”, - deyə Zelenski əlavə edib.
Prezident cəbhə xəttindəki vəziyyət barədə ətraflı məlumat verib. Zelenski əmin olduğunu bildirib ki, tərəfdaşların güclü dəstəyi sayəsində Ukrayna Rusiya təcavüzünün qarşısını ala və bütün müvəqqəti işğal olunmuş əraziləri azad edə biləcək.
"Rusiyaya əlavə səfərbərlik kömək etməyəcək, ordusunun motivasiyası yoxdur. Lakin bizə daha çox silah - tanklar, təyyarələr, uzaqmənzilli raketlər lazımdır", - deyə Zelenski qeyd edib.
Xatırladaq ki, Boris Conson Kiyev vilayətində Buça və Borodyankaya səfər edib, Rusiya hərbçiləri tərəfindən ərazilərin zəbt edilməsi zamanı yaşayış məntəqələrinin dağıdılması ilə tanış olub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla təhdidlə danışmaq olmaz
03 Fevral
İranın terroru cavabsız qalmayacaq
03 Fevral
"Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib
03 Fevral
Vətən könüllüsü
03 Fevral
Ədalət qlobal hüquq müstəvisində təmin olunmalıdır
03 Fevral
Ermənistanda hərbi cinayətlər artıb
03 Fevral
Dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin Şuşadan təcəssümü
03 Fevral
Yeni dövrün universitetinə çevrilmək əsas hədəfimizdir
03 Fevral
Nurlu şəxsiyyət
03 Fevral
İxracda qeyri-neft məhsullarının çəkisi yüksəlir
03 Fevral
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
“Mən son on ildə Prezident Əliyevdən çox şey öyrənmişəm…"01 Fevral 2023

İran terrora son qoymalıdır29 Yanvar 2023

Sadiq dost, əsl tərəfdaş27 Yanvar 2023

İlham Əliyevin sülh gündəliyi25 Yanvar 2023

Azərbaycanın nailiyyətləri daha böyük inkişafın başlanğıcıdır24 Yanvar 2023

Qisas qiyamətə qalmadı20 Yanvar 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!