23 Noyabr 2024 08:25
120
CƏMİYYƏT
A- A+
"Yaşıl dünya"naminə inklüzivlik

"Yaşıl dünya"naminə inklüzivlik


Cəmiyyətin bütün təbəqələrinin üzvlərinə, o cümlədən sağlamlıq məhdudiyyətləri olan şəxslərə diqqət və qayğı hər zaman dövlətimizin prioritet məsələlərindən olub. İnklüzivlik və əlçatanlığın təmin edilməsi COP29 konfransının təşkili prosesində də vacib amil kimi nəzərə alınıb. Belə ki, inklüziv mühitin yaradılması, hər kəs üçün əlçatanlığın təmin edilməsi məqsədilə tədbir məkanında bir sıra müvafiq həllər tətbiq edilib.


COP tarixində ilk


COP29-da iştirak edəcək fiziki imkanları məhdud şəxslərə dəstək olmaq və inklüziv mühiti təşviq etmək üçün könüllülərə, müxtəlif xidmət sahələrinin əməkdaşlarına təlimlər keçirilib, iştirakçılara tədbir məkanına gediş-gəlişi asanlaşdırmaq üçün müvafiq nəqliyyat xidmətləri təqdim edilib.

Konfransın plenar iclas zalında eşitmə və nitq məhdudiyyətli şəxslər üçün işarət dilinə tərcümə və audio induksiya sistemi xidmət göstərib. Sessiya və panelləri əlçatan etmək üçün işarət dili üzrə surdo-tərcüməçilər təqdim edilib.

Tədbir məkanının dizaynı zamanı müvafiq zona və zallar görmə məhdudiyyətli şəxslər üçün kontrast nəzərə alınmaqla tərtib edilib. Onların tədbirin keçirildiyi məkanda rahat hərəkət etmələri üçün Brayl əlifbası ilə hazırlanan qapı lövhələr, məlumat nişanları, məkan xəritələri və müxtəlif broşürlərdən istifadə olunub. Qeyd etmək lazımdır ki, bu materialların əksəriyyəti ölkəmizdə yaşayan görmə məhdudiyyətli şəxslər tərəfindən hazırlanıb. 

 Konfransın keçirildiyi ərazidə inklüziv çıxışı təmin etmək məqsədilə informasiya məntəqəsi yaradılıb. Burada əlilliyi görünməyən iştirakçılar üçün istəyə görə günəbaxan simvollu lentlər təqdim olunub, Brayl əlifbası ilə hazırlanmış tədbir məkanı xəritəsi təmin edilib, eləcə də yoxlama və ilkin texniki dəstəyi özündə ehtiva edən təkərli oturacaqların təmiri xidməti və elektrikli təkərli oturacaqlar üçün enerji doldurma məntəqəsi fəaliyyət göstərib.  

 Bunlarla birlikdə, ərazidə yerdəyişməni asanlaşdırmaq məqsədilə fiziki imkanları məhdud olan şəxslər üçün müvafiq pandus və liftlər quraşdırılıb, eləcə də xüsusi parklanma yerləri və sanitar qovşaqları hazırlanıb, habelə COP tədbirləri tarixində ilk dəfə "mavi" və "yaşıl" zonaların girişində taktil xəritələr yerləşdirilib. 


İnklüzivliyin və bərabərliyin əhəmiyyəti


COP29 çərçivəsində iqlim dəyişikliyinin xüsusi qayğıya ehtiyacı olan insanlara təsirinə, iqlim dəyişikliyi ilə mübarizədə göstərilən qlobal səylərdən heç kimin kənarda qalmamasını təmin etmək üçün dayanıqlı təşəbbüslər, inklüziv siyasət və təcrübələrin iqlim fəaliyyətinə inteqrasiyasına dair plenar iclaslar, müzakirələr və sərgilər keçirilib.

Noyabrın 20-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən COP29-un "yaşıl zona"sındakı "Art Pavillion"da təqdim edilən sərgi ilə tanış olublar. Sərgidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və "DOST Evi" filialının həssas əhali qruplarına aid benefisiarları və təlimçilərinin 50-dən çox əl işi nümayiş etdirilib.  

