Yüz beş yaşlı Nasxanım nənədən illərin sınağından keçmiş pəhriz menyusu
1917-ci ildə Ağsu rayonunun Bicov kəndində anadan olan Nasxanım İmaməliyeva bölgənin ən uzunömürlü sakinlərindən biridir. Ömrünü zəhmətkeş əməkçi kimi keçirən Nasxanım nənə deyir ki, sağlam və çox yaşamaq insanın özündən, onun yaşam tərzindən asılıdır.
AZƏRTAC xəbər verir ki, Nasxanım nənə bu illərdə xeyli çətinliklərə sinə gərib, müharibələr görüb, ailə qurub, övlad, nəvə-nəticə sahibi olub.
Nasxanım İmaməliyeva hazırda Şamaxı rayonunun Sabir qəsəbəsində qızı ilə birgə yaşayır. Ömrünün maraqlı məqamlarından, zaman-zaman ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən söz açan Nasxanım nənə ermənilərin 1918-ci ildə azərbaycanlılara tutduğu divanı, həmvətənlərimizə verdikləri işgəncələri yaxınlarından eşitdiyini bildirir.
Nənənin ailəsi kasıb və zəhmətkeş olub, dörd övladını çətinliklə böyüdüb, boya-başa çatdırıb. Yoldaşı 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində faşistlərə qarşı ön cəbhədə döyüşüb, özü isə arxa cəbhədə xidmət edib. Həmin illərdə insanların necə aclıq keçirdiyini və xəstəlikdən əziyyət çəkdiyini gözləri önündə canlandıran Nasxanım nənə uzun illər kolxozda işləyib. Üzüm, pambıq, taxıl yetişdirib, zəhmət çəkib, halal çörək qazanıb. Zəhmətkeş əməkçi kimi xidmətlərinə görə ağbirçək bir neçə dəfə medal ilə də təltif olunub.
Nasxanım nənə deyir ki, uzunömürlü və sağlam yaşamaq üçün bəzi məqamlara diqqət etmək lazımdır: “Düzdür, ömrü verən Allahdır, lakin sən də özünü gözləməlisən. Ailədə söz-söhbət də olar, amma gərək bir-birinizi eşidəsiniz, başa düşəsiniz”. Nasxanım nənədən uzunömürlü, gümrah və cavan qalmasının sirrini soruşanda məlum oldu ki, o, gündə 3 dəfə və həmişə eyni vaxtda yemək yeyir, rejmini heç vaxt pozmur. Ağbirçək nənə deyir ki, masanın üstündə nə qədər naz-nemət olsa da, ancaq bir növ qida ilə kifayətlənmək lazımdır, yeməkləri qarışdırmaq olmaz.
Nənənin qızı Yavər İmaməliyeva bildirir ki, anası hər zaman təbii ərzaqlarla qidalanır. Hər gün təbii bal və müxtəlif tərəvəzlərdən yeyir. Boyat çörək və ya yeməyi ümumiyyətlə yemir. Toyuq və mal ətini yeməsə də, qoyun əti sevimli yeməklərindən olub.
Bu il nənə 106 yaşını qeyd etməyə hazırlaşır. Yaşının çox olmasına baxmayaraq, o, özunü gümrah hiss edir.
Qeyd edək ki, 105 yaşlı Nasxanım nənənin 4 övladı, 15 nəvəsi, 20 nəticəsi, 2 kötücəsi var.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin xarici işlər naziri: Azərbaycan 44 günlük Vətən müharibəsində türkün gücünü bütün dünyaya...
27 Iyun
Prezident: Təbii şəraitin çətinliyinə baxmayaraq, Kəlbəcər-Laçın zonasında bütün infrastruktur layih...
27 Iyun
Prezident İlham Əliyev: 1993-cü ilin aprelində itirdiyimiz Kəlbəcərdə bu gün Ordu Gününü qürurla qey...
27 Iyun
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib YENİLƏNİB ...
27 Iyun
Azərbaycan, Türkiyə və Qazaxıstan nazirlərinin ilk üçtərəfli görüşünün yekununda Bakı Bəyannaməsi im...
27 Iyun
Prezident İlham Əliyev: Biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik...
27 Iyun
Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib ...
27 Iyun
Prezident İlham Əliyev: Kəlbəcərin itirilməsi strateji nöqteyi-nəzərdən böyük faciə idi ...
27 Iyun
Prezident İlham Əliyev Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi...
27 Iyun
Prezident İlham Əliyev: Ermənistan da postmüharibə reallığını qəbul etməlidir
27 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!