Yeni siyasi konfiqurasiya qarşılıqlı etimada əsaslanır
Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin dünən keçirilən birgə iclasında "Siyasi partiyalar haqqında" qanun layihəsi birinci oxunuşda müzakirə olunaraq plenar iclasın müzakirəsinə tövsiyə edilib. 6 fəsil 30 maddədən ibarət yeni qanun layihəsi olduqca mütərəqqiliyi baxımından 30 il əvvəl qəbul edilmiş və hazırda qüvvədə olan "Siyasi partiyalar haqqında" qanundan əhəmiyyətli dərəcədə fərqlənir.
İslahatlar kompleks xarakter daşıyır
Cəmiyyət həyatının hər bir sahəsində inkişafın, dəyişikliyin, dinamizmin, iş ahəngdarlığının təmin edilməsi yeni yanaşmaların tətbiqini, daha dəqiq ifadə etsək, zamanın nəbzini tutan islahatların həyata keçirilməsini tələb edir. Respublikamızın son illərdə nail olduğu inkişaf göstəriciləri də islahatların labüdlüyünün və məntiqi nəticəsinin ən gözəl nümunələridir. Xüsusən iqtisadi və sosial sahələrdə nailiyyətlərimizin hər biri ardıcıl və sistemli islahatların sayəsində mümkün olub.
Onu da qeyd edək ki, Azərbaycanda həyata keçirilən islahatlar məzmununa görə məqsədyönlü olmaqla, konkret hədəfə doğru hesablanıb. Son illərin reallıqları da göstərir ki, bu islahatlar real nəticələrini verir, inkişafa və cəmiyyətin yüksək əhvali-ruhiyyəsinin təmin olunmasına xidmət edir.
Əsas məqamlardan biri də odur ki, islahatlar məhdud sfera ilə məhdudlaşmayaraq kompleks xarakter daşıyır. İqtisadi, sosial və digər sahələrlə yanaşı, siyasi spektrdə də islahatların aparılması cəmiyyətimizdə bu müstəvidə yeni münasibətlərin yaranması ilə müşahidə olunur. Siyasi sistemdə yeni konfiqurasiyanın formalaşması, yeni dialoq mühitinin yaradılması, müxalifət təmsilçilərinin parlament idarəçiliyində iştirakçılıq imkanlarının artırılması öz fəaliyyətini sağlam müxalifətçilik prinsipləri əsasında, milli maraqların qorunması yönündə quran bütün partiyalar tərəfindən təqdir olunur.
50-yə yaxın siyasi partiyadan 250-dən çox təklif
Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il martın 10-da keçirilən ilk iclasında iştirak edən Prezident İlham Əliyev çıxışında siyasi sistemin təkmilləşdirilməsi barədə danışaraq demişdi: "Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq".
Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması da göstərir ki, islahatların davamı kimi siyasi sistemin təkmilləşdirilməsi diqqət mərkəzindədir.
Xatırladaq ki, hazırda qüvvədə olan "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul edilib. 30 ildə isə Azərbaycanda böyük dəyişikliklər baş verib, o cümlədən cəmiyyətdə siyasi münasibətlərlə bağlı yeni çağırışlar, yeni yanaşmalar meydana çıxıb, yeni meyarlar formalaşıb. Bu baxımdan "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu həm də zamanın tələbidir. Düzdür, indiyə qədər hazırda qüvvədə olan "Siyasi partiyalar haqqında" qanuna 70-dək əlavələr və dəyişikliklər edilib. Lakin bu, müasir tələbləri tam ehtiva edə bilmir. Bütün bu faktorlar "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulunu zəruri edir.
"Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı parlamentdə təmsil olunan 11 siyasi partiya Milli Məclisin Sədri Sahibə Qafarovaya müraciət edib. Milli Məclisin Sədri yeni qanun layihəsinin hazırlanması haqqında müvafiq tapşırıqlar verib və ekspert komissiyası yaradılıb. Layihənin hazırlanması zamanı Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alınıb. Həmçinin Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri nəzərdən keçirilib. 20 ölkənin təcrübəsi öyrənilib. Bununla yanaşı, siyasi partiyalar tərəfindən daxil olan təkliflərə diqqət yetirilib. Milli Məclisin siyasi partiyalara müraciətindən sonra 50-yə yaxın siyasi partiyadan 250-dən çox təklif daxil olub.
Layihəyə 66 düzəliş edilib
Milli Məclisdə təmsil olunan və dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə oktyabr və noyabr aylarında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı iki dəfə ictimai dinləmə keçirilib. Bu tədbirlər zamanı siyasi partiyaların təklifləri dinlənilib, layihə üzərində təkmilləşmə işləri aparılıb. Qanun layihəsində ümumilikdə 66 düzəliş edilib. Düzəlişlər partiyaların təsis və ləğv edilməsi, qeydiyyatdan, reyestrdən keçməsi üçün müddətlərlə bağlı məsələləri əhatə edib.
Beləliklə, ictimai müzakirələr zamanı səsləndirilən təkliflər nəzərə alınmaqla düzəlişlər olunan qanun layihəsi Milli Məclisin komitələrinin birgə iclasında müzakirə olunub.
"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi siyasi partiyaların daha səmərəli fəaliyyət göstərməsi məqsədilə hazırlanıb. Preambulasında da qeyd olunduğu kimi, bu qanun qəbul edildikdən sonra siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpasını, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyənləşdirəcək. Bütövlükdə "Siyasi partiyalar haqqında" yeni qanun siyasi proseslərdə aktiv iştirak edən bütün partiyaların mənafelərini tam təmin edəcək.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib...
19 Aprel
Ağcabədi - aqrar inkişaf "qatar"ının lokomotivi
19 Aprel
Ağdamdan Əsgərana yeni yol çəkilir
19 Aprel
İşğaldan azad olunmuş ərazilərdə 13 məktəb tikilir
19 Aprel
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
19 Aprel
Ölkəmizə qarşı uydurma yalanlar reallıqdan çox uzaqdır
19 Aprel
Erməni vəhşiliklərini əks etdirən ensiklopedik kitab
19 Aprel
Gözəlliklər məskəni, qəhrəmanlar diyarı
19 Aprel
İlk rübün makroiqtisadi göstəriciləri açıqlanıb
19 Aprel
Mənalı ömür yolu ilə daim işıq saçan dahi
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!