09 İyun 2026 08:37
180
SİYASƏT
A- A+
Yeni "orta güc" aktoru

Yeni "orta güc" aktoru


Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayının ildən-ilə artdığını bəyan etmişdir. Dövlət başçısı ifadə etmişdir: "Bizim dünya miqyasında çox yüksək reputasiyamız var, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada "orta güc"ə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər". 

Ölkə rəhbəri bu fikri, əlbəttə, konkret faktlar, göstəricilər, Azərbaycanın daxili və xarici siyasətinin rasional arqumentlərə söykənən dərin təhlili əsasında söyləmişdir. Eyni zamanda dünyanın qlobal güclərinin, BMT üzvlərinin, çoxlu sayda ölkələrin gəldikləri ümumi qənaət və dəqiq meyarlar üzrə qiymətləndirmələri nəzərə alınmışdır.

"Orta güc" kimi vacib status bütün hallarda dövlətin fəaliyyətinin praktiki nəticələrinə əsaslanır. Məsələn, Türkiyə, İsrail, Braziliya, Hindistan, İndoneziya və ya Misirin "orta güc" statusu konkret sosial, siyasi, iqtisadi və digər göstəricilərə görə qiymətləndirilir. Azərbaycan isə müstəqilliyini XX əsrin 90-cı illərində sovetlərin dağılması ilə əldə etdiyindən və kifayət qədər ciddi problemləri həll etmək məcburiyyətində qaldığından onun da tarixi baxımdan çox qısa bir müddətdə "orta güc" statusuna yüksəlməsi olduqca əhəmiyyətli hadisədir. Burada dövlətimiz öz liderinin fəaliyyəti sayəsində həm ərazi bütövlüyünü bərpa etməli, həm də sosial-iqtisadi, geosiyasi, ideoloji, nüfuzetmə miqyası, təhlükəsizlik və digər vacib sferalarda elə uğurlar əldə etməli idi ki, yeni "orta güc" nümunəsi kimi qəbul edilsin. Azərbaycan Prezidentinin liderliyi ilə dövlət, ölkə və cəmiyyət buna nail oldu.


"Orta güc" dövləti anlayışı


Biz elmi ədəbiyyatda istifadə edilən təsniflər üzrə dövlətin "orta güc" kimi ümumi xüsusiyyətlərini nəzərdən keçirəcəyik. Birincisi, "orta güc" dövləti qlobal hərbi və nüvə iddialarına görə fövqəldövlətlərdən sonra gəlir. İkincisi, əhəmiyyətli iqtisadi və logistik təsirlərə malikdir. Burada sadalanan hər bir sahə və ya onların bir qismi həlledici rol oynaya bilər. Əsas odur ki, praktikada dövlət "orta güc" səviyyəsində təsiretmə qabiliyyətinə və lazımi nüfuza malik olsun. Üçüncüsü, "orta güc" öz regionunda siyasi gündəmi müəyyən edə bilməlidir. Dördüncüsü, regionda sərt qarşıdurmaları aradan qaldırmaq üçün balans yaratmalıdır.

Buradan "orta güc"ü xarakterizə edən ümumi faktorlar haqqında nəticə hasil olur. Birincisi, regional liderlik, yəni həm öz sərhədlərindəki hadisələrə təsir edə bilmək, həm də qlobal güclərin müdaxiləsinə mane olmaq qüdrətidir. İkincisi, çevik diplomatiya, yəni çoxvektorlu siyasətə, fövqəladə vəziyyətlərdə koalisiyalar yaratmaq qabiliyyətinə, vasitəçi ola bilmək imkanlarına malik olmaqdır. Üçüncüsü, iqtisadi praqmatizm, başqa sözlə desək, beynəlxalq ticarətdə, nəqliyyat dəhlizlərində və enerji layihələrində aktiv iştirakdır.

Vurğulanan meyarlar üzrə Azərbaycan "orta güc" kimi qiymətləndirilir. Bu zaman Azərbaycanın müstəqil geosiyasi kurs həyata keçirməsi və Avropa ilə Asiyanı birləşdirən enerji və nəqliyyat qovşağı olması xüsusi qeyd edilir. Ancaq Azərbaycanın "orta güc" modelinin vurğulanan faktorlarla yanaşı, başqa güclü tərəfləri də mövcuddur. Biz onların üzərində dayanacağıq.

