10 Yanvar 2022 18:27
5851
CƏMİYYƏT
A- A+

Zəhərli otaq bitkiləri

 

Dibçək bitkiləri müalicəvi və faydalı xüsusiyyətlərə malik olsalar da, onların bir sıra zərərli keyfiyyətləri də var. Ona görə də mütəxəssislər yataq otağına bitki ya çiçək qoyulmasını məsləhət görmürlər. Daha çox dekorativ məqsədlə istifadə edilən bəzək bitkiləri və ya dibçək güllərinin bəziləri heç də göründüyü kimi məsum deyil. Otaq şəraitində becərilən bəzək bitkilərinin əksəriyyətinin zəhərli xüsusiyyətləri də var, onların tərkibində olan alkaloid, qlikozid, saponin və tanin kimi maddələr sağlamlığa mənfi təsir göstərə bilər. Çiçəklərin tərkibindəki həmin birləşmələr onların uzunömürlü və gözoxşayan forma almasını təmin etsə də, müxtəlif narahatlıq və zəhərlənmələrə səbəb olur.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyev deyib: “Bəzək bitkilərinin böyük əksəriyyətinin yarpaq və meyvələrinin yeyilməsi, qusma, ürək bulanması, allergik reaksiya kimi narahatlıqlar yaradır. Kiçik yaşlı uşaqlar onların təhlükəli olduğuna bilmədiklərinə görə bitkilərin müxtəlif hissələrinə əllə toxunur, yarpaq və çiçəkləri cəlbedici rənglərə malik olduğuna görə qoparıb yeyirlər. Bu, uşaqların dərisində qıcıqlanmaya, səpgi və zəhərlənmələrə səbəb olur. Evlərdə daha çox saxlanılan nərgiz, divar sarmaşığı və s. kimi dibçək güllərinin zəhərli olduğu mütləq nəzərə alınmalıdır.

Canlılar tənəffüs zamanı oksigeni alır, karbon qazını xaric edirlər. Bitkilər isə gündüz karbon qazını alıb oksigeni verir, gecələr isə prosesə bunun əksinə getdiyinə görə mənfi təsirə malik olur. Bəzi bitkilərin buxarlanma vasitəsilə yarpaqlarından ifraz etdiyi gözlə görünməyən maddələr sağlamlıq üçün zərərli təsir göstərir.

Zərərli maddələr əslində bitkilərin qorunmasına xidmət edir. Tibbi və kosmetik sənayedə, gündəlik həyat və məişətdə həmin kimyəvi maddələrdən geniş istifadə olunur. Otaq şəraitində becərilən dibçək bitkilərinin zərərli təsirləri olduğuna baxmayaraq, çox böyük faydalı xüsusiyyətləri var və onların xeyirli cəhətlərindən istifadə edilir. Onların sayəsində evdə milçək və ağcaqanadlardan xilas olmaq mümkündür. Beləliklə, dibçək gülləri lazımi yerə qoyulduqda və onlardan düzgün istifadə edildikdə çox böyük səmərə verir”.

Dibçək bitkilərinin həmin xüsusiyyətləri barədə danışan bioloq deyib: “Məsələn, otaq bitkisi diffenbaxiyanın bütün hissələrində olan zəhərli şirə dəri və selikli qişalara düşdükdə yanıq törədir. Səhra qızılgülü adı ilə tanınan adeniumun şirəsi isə dəridən və selikli qişalardan qana sorularaq infeksiyaya səbəb olur. Elə həmin xüsusiyyətlərinə görə bəzi Afrika aborigenləri həmin şirəni nizə və oxların ucuna çəkərək ov üçün istifadə edir. Dəridə qızartı, yanıq və suluqlar törədən dibçək bitkilərindən olan euforbiyanın zoğlarından xaric olan süd gözlərə düşdükdə iltihab və müvəqqəti korluğa səbəb olur. Həmin südün ağıza düşməsi isə ürəkbulanma, qusma, ishal, qarında ağrı kimi zəhərlənmə əlamətləri yaradır. Güclü zəhərlənmə zamanı isə qıcolmalar, sayıqlama və qan dövranı pozulması kimi ağırlaşmalar baş verə bilər. Çiçəkləmə dövrü gözoxşayan otaq bitkisi kliviyanın bütün qönçələri eyni zamanda açıldığına görə gül dəstəsi kimi görünür. Lakin onun yarpaqları və kökümsovunun hissələri orqanizmə düşdükdə qusma, diareya, hətta iflic tərədə bilər. Azaliya, qortenziya, qlorioza, minstera, oleandr, brovvaliya, poxipodium, spatifilium və puansetiya kimi otaq bitkiləri də zəhərli bitkilər sırasındadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video