13 Yanvar 2022 19:42
729
DÜNYA
A- A+

Yəməndə əhalinin 80 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır

 

Yəməndəki humanitar fəlakətin qarşısını almaq üçün 3,9 milyard dollar vəsait lazımdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT Baş katibinin müavini Rameş Racasinqam deyib. O bildirib ki, donor dövlətlər humanitar yardımlar üçün ayırdıqları vəsaitin həcmini 58 faiz azaldıblar. Bu səbəbdən də Yəmənə yardım etməkdə təşkilat çətinlik çəkir. Maliyyə qıtlığı səbəbindən Ümumdünya Ərzaq Proqramı 8 milyon yəmənliyə ərzaq çatdırmağı dayandırıb.

BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığı bəyan edib ki, Yəməndə 20 milyon insan humanitar fəlakət bölgəsində yaşayır və ərzaq çatışmazlığından əziyyət çəkir. Ölkə əhalisinin 80 faizi isə yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır. Ötən il hərbi toqquşmalar zamanı Yəməndə 337 min dinc sakin qətlə yetirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video