Qeyd edilən meyarlar kontekstində "orta güc" dövləti geniş geosiyasi məkanda əməkdaşlıq şəbəkəsinin yaradılmasında iştirak etməlidir. Qlobal miqyasda sabitləşdirici rol oynamalıdır. Fraqmentləşmənin qarşısını almaqda fəal olmalıdır. Öz milli maraqlarını gözləməklə fövqəlgüclərin sərt hegemonluğunun qarşısını almalıdır.

Belə görünür ki, müasir mərhələdə "orta güc" dövləti bir neçə xüsusiyyətə malik olmalıdır. Bununla yanaşı, onların hər birinin özünəxas üstünlükləri də vardir. Azərbaycan üçün bu xüsusiyyətləri aydınlaşdırmaq çox vacibdir. Bu halda ölkəmizin "orta güc" perspektivlərinə aydınlıq gətirmək olar.


Ümumi əlamətlər


Əlbəttə, Azərbaycanın "orta güc" kimi ümumi və dolğun qiymətləndirilməsini Prezident İlham Əliyev vermişdir. Dövlətimizin başçısı ölkənin "yüksək reputasiyası" və "çox müsbət imici"ni vurğulayır. Bunlar yeni "orta güc" nümunəsi üçün çox vacib xüsusiyyətlərdir. Çünki müasir dünyada "orta güc" dövləti hər şeydən əvvəl qlobal miqyasda elə nüfuz sahibi olmalıdır ki, dünya üçün kritik sayılan situasiyalarda vəziyyəti müsbətə doğru dəyişə bilsin. 

Azərbaycan bu anlamda yüksək reputasiyasını 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalar, sülh istiqamətində atılan qətiyyətli addımlarla nümayiş etdirdi. Həmin yüksək reputasiyanın nəticəsidir ki, ABŞ Ermənistanla Zəngəzur dəhlizi/TRIPP layihəsi çərçivəsində strateji tərəfdaşlıq haqqında çərçivə sazişini paraflamışdır - bu, Azərbaycana yüksək etimadın mövcudluğu ilə mümkün ola bilərdi.

Digər tərəfdən, yüksək reputasiya və çox müsbət imic sayəsində ABŞ-nin regiona yönəlik siyasəti faktiki olaraq daha geniş geosiyasi məkanı əhatə etməyi hədəfləmişdir. Yəni, əslində, Ermənistan Azərbaycanın yüksək reputasiyası və çox müsbət imicinə görə regionlararası əməkdaşlıq, təhlükəsizlik və nəqliyyat-logistika istiqamətləri üzrə layihələrdə iştirak edə biləcəyinə əmindir. Maraqlıdır ki, prinsipial məqamlarda rəsmi İrəvan Azərbaycanın diplomatik təsirinə də çox inanır. Nümunə olaraq son zamanlar Ermənistanda baş qaldıran revanşistlərə Prezident İlham Əliyevin xəbərdarlığının verdiyi səmərəni göstərə bilərik: orada sakitləşənlər oldu!

Buradan dövlət başçısının Azərbaycanı "orta güc" olaraq qiymətləndirməsində mühüm yer tutan tezis formalaşır: "bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər". Əlbəttə, bu istəyin təməlində həmin ölkələrin özlərinin Azərbaycanla əməkdaşlıq etmək arzusu və niyyəti dayanır. Yəni artıq Azərbaycan "orta güc"ə malik olan dövlət kimi praktiki nəticələr verən imkanlara malikdir.

Xarici şirkətlərin Azərbaycanla ciddi qlobal geosiyasi risklərin mövcudluğu şəraitində işləmək istəyi, faktiki baxımdan etimad, inam və etibarla yanaşı, dövlətimizin perspektivlərinin də qəbulunu ifadə edir. Azərbaycanın liderinin verdiyi hər bir sözə əməl etməsi və konkret layihələri həyata keçirməsi bunun sübutudur. Bu tezislərin işığında daha konkret səviyyədə Azərbaycanın "orta güc" özəlliklərinə nəzər salaq.


