28 Yanvar 2022 23:43
731
SİYASƏT
A- A+

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib

 

Yanvarın 28-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

YAP-dan AZƏRTAC-a bildiriblər ki, iclasın müzakirəsinə “Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi” məsələsi çıxarılıb.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra partiyanın həyatında yeni mərhələ başlayıb. Yeni qəbul olunmuş Nizamnaməyə əsasən partiyanın yeni strukturu müəyyən edilib. Vurğulanıb ki, Nizamnaməyə əsasən, partiya strukturunda vəzifə tutan şəxs digər vəzifə daşıya bilməz.

Mərkəzi Aparatın rəhbəri qeyd edib ki, artıq ötən ilin sentyabrından partiyanın Bakı şəhəri üzrə təşkilatlarının sədrləri vəzifələrinin icrasına başlayıblar. Ötən dövrdə respublikanın digər şəhər və rayonları üzrə yerli təşkilatların sədrliyinə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı geniş təhlillər, müzakirələr aparılıb. Yekunda təklif olunan namizədlərin siyahısı hazırlanaraq əvvəlcədən İdarə Heyətinin üzvlərinə təqdim edilib.

Müzakirələr zamanı çıxış edən YAP İdarə Heyətinin üzvləri Cavid Osmanov, Asif Əsgərli, Ramin Məmmədov, Şahin İsmayılov, Hikmət Babaoğlu, Elmar Qasımov, Anar İsgəndərov və Eldar İbrahimov yerli təşkilatların sədrliyinə layiqli namizədlərin irəli sürüldüyünü qeyd ediblər.

Müzakirələrdən sonra səsvermə keçirilib və aşağıdakı şəxslər yerli təşkilatların sədrləri təyin olunublar:

