Yazıçılar Birliyinin sədri Anar Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sərəncamına görə Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb
Xəbər verildiyi kimi iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar atasının xatirəsinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb. Məktubda deyilir: “Möhtərəm cənab Prezident. Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sərəncamınızı böyük sevinc və qürur hissiylə qarşıladıq. Ulu Öndərimizin layiqli varisi kimi onun ədəbiyyatımıza daimi diqqətini və qayğısını XXI əsrdə uğurla davam etdirirsiniz.
Bu muzeyi zəngin mədəniyyət ocağı kimi təşkil etmək və yaşatmaq üçün əlimizdən gələni edəcəyik.
Ailəmizin adından, Yazıçılar Birliyi adından, şəxsən öz adımdan Sizə ən dərin və ən səmimi minnətdarlığımı bildirirəm.
Sağ olun, var olun!”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İƏT qanunsuz erməni silahlı dəstlərinin Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutmasını pi...
10 Avqust
Gündəlik səhər yeməyi aktiv metabolik proseslərə köməklik edir
10 Avqust
“Aztelekom” telekommunikasiya xidmətlərinin tarifini dəyişdirib
10 Avqust
Qarabağda həlak olmuş erməni əsgərlərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksi...
10 Avqust
“Baktelecom” telekommunikasiya xidmətlərinin tarifində dəyişiklik edib
10 Avqust
Azərbaycan ombudsmanı Ukraynada həbsdə olan vətəndaşlarımızla bağlı ukraynalı həmkarına müraciət edi...
10 Avqust
Azərbaycanın Baş prokuroru Birləşmiş Krallığın ölkəmizdəki səfiri ilə görüşüb
10 Avqust
Avqustun 10-da Azərbaycanda COVID-19 əleyhinə 1829 doza vaksin vurulub
10 Avqust
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 534 yoluxma faktı qeydə alınıb
10 Avqust
Prezident İlham Əliyev Əlcəzairin xarici işlər və xaricdəki milli icma nazirini qəbul edib
10 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!