19 Iyun 2022 00:32
479
Elm və texnika
A- A+

Yeni "EyeDetect" cihazı

 

ABŞ-ın "Converus" şirkəti "EyeDetect" adlı cihazı təqdim edib. O, ənənəvi poliqrafı əvəz etmək üçün nəzərdə tutulub. Belə ki, bu cihaz insan gözünü skan edərək onun yalan danışıb-danışmadığını 88 faiz dəqiqliklə təyin edə bilir. Şirkət təsisçisinin bildirdiyinə görə, o, bu vasitə ilə çox insanın yalanını  üzə çıxarıb.

"EyeDetect" skanından keçmək üçün şübhəli şəxs kompüter qarşısında əyləşərək test suallarını cavablandırır. Bu zaman göz hərəkətlərinin analizi üçün infraqırmızı kameradan istifadə edilir. Cihaz bir saniyə ərzində göz almalarının 60-a yaxın qeyri-iradi xüsusiyyətlərini təyin edir. Bura həmçinin göz bəbəyinin diametrinin dəyişməsi, gözlərin açılıb-yumulması və fokuslanması da daxildir. Test bitdikdən sonra cihaz əldə edilmiş məlumatları analiz edir və 5 dəqiqə sonra nəticəni bildirir. Bütün proses isə 15 dəqiqə çəkir.

Ənənəvi yalan detektorları və deduktiv üsullar vasitəsilə yekun nəticəni əldə etmək üçün 90 dəqiqədən 5 saata kimi vaxt lazım gəlir. Bununla yanaşı, ənənəvi üsullardan istifadə zamanı əldə edilmiş məlumatlar daha detallı analiz olunmalıdır. Bu isə vaxt itkisinə gətirib çıxarır.

"Converus"dan bildiriblər ki, bu yeniliyin artıq 50 ölkədən ümumilikdə 600-dən çox müştərisi var. Müştərilər arasında isə, əsasən, hüquq-mühafizə orqanları, hüquqşünaslar, fərdi detektivlər və s. yer alırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video