11 Avqust 2022 00:41
449
İQTİSADİYYAT
A- A+

Yay şumu sürətlənir

 

Ötən il  rayonda cari ilin məhsulu üçün 13238,5 hektar sahədə taxıl əkilmişdir. 
Havaların əlverişsiz keçməsinə baxmayaraq, fermerlər 8830,5 hektar buğda sahəsinin hər hektarından 33,4 sentner, 4408 hektar arpa sahəsinin hər hektarından isə 29,6 sentner məhsul əldə etmişlər. Taxıl sahələrindən anbarlara cəmi 42556 ton məhsul daşınmışdır. 
Hazırda  rayonun taxıl sahələrində qızğın iş gedir. Fermerlər gələn ilin bol məhsulu üçün əsaslı zəmin yaradan yay şumuna başlayıblar. Hələlik 7995 hektarda yay şumu aparılıb.
Qaxda gələn ilin məhsulu üçün 13500 hektarda taxıl əkilməsi proqnozlaşdırılıb. Fermerlər yay şumunun keyfiyyətli aparılmasına xüsusi diqqət yetirirlər. Çünki bol məhsulun əsası məhz yay şumunda qoyulur.
Eyni zamanda fermerlər təkrar qarğıdalı əkininə də başlamışlar. Hələlik məhsulu yığılmış taxıl sahələrinin 727 hektarında təkrar qarğıdalı əkini aparılıb.

Xavər ƏFƏNDİYEVA,
rayonda çıxan "Şəlalə" qəzetinin redaktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video