1. Hüseynov Ramiz Ağəli oğlu - YAP Sumqayıt şəhər təşkilatı

2. Əliyev Abbas İslam oğlu - YAP Abşeron rayon təşkilatı

3. Quliyev Ayaz Sərvər oğlu - YAP Xızı rayon təşkilatı

4. Abdullayev Füzuli Tahir oğlu - YAP Ağsu rayon təşkilatı

5. Muradov Zaur Fazil oğlu - YAP İsmayıllı rayon təşkilatı

6. Qasımov Qasım Nurməhəmməd oğlu - YAP Qobustan rayon təşkilatı

7. Qasımlı Tural Şahnəzər oğlu - YAP Şamaxı rayon təşkilatı

8. Orucov Ramil Mayıl oğlu - YAP Gəncə şəhər təşkilatı

9. Heydərov Rövlan Nəsib oğlu - YAP Naftalan şəhər təşkilatı

10. Yolçuyev Meydanəli Binəli oğlu - YAP Daşkəsən rayon təşkilatı

11. İsmayılov Elçin Şəmil oğlu - YAP Goranboy rayon təşkilatı

12. İsayev Vüqar Sabir oğlu - YAP Göygöl rayon təşkilatı

13. Bayramov Gündüz Çankay oğlu - YAP Samux rayon təşkilatı

14. Əhmədov Rövşən Nağı oğlu - YAP Ağcabədi rayon təşkilatı

15. Quliyev Mansur Söhbət oğlu - YAP Ağdam rayon təşkilatı

16. Şadlinskaya Faqət Nəcəb qızı - YAP Bərdə rayon təşkilatı

17. Həşimova Almaz Ələkbər qızı - YAP Füzuli rayon təşkilatı

18. Əliyev Vahid Surxay oğlu - YAP Xocalı rayon təşkilatı

19. Hüseynov Vüsal Cavay oğlu - YAP Xocavənd rayon təşkilatı

20. Əliyev Təvəkkül Böyükkişi oğlu - YAP Şuşa rayon təşkilatı

21. Əsədov Eldar Garay oğlu - YAP Tərtər rayon təşkilatı

22. Hacıyev Etibar Cəfər oğlu - YAP Ağstafa rayon təşkilatı

23. Nağıyev Rüstəm Vaqif oğlu - YAP Gədəbəy rayon təşkilatı

24. Nəbiyev Anar Telman oğlu - YAP Qazax rayon təşkilatı

25. Vəliyev Fəxrəddin Vəli oğlu - YAP Şəmkir rayon təşkilatı

26. Pənahov Nihad Məmmədtağı oğlu - YAP Tovuz rayon təşkilatı

27. Balaqadaşov Məhəmməd Müslüm oğlu - YAP Xaçmaz rayon təşkilatı

28. Nəbizadə Fidan Nizami qızı - YAP Quba rayon təşkilatı

29. İbramxəlilov David Nurəddin oğlu - YAP Qusar rayon təşkilatı

30. Baxşıyev Samir Vadim oğlu - YAP Siyəzən rayon təşkilatı

31. Balabəyov Mehdi Eyyub oğlu - YAP Şabran rayon təşkilatı

32. Cəfərov Həbib Zərxan oğlu - YAP Astara rayon təşkilatı

33. Mirxaslı Mirsüleyman Mirismayıl oğlu - YAP Cəlilabad rayon təşkilatı

34. Mirzəyev Malik Soltanağa oğlu - YAP Lerik rayon təşkilatı

35. Əmənullayev İqbal Qabil oğlu - YAP Lənkəran şəhər təşkilatı

36. Əliyev Seyfəddin Abusət oğlu - YAP Masallı rayon təşkilatı

37. Alışov Anar Xalıq oğlu - YAP Yardımlı rayon təşkilatı

38. Yusubov Cavanşir Nəriman oğlu - YAP Mingəçevir şəhər təşkilatı

39. Rəcəbov Əlişah Rəcəb oğlu - YAP Ağdaş rayon təşkilatı

40. Şükürov Sahib Yunis oğlu - YAP Göyçay rayon təşkilatı

41. Cəbrayılov Ayaz Akif oğlu - YAP Kürdəmir rayon təşkilatı

42. Abdullayeva Şəhla Əhməd qızı - YAP Ucar rayon təşkilatı

43. Əliyev Rafiq Vaqif oğlu - YAP Yevlax rayon təşkilatı

44. Əliyev İlkin Böyükağa oğlu - YAP Zərdab rayon təşkilatı

45. Səfərov Müşfiq Arzuman oğlu - YAP Beyləqan rayon təşkilatı

46. Ağayev Səfa Malik oğlu - İmişli rayon təşkilatı

47. Şıxəliyev Lütvəli İbrahim oğlu - YAP Saatlı rayon təşkilatı

48. Rüstəmov Varis Rüstəm oğlu - YAP Sabirabad rayon təşkilatı

49. Balayev Azad Rizvan oğlu - YAP Balakən rayon təşkilatı

50. Allahverdiyev Natiq Şükür oğlu - YAP Qax rayon təşkilatı

51. Ağasəfov Abil Adil oğlu - YAP Qəbələ rayon təşkilatı

52. Məhərrəmov Saleh Calal oğlu - YAP Oğuz rayon təşkilatı

53. Mikayılov Daşqın Gündüz oğlu - YAP Şəki şəhər təşkilatı

54. Qurbanov Habil Qurban oğlu - YAP Zaqatala rayon təşkilatı

55. Fərzəliyev Arif Aydın oğlu - YAP Cəbrayıl rayon təşkilatı

56. Misirov Həbib Məhərrəm oğlu - YAP Kəlbəcər rayon təşkilatı

57. Rüstəmov Təhmasib İbrahimxəlil oğlu - YAP Qubadlı rayon təşkilatı

58. İlyasov İlqar Süleyman oğlu - YAP Laçın rayon təşkilatı

59. Quluzadə Natiq Qurban oğlu - YAP Zəngilan rayon təşkilatı

60. Qəhrəmanov Zahir Məmmədyar oğlu - YAP Şirvan şəhər təşkilatı

61. Qurbanlı Kamil Məhəmməd oğlu - YAP Biləsuvar rayon təşkilatı

62. Əmirəslanov Elnur Mehman oğlu - YAP Hacıqabul rayon təşkilatı

63. Fərzəliyev Ülvi Cəlil oğlu - YAP Neftçala rayon təşkilatı

64. Əhmədov Elmar Ağakişi oğlu - YAP Salyan rayon təşkilatı

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yeni təyin olunan yerli təşkilatların sədrlərinə fəaliyyətlərində uğurlar arzulayıb.

İclasda, həmçinin YAP-ın Şəki şəhər təşkilatın sabiq sədri Həsən Həsənov, Gəncə şəhər təşkilatının sabiq sədri, YAP Təftiş Komissiyasının üzvü Naqif Həmzəyev, Abşeron rayon təşkilatının sabiq sədri Bilman Vəliyev çıxış edərək ötən dövrdəki fəaliyyətlərinə verilən müsbət qiymətə görə təşəkkür edib və yeni sədrlərə işlərində nailiyyətlər arzulayıblar.

Eyni zamanda, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova və yeni təyin olunmuş Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov göstərilən yüksək etimada görə təşəkkürlərini ifadə edərək, bu etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

İclasın sonunda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qarşıda dayanan vəzifələrdən danışıb və qeyd edib ki, bu il partiyamızın təsis olunmasının 30 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanır. Yubiley ili çərçivəsində bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Tədbirdə, həmçinin cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video