19 Iyun 2022 00:37
853
Elm və texnika
A- A+

Yoxsul təbəqənin meyvəli çayı

 

İlk vaxtlarda meyvələrdən hazırlanan çaylar yoxsul təbəqənin seçimi olub. Belə ki, ixrac olunan çaylar baha qiymətə olduğuna görə bu içki növünü, əsasən, varlı və orta təbəqədəki insanlar ala biliblər. Çaya qarşılıq olaraq isə yoxsullar meyvələrdən hazırladıqları içkiləri içiblər. Onlar bu çayları qurudulmuş və ya əzilmiş meyvələrdən, həmçinin qaynar su ilə dəmlənmiş meyvə qabıqlarından hazırlayıblar.

Həmin zamanda formalaşan düşüncə o idi ki, əgər çay "camellia sinensis" bitkisinin növlərindən əldə edilməyibsə, onu çay hesab etmək olmaz. Uzun müddət belə davam edən proses yalnız 1970-1980-ci illərdə meyvə çayları paket formasında və ya toz şəklində bazara çıxarılan zaman dəyişib. Bununla da, meyvə çayları qara çayları üstələyə bilib.

Meyvə çaylarının dadı mövsümə görə dəyişə bilər. Belə ki, əsasən, çaylar mövsümdə əldə edilən meyvələrdən hazırlanır. Buna görə də, bir bölgənin məhsulundan eyni reseptlə hazırlanan markanın meyvə çayı fəsillərə görə fərqli dad verə bilər. Klassik meyvə çaylarının hazırlanmasında, adətən, qızılgül, alma, qurudulmuş giləmeyvə və portağal qabığından istifadə olunur.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video