28 Dekabr 2024 21:02
150
SİYASƏT
A- A+
XİN: İl ərzində normallaşma gündəliyi Azərbaycanın milli maraqlarına uyğun şəkildə irəlilədilib

XİN: İl ərzində normallaşma gündəliyi Azərbaycanın milli maraqlarına uyğun şəkildə irəlilədilib


2024-cü il ərzində Ermənistan ilə Azərbaycan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin qarşılıqlı tanınması, hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılması ilə bağlı Azərbaycan tərəfindən irəli sürülmüş gündəlik davamlı olaraq irəlilədilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib. Bildirilib ki, ölkəmizə qarşı Ermənistan və onun havadarları tərəfindən aparılan qarayaxma kampaniyasının qarşısının alınması, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidlərin neytrallaşdırılması istiqamətində addımların beynəlxalq ictimaiyyətə izah edilməsi və bu addımları sual altına almaq və məhdudlaşdırmaq cəhdlərinin qarşısının alınmasına yönəlmiş ardıcıl, sistemli və qətiyyətli xarici siyasət fəaliyyəti həyata keçirilib. İl ərzində Azərbaycan tərəfindən irəli sürülmüş normallaşma gündəliyi birbaşa ikitərəfli danışıqlar yolu ilə ardıcıl, məqsədyönlü şəkildə Azərbaycan Respublikasının milli maraqlarına uyğun şəkildə irəlilədilib.

Qeyd edilib ki, tərəflər arasında aparılan ikitərəfli danışıqlar nəticəsində sazişin mətni üzrə əhəmiyyətli irəliləyiş əldə edilib. Nəticə etibarilə, sazişin mətnində açıq qalan məsələlər ciddi şəkildə azalıb. İl ərzində sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində müsbət nəticələr əldə edilib. İki ölkənin Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə məşğul olan komissiyaların əldə etdiyi razılığa əsasən, Azərbaycanın Ermənistanın işğalı altında olan Bağanıs-Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycanın suveren nəzarətinə qaytarılması təmin edilməklə, dövlət sərhədinin 13 kilometrə qədər hissəsinin delimitasiya və demarkasiyası aparılıb. Sözügedən razılıq Ermənistan tərəfindən işğal altında olan ərazilərin ikitərəfli danışıqlar yolu ilə qaytarılması və iki dövlət arasında rəsmi dövlət sərhədinin bir qisminin delimitasiya və demarkasiyasını təsbit edən ilk nəticə kimi əlamətdar olub.

Bundan əlavə, sərhədin delimitasiyası xüsusunda daha bir ciddi irəliləyiş hər iki tərəfdən müvafiq komissiyaların əsasnamələrinin razılaşdırılması olub ki, bu da komissiyaların növbəti mərhələdə birgə işini tənzimləyərək, prosesin irəli aparılması baxımından mühüm əhəmiyyət kəsb edir. İkitərəfli danışıqlar yolu ilə normallaşma istiqamətində əldə edilmiş irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında və digər normativ-hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların dəyişdirilməsi istiqamətində Ermənistan tərəfinin siyasi iradə nümayiş etdirməməsi fonunda bu ölkədə davam edən revanşizm tendensiyası, xarici qüvvələrin birbaşa dəstəyi ilə Ermənistanın sürətlə silahlanması normallaşma prosesinin yekunlaşdırılması üçün ən ciddi maneə olaraq qalmaqda davam edir. Bu kontekstdə, Ermənistanın yaranmış yeni reallıqda fəaliyyətini başa vurmuş, öz aktuallığını və funksionallığını itirmiş ATƏT-in keçmiş Minsk Prosesinə aid institutların formal mövcudluğunu saxlamaq mövqeyi bu ölkənin normallaşma gündəliyinə sadiqliyini ciddi şəkildə sual altına qoymaqda davam edir.

Diqqətə çatdırılıb ki, regiondan kənar qüvvələrin bir tərəfdən Ermənistanı sürətlə silahlandırması, digər tərəfdən isə müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı əsassız qarayaxma kampaniyasını təşviq etməsi il ərzində danışıqlar prosesinin məntiqi sonluğa çatdırılmasına ciddi əngəl törədib. Xüsusilə, COP29-un ölkəmizdə təşkilindən sui-istifadə etməklə geniş vüsət almış bu kampaniya Azərbaycan tərəfinin sistemli, ardıcıl və məqsədyönlü addımlar nəticəsində əhəmiyyətli dərəcədə neytrallaşdırılıb, normallaşma prosesinin məhz Azərbaycan tərəfinin irəli sürdüyü gündəlik çərçivəsində qurulması təmin edilib.

Bildirilib ki, atılan məqsədyönlü addımlar nəticəsində Azərbaycana qarşı fərqli beynəlxalq platformalarda davamlı şəkildə irəli sürülmüş təşəbbüslərə qarşı mübarizə aparılıb, göstərilən istiqamətlərdə anti-Azərbaycan təşəbbüsləri uğursuzluğa düçar olub. Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı, Azərbaycan xalqının təhlükəsizliyi və firavanlığının təmin edilməsi xarici siyasətimizin əsas məqsədi olmaqla, hər zaman olduğu kimi Ermənistanla normallaşma gündəliyinin və digər aktorlarla əməkdaşlığımızın əsas qayəsini təşkil edəcək. Bundan irəli gələrək, növbəti ildə də milli maraqlarımıza uyğun olaraq, prinsipial, qətiyyətli və ardıcıl fəaliyyət davam etdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu il qeyri-neft-qaz ixracı 2 faizədək artıb

11:06
29 Dekabr

Bu gün Xalq yazıçısı Əzizə Cəfərzadənin doğum günüdür

11:00
29 Dekabr

Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir  

10:24
29 Dekabr

BDYPİ bayram günləri ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

10:04
29 Dekabr

DSX: Narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd edən şəxslər saxlanılıb

10:02
29 Dekabr

Cənubi Koreyada qəzaya uğrayan “Boeing 737” sərnişin təyyarəsində 179 nəfər ölüb

10:01
29 Dekabr

Təyyarə qəzasında həlak olanlar üçün Astanada ehsan verilib  

09:52
29 Dekabr

Qazaxda şəhid məzarları ziyarət olunub

09:15
29 Dekabr

Mənim sualım var

09:10
29 Dekabr

"Mən ədəbiyyat adamıyam, sözdən uzaq düşə bilmərəm"

09:05
29 Dekabr

Zəfər həmrəyliyi

09:00
29 Dekabr

100 yaşlı qəzetin 100 yaşlı redaktoru

08:55
29 Dekabr

Azərbaycan idmanının Hicran Şərifov zirvəsi

08:50
29 Dekabr

Masallıda gənclər və idmançılar bir araya gəldilər

08:45
29 Dekabr

Araz Vadisi İqtisadi Zonasında 13 sahibkara rezidentlik, 2 sahibkara isə qeyri-rezidentlik statusu verilib

08:40
29 Dekabr

Həm də bağlar diyarı Azərbaycan

08:35
29 Dekabr

Azərbaycanın nüfuzunu yüksəldən müstəqil siyasət

08:30
29 Dekabr

Sosial ədalətə əsaslanan cəmiyyətin qurulması dövlətin əsas prioritetlərindəndir

08:25
29 Dekabr

Prezidentin siyasətində əsas hədəf Azərbaycan vətəndaşının sosial rifahıdır

08:20
29 Dekabr

Rifah, güc və dirçəliş gələn ilin dövlət büdcəsinin əsas istiqamətləridir

08:15
29 Dekabr

Həqiqət etiraf olundu

08:10
29 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!