Xalq-Prezident birliyinin yeni nümunəsi
Prezident İlham Əliyevin unikal keyfiyyətlərindən biri də qətiyyətli lider kimi yorulmadan islahatlara istiqamətlənməsidir. O, iqtisadiyyatda, daxili və xarici siyasətdə, dövlət quruculuğunun bütün istiqamətlərində tükənməyən yeniliklərə köklənməyi bacaran nadir dövlət başçılarındandır.
Bu baxımdan Azərbaycan Prezidentinin bu il yanvarın 12-də yerli telekanallara verdiyi müsahibə həm də dövlətlə mətbuat arasındakı münasibətlərdə tətbiq olunan yenilik kimi qiymətləndirilə bilər.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi 30 illik qısa bir zaman kəsiyini əhatə etsə də, biz əsrlərlə ölçülən sonsuz yeniliklərin, ardıcıl aparılan islahatların və davamlı inkişafın şahidiyik. Bütün bunlar təbii ki, Azərbaycan Prezidentinin ardıcıl olaraq islahatlara və sosial rifahın yüksəlməsinə göstərdiyi səylərin nəticəsidir.
İdeoloji müstəvidə sonuncu müsahibəni nəzərdən keçirəndə görürük ki, bu tədbir artıq bütün dünya liderlərinin keçirdikləri illik mətbuat konfranslarının təkrarı deyil. Birinci diqqətçəkən odur ki, tədbirə dəvət alan televiziya kanallarının sayı çoxdur və onlar müxtəlif təmayüllüdür. Biz əsasən ona alışmışdıq ki, belə geniş müsahibə adətən bir kanala verilir və orada jurnalistin müsahiblə dialoquna yer qalmır. Bu baxımdan beş yerli televiziya kanalının iştirakı ilə keçirilən müsahibə daha sanballı və daha canlı təsir bağışlayır.
Tədbirin belə dialoq formatında keçirilməsi həmçinin dövlətin birinci şəxsinə gündəmi maraqlandıran daha çox sualların verilməsinə, cavabların daha maraqlı, daha əhatəli olmasına səbəb olur. Bu baxımdan təsadüfi deyil ki, 3 saata yaxın davam edən müsahibədə ölkə əhalisini və beynəlxalq ictimaiyyəti maraqlandıran, rahatsız edən əksər məsələlər qaldırılmış və onlara ətraflı cavablar verilmişdir.
Onu da qeyd edək ki, dünyada dövlət başçılarının mətbuatla görüşləri qəbul edilmiş prosedur qaydalarından biridir. Nadir halda istisna ola bilər ki, hər hansı bir lider belə tədbirdən imtina etsin. Birinci şəxslərin mətbuat konfranslarının keçirilməsi üçün vahid qaydalar mövcud deyil və hər bir liderin komandası bu tədbirləri bir-birindən o qədər də fərqlənməyən üslubda təşkil edir. Məsələn, Amerika Birləşmiş Ştatlarında mətbuat nümayəndələri ilə ildə bir dəfə keçirilən görüşlər ziyafət kimi təşkil olunur. Klinton, kiçik Buş, Obama belə məclisləri aprel ayında keçirirdilər. Amma Tramp ilk dəfə bu ənənəni gözlənilmədən və səbəbini izah etmədən pozaraq mətbuat təmsilçiləri ilə şam yeməyindən imtina etdi. Bu, əslində, başa düşülən idi. Çılğın hisslərini cilovlamaqda özünə əziyyət verməyən Tramp hakimiyyətə gəldiyi gündən məğlub edildiyi son anadək ABŞ mətbuatı ilə yola gedə bilmədi.
Almaniyada federal kansler hər yay 200 nəfərə yaxın jurnalistin iştirakı ilə mətbuat konfransı keçirir və bu görüş adətən 80-100 dəqiqə arasında olur. Belarus Prezidenti Lukaşenko ilin əvvəlində və sonunda böyük mətbuat konfransları keçirir. Dəvət alan mətbuat təmsilçilərinin əvvəlki illərdə sayı 400-ə çatırdısa, 2014-cü ildən onların sayı 50-yə endirildi.
Fransada illik mətbuat konfransları hər il iyulun 14-də - Bastiliyanın alındığı gün təşkil olunur. Amma Emmanuel Makron da bir neçə il əvvəl, ümumiyyətlə, ənənəvi illik mətbuat konfranslarından imtina etmişdir. Seçicilərdən alqış əvəzinə şapalaq qazanan Makron belə bir məzəli izahat verdi ki, “onun mürəkkəb düşüncə tərzi jurnalist sorğularının formatı ilə uzlaşmır”.
Beləliklə, aydın görünəni odur ki, dünyada dövlət və hökumət başçılarının mətbuat konfransları ilə bağlı vahid, hamı tərəfindən qəbul edilmiş format yoxdur. Bu tədbirlər bənzər olduqları qədər də fərqlidirlər.
Azərbaycan müstəqilliyini bərpa etmiş gənc dövlət olmasına baxmayaraq, belə tədbirlərin keçirilməsində bir çox ölkələrdən daha zəngin təcrübəyə malikdir. Xüsusən 44 günlük Vətən savaşı zamanı dövlətimizin başçısının xarici mətbuat nümayəndələrinə verdiyi müsahibələr bu zənginliyin ən ideal təsdiqidir. Bir də biz onun şahidiyik ki, Azərbaycan Prezidenti sıravi insanlar üçün hamıdan yaxın və açıq olan dövlət başçılarındandır. Çünki İlham Əliyev cəmiyyətlə əlaqələrin inkişafına xüsusi önəm verir. O, bölgələrə səfərlərində də vaxt taparaq insanlarla görüşür, onların dərd-səri ilə maraqlanır, eyni zamanda xalqa gələcək perspektivləri izah edir. Ən əsası isə qətiyyətli lider kimi hamını öz ətrafında birləşdirməyi və bütün qüvvələri səfərbərliyə almağı bacardığını ortaya qoyur.
Bahadur İMANQULİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır
19 Aprel
Hərbi əməliyyatlara fasilə verməyəcəyik - Lavrovdan AÇIQLAMA
19 Aprel
İsrail-İran münaqişəsinə görə təcili iclas çağırıldı
19 Aprel
Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19 Aprel
Maduro: ABŞ-nin sanksiyalarına baxmayaraq neft sənayemiz inkişaf edəcək
19 Aprel
Donald Tramp: Ukraynaya dəstək artırılmalıdır
19 Aprel
Yens Andersson: Məşqçinin bəyəndiyi oyunçuları almaq lazımdır
19 Aprel
Qazaxıstan və Qırğızıstan prezidentləri razılığa gəldilər
19 Aprel
İsrail Suriyanı bombaladı
19 Aprel
Konfrans Liqası: "Fənərbağça" mübarizəni dayandırıb
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!