Azərbaycanın yeni "orta güc" modeli


Azərbaycan Prezidentinin müəyyən etdiyi ümumi prinsiplərin müxtəlif aspektlərini dövlət strukturlarında mühüm yer tutan şəxslər izah edirlər. Azərbaycanın "orta güc" kimi oynadığı rolun ifadəsi bu sıradandır. Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev məqalələrinin birində vurğulamışdır: "Bu gün Azərbaycan öz iqtisadi, siyasi, diplomatik, hərbi və mədəni potensialını daha da inkişaf etdirərək Cənubi Qafqazın lider ölkəsi, siyasi və iqtisadi mərkəzinə, Avrasiya məkanının yeni orta güc aktoruna çevrilmişdir. Azərbaycan öz sözünü deyən, mövqeyini qətiyyətlə müdafiə edən, çoxsaylı dostları və tərəfdaşları ilə regionun və dünyanın yeni enerji, nəqliyyat xəritəsini cızan, COP29 kimi nəhəng tədbirləri yüksək səviyyədə keçirən və qlobal problemlərin həllinə dəyərli töhfələr verən dövlət kimi beynəlxalq arenada böyük nüfuz sahibidir". 

Aydındır ki, bu fikirlərdə Azərbaycan Prezidentinin ölkəmizin "orta güc" kimi qiymətləndirilməsinin yüksək reputasiya, çox müsbət imic və bir çox ölkələrin şirkətlərinin onunla əməkdalığa can atmasının müəyyən aspektləri açılır. Burada birinci məqam ondan ibarətdir ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi öz iqtisadi, siyasi, diplomatik, hərbi və mədəni potensialını daha da inkişaf etdirməkdədir və bu, "orta güc" aktorluğuna ciddi təkan verməkdədir.

İkinci məqam belədir: Azərbaycan Avrasiyanın siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilmişdir. Bu məqam çox müxtəlif kontekstlərdə dövlət başçısının tezislərində dolğun ifadə olunmuşdur.

Üçüncü məqam da əhəmiyyətlidir. Burada Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə edən, çoxsaylı dostları və tərəfdaşları olan dövlət kimi dünyanın yeni enerji, nəqliyyat xəritəsini cızan və qlobal problemlərin həllində fəal iştirak edən ölkə kimi beynəlxalq arenada böyük nüfuz sahibi olması əksini tapmışdır.

Buradan Azərbaycan Prezidentinin hərtərəfli düşünülmüş və strateji hədəfi dəqiq müəyyən edilmiş siyasi kurs həyata keçirməsi sayəsində yeni anlamda ölkəmizin "orta güc" kimi formalaşdığı qənaətinə gəlmək olar. Həmin kontekstdə Azərbaycanı "orta güc" kimi xarakterizə edən başqa bir tezis də maraq doğurur.


Azərbaycanın "orta güc" nümunəsinin konseptual əsası


Bu, məsələnin çox əhəmiyyətli və aktual tərəfidir. Azərbaycan lideri ölkəmizin "orta güc" olması prosesini dəqiq konseptual yanaşma əsasında müəyyən etmişdir. Onun iki mühüm aspektini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ifadə etmişdir: əvvəla, Azərbaycan üçün "orta güc" olmaq problemlərin həllinə yönələn yanaşmadır, ikincisi, həmin yanaşmanın konseptual gücünə və praktiki səmərəsinə böyük inam mövcuddur. Hikmət Hacıyev XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Böhran içində çoxtərəflilik: Qlobal əməkdaşlığa yenidən baxış" adlı panel müzakirəsində çıxışı zamanı vurğulanan kontekstdə ifadə etmişdir: "Təəssüf ki, bəzən "orta güc" haqqında danışarkən ilk növbədə ölkənin hərbi imkanları və ya ərazi ölçüsü xatırlanır. Biz özümüzü "orta güc" kimi qiymətləndirsək də, bunu hərbi güc baxımından rəqabət kimi görmürük. Bizim üçün "orta güc" anlayışı problemlərin həllinə yönələn yanaşma deməkdir. Bu həm də öz regionuna və qlobal gündəliyə töhfə vermək iradəsi, müsbət gündəliyi irəli aparmaq və inkişaf etdirmək istəyidir".

Nümunə kimi enerji təhlükəsizliyinin təmini məsələsini göstərmək olar. Azərbaycan üçün enerji təhlükəsizliyi çoxtərəfli diplomatiyanın və əməkdaşlığın uğurlu nümunəsidir. Bu aspektdə "Xəzərdən Avropaya uzanan marşrut boyunca eyni baxışları paylaşan ölkələrin bir araya gələrək hər kəs üçün uğurlu və qarşılıqlı fayda yaradan layihə" həyata keçirmələri xüsusi anlam daşıyır. Burada Azərbaycanın konkret layihələrlə regional və qlobal gündəliyə əhəmiyyətli töhfələr verməsi ciddi yer tutur. Mərkəzi Asiya-Azərbaycan əməkdaşlığı buna misaldır. Çünki həmin əməkdaşlıq modeli göstərir ki, Azərbaycan "orta güc" kimi "öz regionuna və qlobal gündəliyə töhfə vermək iradəsi" əsasında "müsbət gündəliyi irəli aparmaq və inkişaf etdirmək" xəttinə böyük anlam vermişdir.

