23 Noyabr 2024 09:05
119
İQTİSADİYYAT
A- A+
Yardımlıda 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmiri başa çatıb

Yardımlıda 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmiri başa çatıb


Prezidentin sərəncamının icrası çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Yardımlının 5 min nəfərin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Masallı-Yardımlı (44 kilometr)-Sırıq-Əfçədulan-Horavar-Əngövül-Zəngələ-Vərov-Keçələkəran avtomobil yolunun əsaslı təmirini başa çatdırıb. 

Uzunluğu 23,5 kilometr olan avtomobil yolu xeyli müddət təmir olunmadığından yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranmışdı. 

Əsaslı təmirdən sonra 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilən yolların eni 10 metrə qədər genişləndirilib. Təmir zamanı AAYDA tərəfindən "İnşaat Norma və Qaydaları"nın tələblərinə uyğun olaraq, yolboyu torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə və yol əsasının tikintisi işləri həyata keçirilib. Sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Bundan başqa, yolboyu suların ötürülməsi üçün  zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icra olunub. Layihə üzrə yolun Sırıq, Keçələkəran və Zəngələ hissələrində 3 yeni avtomobil körpüsü də inşa edilib. Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılıb.

Aparılan yenidənqurma işləri yerli sakinlərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edib, yük və sərnişin daşımasını asanlaşdırıb. 


Seyran CAVADOV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

RF Su Ehtiyatları Agentliyinin rəhbəri: Sayca 29-cu olsa da, bu, unikal COP-dur  

12:47
23 Noyabr

ÜƏP: 74 ölkədə 343 milyon insan kəskin qida çatışmazlığı ilə üzləşib  

12:37
23 Noyabr

Los-Anceles avtomobil sərgisində yüzlərlə yeni model nümayiş olunur  

12:36
23 Noyabr

Bazar günü hava əsasən yağmursuz olacaq  

12:35
23 Noyabr

İraq Prezidenti Trampın dünyaya sülh gətirəcəyinə əmindir  

12:34
23 Noyabr

Fəqərəarası disk yırtığı əməliyyatı icbari tibbi sığortanın təminatına daxildir  

12:33
23 Noyabr

“Blue Origin” tarixdə 100-cü qadını kosmosa aparıb  

11:39
23 Noyabr

Ukrayna ballistik raketlər istehsalı üzərində işləyir  

11:10
23 Noyabr

DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

11:01
23 Noyabr

Dünyanın ən hündür və ən qısaboy qadınları Londonda görüşüblər  

10:40
23 Noyabr

AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat alıb  

10:39
23 Noyabr

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb  

10:19
23 Noyabr

Putin: Bu gün dünyada “Oreşnik”i ələ keçirə biləcək vasitə yoxdur  

10:05
23 Noyabr

“Cumhuriyet”: COP29 qlobal ekoloji gündəmdə Türkiyənin mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımdır  

09:55
23 Noyabr

COP29 iştirakçısı: Asiya və Avropa arasında körpü olan Azərbaycanın inkişaf etmiş mədəniyyəti var  

09:33
23 Noyabr

Ömrünü hüquq elminin inkişafına həsr etmiş fədakar alim

09:10
23 Noyabr

Yardımlıda 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmiri başa çatıb

09:05
23 Noyabr

Daşkəsəndə bitən nadir bitkilərə ikinci həyat verilir

09:00
23 Noyabr

COP29 günlərində Azərbaycan həm də multikultural ölkə olduğunu bəşəriyyətə nümayiş etdirdi

08:55
23 Noyabr

"Zəfərimiz kimi COP29-un da əks-sədası uzun illər kəsilməyəcək"

08:50
23 Noyabr

COP29 uğurlu təcrübə kimi tarixə düşəcək

08:45
23 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!