31 Avqust 2024 15:48
90
SİYASƏT
A- A+

YAP Sədrinin müavini Rusiya Federasiya Şurasının müşahidə missiyasının nümayəndələri ilə görüşüb

 

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının müşahidə missiyasının rəhbəri - Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov və Parlament fəaliyyətinin qaydaları və təşkili komitəsi sədrinin müavini Aleksandr Terentyevlə görüşüb.

Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə İlyas Umaxanov Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının müşahidə missiyasının tərkibi və fəaliyyəti haqqında məlumat verib. O, təmsil etdiyi missiyanın geniş müşahidə təcrübəsinə malik olduğunu və Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərə də böyük maraq göstərdiyini söyləyib.

İlyas Umaxanov seçki qanunvericiliyinə uyğun olaraq ədalətli rəqabət mühitinin, o cümlədən namizədlər üçün bərabər imkanların yaradılmasının mühüm əhəmiyyət daşıdığını bildirib.

Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıqla bağlı gördüyü işlər haqqında məlumat verən YAP Sədrinin müavini 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin də ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq rəqabətli mühitdə keçiriləcəyinə əminliyini ifadə edib.

Tahir Budaqov seçkilərə hazırlığın yüksək səviyyədə olduğunu qeyd edərək yerli və beynəlxalq müşahidəçilərə seçki prosesini izləmək üçün bütün şəraitin yaradıldığını qeyd edib.

Sonra YAP Sədrinin müavini Tahir Budaqov müşahidə missiyasını maraqlandıran sualları cavablandırıb və onlara fəaliyyətində uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video