Əlbəttə, "orta güc"ün problemlərin həllinə yönələn yanaşma nöqteyi-nəzərindən müəyyən edilməsi Azərbaycan Prezidentinin hazırkı tarixi mərhələdə müstəqil dövlətçiliyin inkişafı kontekstində çox perspektivli kurs müəyyən etdiyinin bariz nümunələrindəndir. Bu, BMT institutlarının əməkdaşlıq etmək əvəzinə bir-biri ilə rəqabət apardığı bir şəraitdə müstəqil dövlət üçün yeganə düzgün yoldur. 


"Orta güc" nümunəsinin üç aspekti


Azərbaycanın "orta güc" "kimliyi"ndə regional və qlobal gündəliyə töhfə vermək iradəsi, müsbət gündəliyi irəli aparmaq və inkişaf etdirmək xətti konseptual yanaşmanın bünövrəsini təşkil edir. Çünki Azərbaycan həmin təməl üzərində çox geniş geosiyasi məkana təsir etmək, orada nüfuz sahibi olmaq imkanı əldə edir. Bu, Azərbaycanın "orta güc" nümunəsinin ilk aspektini ifadə edir.

Azərbaycan yerləşdiyi regionda və ona yaxın regionlarda konkret layihələrlə infrastruktur şəbəkəsi yaradır. Bu isə həm regional, həm də regionlararası məkanda ölkələr arasında bağlılığı yeni səviyyəyə və qarşılıqlı etimada yüksəldir. Azərbaycan realpolitik çərçivəsində çoxlu sayda ölkəyə faydası olan əməkdaşlıq və təhlükəsizlik platformalarını vahid şəbəkədə birləşdirir.

Bu, yeni "orta güc" modeli üçün prinsipial əhəmiyyət kəsb edir. Məsələ onunla bağlıdır ki, infrastruktur şəbəkəsi əsasında "orta güc" statusuna yüksəlmək kursu ilk dəfədir ki, başlıca faktor kimi seçilir. Bir-birinə bağlı əməkdaşlıq, təhlükəsizlik və nəqliyyat-logistika infrastruktur vahidləri eyni məntiq və məqsədlə vahid şəbəkədə biləşdirilirsə, bu, inteqrasiyanı sosial, iqtisadi, mədəni və hüquqi müstəviyə gətirmək deməkdir. Məsələnin hüquqi tərəfinin çox mühüm bir özəlliyi vardır.


Rəqabətdən əməkdaşlığa


Hazırda dünyada enerji resursları uğrunda mübarizəni əllərində bayraq edən böyük güclərin məsələyə hüquqi baxımdan birtərəfli yanaşmaları ciddi problemlər yaradır. Çünki onlar dünya resurslarından əməkdaşlıq naminə deyil, qarşı tərəfdən üstün olmaq, ona iradəsini diktə etmək məqsədilə istifadəyə üstünlük verirlər. Bu isə avtomatik olaraq daha geniş rəqabət elementləri yaradır ki, regional və qlobal miqyaslarda yeni fraqmentləşmələrə səbəb olur. Belə bir şəraitdə yeni model "orta güc"ə keçid mürəkkəb məsələdir. Ancaq Azərbaycan bunun öhdəsindən böyük uğurla gəlməkdədir. Bu, "orta güc" kimi Azərbaycan modelinin ikinci mühüm aspektidir.

Belə ki, Azərbaycan özünün təşəbbüsü ilə əməkdaşlıq platformaları yaratmışdır ki, ən müxtəlif ölkələr rəqabətə deyil, qarşılıqlı faydalı əməkdaşlığa çalışırlar. Onların hər birinin enerji və milli təhlükəsizliyi üçün önəmli olan faktorları Bakı dəqiqlik və aydınlıqla təqdim edir. Hələlik Avrasiya məkanında böyük rəqabətdən qarşılıqlı faydalı əməkdaşlığa praktiki müstəvidə keçməyə imkan verən yeganə konseptual yanaşmanın müəllifi Azərbaycandır. Bu yanaşmanın perspektivinin davamlı olacağına şübhə yoxdur.

