Xərçəng əleyhinə qida məhsulları
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər gün 27 000 insan xərçəngdən həyatını itirir. Yüksək ölümə səbəb, bir qayda olaraq, şişin gec diaqnostikasıdır. Xərçəngin nədən əmələ gəlməsinə birmənalı cavab yoxdur. Lakin ekspertlər bildirir ki, ümumiyyətlə həyat tərzi və xüsusən də qida rasionu ömrün uzunluğuna və bədxassəli şişin inkişaf edib-etməməsinə təsir edə bilər.
AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, xərçəng əleyhinə qidaların siyahısına: xaççiçəklilər fəsiləsinə aid olan tərəvəzlər, qoz-fındıq və tum, eləcə də paxlalılar daxildir.
Brokkoli, kələm, Brüssel kələmi və gül kələmi kimi tərəvəzlərin əksəriyyəti qidalandırıcı maddələrlə zəngindir, onlar həm bişmiş, həm də çiy halda qəbul edilə bilər. Onların tərkibində bədəndə xərçəng şişlərinin və iltihabın inkişafının qarşısını ala bilən minerallar, vitaminlər, antioksidantlar və sulforafan fitokimyəvi maddələr var.
Bundan əlavə, bu tərəvəzlər ürək xəstəlikləri riskini azaldır və immun sistemini gücləndirir.
Qoz-fındıq və tum xərçəng əleyhinə xüsusiyyətləri ilə tanınan Aralıq dənizi pəhrizinin tərkib hissəsidir. Fındıq və tumun əlavə edilməsi bədəni zülallar, faydalı yağlar, vitaminlər, fitosterollar, minerallar və uzunömürlülük üçün lazım olan antioksidant xüsusiyyətləri kimi əsas qidalarla təmin edirlər. Ekspertlər bildirirlər ki, bu məhsullar aşağı glisemik indeksə malikdirlər, çəkiyə nəzarət etməyə kömək edir, aclıq hissini azaltmaqla kalori qəbulunu tənzimləyir, ürək xəstəlikləri və bəzi xərçəng növləri riskini azaldırlar.
Doymamış yağlarla zəngin olan qoz-fındıq qanda xolesterinin səviyyəsinə nəzarət etməyə qadirdir. Gündə 28-30 qram – təxminən bir ovuc qoz-fındıq istehlak etmək tövsiyə olunur.
Paxlalı bitkilərin müntəzəm istehlakı nişasta və lif səviyyəsini artırır. Ekspertlər vurğulayırlar ki, bu, aclıq hissini azaltmağa, qanda şəkərin səviyyəsini sabitləşdirməyə, xolesterinin səviyyəsini tənzimləməyə, xərçəng hüceyrələrinin böyümə riskini azaltmağa və bağırsaq sağlamlığını yaxşılaşdırmağa kömək edə bilər.
“Nutrients” jurnalında dərc olunan araşdırmaya görə, lobya təhlükəli visseral qarın piyini azaltmağa kömək edir.
İçkilərdən su və yaşıl çayı seçmək məsləhət görülür.
Araşdırma nəticəsində məlum olub ki, gündə beş stəkandan çox yaşıl çay içənlərin infarkt və ya insultdan ölmə riski bu içkidən imtina edənlərlə müqayisədə 26 faiz azdır.
Digər araşdırma göstərir ki, həftədə ən azı üç dəfə yaşıl çay qəbul edənlər, bunu etməyənlərlə müqayisədə orta hesabla 15 ay daha çox yaşayırlar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanın qadın voleybolçularından ibarət millisi İslamiadada bürünc medala sahib olub
15 Avqust
Quba rayon sakini Abil Zeynalovun sağ olmasına baxmayaraq, ölmüş elan edilməsi faktı ilə bağlı araşd...
15 Avqust
Adil Əliyev: Prezident İlham Əliyev Basqalda Ermənistana sərt və birmənalı şəkildə xəbərdarlıq etdi...
15 Avqust
Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi üzərində iş davam edir
15 Avqust
“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb
15 Avqust
Balakəndə genişmiqyaslı əməliyyatlar keçirilib, 7 nəfər saxlanılıb
15 Avqust
ASCO-nun 2500 tonluq kran gəmisi “Abşeron” yatağında görüləcək işlərə cəlb olunub
15 Avqust
ANAMA: Ötən həftə 685 hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
15 Avqust
V İslam Həmrəyliyi Oyunları: Ağırlıqqaldırma üzrə Azərbaycan idmançısı gümüş medal qazanıb...
15 Avqust
İdxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb
15 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
KİFAYƏTDİR!

7 körpü, 7 tunel, 30 yeraltı keçid

Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə ver...

Konyada V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilibAzərbaycan Prezidenti İl...

Məşğulluğun təminatı dövlətin sosial siyasətinin ana xəttidir

ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!