Sərgiyə gələn qonaqlara sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi üçün aparılan işlər barədə məlumat verilib. Əl işləri arasında "yaşıl dünya"ya, ətraf mühitin mühafizəsinin, təbiəti qorumağın vacibliyinə həsr olunmuş sənət nümunələri də yer alıb. Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan şəxslərdən ibarət benefisiarlarının ifasında təqdim edilən konsert proqramını da  izləyiblər. 

Müslüm Müslümzadə, Səbinə  Əsgərova, Xaliq Şərifov, Səməd Novruzov, Nurlan Əhmədov, Fərid Abdullayev tərəfindən Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ifa olunub.  Təqdim edilən sərgi və konsert proqramı böyük maraqla qarşılanıb.

Həmin gün konfrans çərçivəsində Azərbaycan Əlil Təşkilatları İttifaqının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə inklüzivlik" mövzusunda plenar müzakirə də keçirilib, mövcud problemlərin həllində qanunvericiliyin təkmilləşdirilməsi və əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması istiqamətində həyata keçirilən və planlaşdırılan tədbirlər barədə fikirlər bildirilib. Habelə, iqlim dəyişikliklərinin törətdiyi fəsadların əlilliyi olan şəxslərə təsiri, riskli vəziyyətlərdə xilasetmə tədbirləri, mövcud problemlərin həlli yolları və bu sahədə toplanmış təcrübə ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Tədbirdə iqlim ədalətinin təmin edilməsi üçün iqlim dəyişikliklərinin doğurduğu problemlərə qarşı bütün dövlətlərin və əlilliyi olan şəxslərin təşkilatlarının birgə mübarizə aparmasının vacibliyi xüsusi vurğulanıb.

COP29 konfransı çərçivəsində bu kimi tədbirlərin keçirilməsinin əsas məqsədi inklüzivliyin və bərabərliyin əhəmiyyətini vurğulamaq, gənclərin yaradıcı potensialını önə çıxarmaq və iqlim dəyişikliyinə qarşı mübarizədə cəmiyyətin bütün təbəqələrinin birgə iştiraka çağırışını təmin etməkdir. Dövlətimiz tərəfindən inklüziv cəmiyyətin qurulmasına verilən dəstək iqlim konfransında da özünü aydın şəkildə göstərdi.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ballistik raketlər istehsalı üzərində işləyir  

11:10
23 Noyabr

DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

11:01
23 Noyabr

Dünyanın ən hündür və ən qısaboy qadınları Londonda görüşüblər  

10:40
23 Noyabr

AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat alıb  

10:39
23 Noyabr

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb  

10:19
23 Noyabr

Putin: Bu gün dünyada “Oreşnik”i ələ keçirə biləcək vasitə yoxdur  

10:05
23 Noyabr

“Cumhuriyet”: COP29 qlobal ekoloji gündəmdə Türkiyənin mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımdır  

09:55
23 Noyabr

COP29 iştirakçısı: Asiya və Avropa arasında körpü olan Azərbaycanın inkişaf etmiş mədəniyyəti var  

09:33
23 Noyabr

Ömrünü hüquq elminin inkişafına həsr etmiş fədakar alim

09:10
23 Noyabr

Yardımlıda 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmiri başa çatıb

09:05
23 Noyabr

Daşkəsəndə bitən nadir bitkilərə ikinci həyat verilir

09:00
23 Noyabr

COP29 günlərində Azərbaycan həm də multikultural ölkə olduğunu bəşəriyyətə nümayiş etdirdi

08:55
23 Noyabr

"Zəfərimiz kimi COP29-un da əks-sədası uzun illər kəsilməyəcək"

08:50
23 Noyabr

COP29 uğurlu təcrübə kimi tarixə düşəcək

08:45
23 Noyabr

Lüksemburq Deputatlar Palatasının Fransa niyyətli qətnaməsi

08:40
23 Noyabr

Xarici investorların Azərbaycana marağı artıb

08:35
23 Noyabr

"Ümidlər Bakıyadır"

08:30
23 Noyabr

"Yaşıl dünya"naminə inklüzivlik

08:25
23 Noyabr

Heydər Əliyev Fondunun"yaşıl töhfə"si

08:20
23 Noyabr

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına

08:15
23 Noyabr

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına

08:10
23 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!