Yuxarıda qeyd edilən birinci və ikinci aspektlərdən sinxron olaraq üçüncü aspekt yaranır.


Regionlararası və qlobal geosiyasi kontekst


Azərbaycanın "orta güc" nümunəsində bu məsələ ciddi əhəmiyyət daşıyır. Çünki indiki beynəlxalq münasibətlər mühiti elədir ki, "orta güc" statusuna iddialı olan istənilən dövlətin regionlararası və qlobal miqyaslarda təsiri olan fəaliyyət modeli olmalıdır. Öz regionunda çox uğurlu olan ölkə belə regionlararası və qlobal miqyaslara nüfuz etməsə, real "orta güc"ə çevrilə bilməz. Bu istiqamətdə Azərbaycan nümunəsi unikaldır.

Onun təməlində geosiyasi aspektdə konseptual mahiyyətə malik maraqlı bir faktor dayanır. Azərbaycan Prezidentinin müəyyən etdiyi xarici siyasət kursunda ölkənin geosiyasi identikliyi və ya kimliyi dəqiq meyarlar üzrə müəyyən edilmişdir. Həmin meyarlara görə, Azərbaycan bir ölkə olaraq Cənubi Qafqaz, Mərkəzi Asiya və Türk Dövlətləri Təşkilatı identikliklərini eyni dərəcədə özündə ehtiva etmişdir. Bu isə "yeni geosiyasi əməkdaşlıq platforması"nı formalaşdırır. "Bundan əlavə, Yaxın Şərq regionu ilə coğrafi yaxınlığımız bizə bu istiqamətdə də əməkdaşlıq imkanları yaradır. Azərbaycan-Türkiyə-Suriya əməkdaşlığı bunun bariz nümunəsidir". Bütün bunlardan üçüncü aspektin başlıca tezisi ortaya çıxır: "Azərbaycan yalnız Cənubi Qafqaz ölkəsi deyil, eyni zamanda çoxşaxəli geosiyasi kimliyə malik ölkədir".

Azərbaycanın xarici siyasətinin vurğulanan özəlliyi və onun qlobal geosiyasi proseslərə proyeksiyası ölkəmizin "orta güc" kimi digər çox maraqlı xüsusiyyətlərini dərk etməyə imkan yaradır.


(ardı var)


Kamal ADIGÖZƏLOV,

beynəlxalq münasibətlər üzrə ekspert

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Oğlum Rəvanın qəhrəmanlığı ilə həmişə fəxr edəcəyəm"

09:10
09 İyun

8 oğul, 8 kəşfiyyatçı, 8 qəhrəman

09:05
09 İyun

Çatbotların zəif tərəfi

09:03
09 İyun

İqlim gündəmi, regional tranzit və dəyişən əməkdaşlıq xəritəsi

09:00
09 İyun

Mətbuatımızın incə, gözəl, zərif səhifələri - "Evraqi-nəfisə"

08:55
09 İyun

Qusar bağçılığın intensive inkişaf etdiyi bölgədir

08:50
09 İyun

FHN Akademiyasının əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

08:45
09 İyun

Cəlilabadda maarifləndirici bir ənənənin təməli qoyulub

08:43
09 İyun

Yerlərdə kənd təsərrüfatı məsələlərinə həsr olunan tədbirlər keçirilib

08:40
09 İyun

Yeni "orta güc" aktoru

08:37
09 İyun

Müasir dünya nizamında Azərbaycan reallığı

08:35
09 İyun

Erməni xalqının seçimi - "böyük" yox, real Hayastan

08:30
09 İyun

CNN-nin qərəzi

08:25
09 İyun

"Real Ermənistan" xəstə təfəkkürə qalib gəldi

08:20
09 İyun

Aqrar sahə ikinci "yaşıl inqilab"ın astanasında

08:15
09 İyun

Azərbaycanın "yaşıl inkişaf", ekoloji məsuliyyət və dayanıqlı gələcək yolu

08:10
09 İyun

Qurtuluş missiyasının başlandığı gün

08:05
09 İyun

İRADƏ MÖHKƏM OLANDA

08:00
09 İyun

R.M.Fətəliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

00:21
09 İyun

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 2015-ci il 23 iyul tarixli 571 nömrəli, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli və "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:20
09 İyun

Azercell abunəçilərinin nəzərinə

00:19
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!