28 Yanvar 2022 23:38
814
SİYASƏT
A- A+

Vladanka Andreyeva: BMTQAK azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına geri qayıtması üçün Azərbaycana dəstək göstərməyə hazırdır

 

Yanvarın 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, V.Andreyeva Azərbaycanı ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunda sədrliyə başlaması münasibətilə təbrik edərək, sədr qismində ölkəmizin müəyyən etdiyi prioritetləri alqışlayıb və sədrlik dövründə ona uğurlar arzulayıb. O, 2021-ci ilin oktyabrında BMTQAK missiyasının ölkəmizə səfər etməsini məmnunluqla xatırlayaraq, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması məsələsində BMTQAK-ın Azərbaycan hökumətinə dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Ölkəmizin BMT–nin digər ixtisaslaşmış qurumları və fondları ilə əməkdaşlığına toxunan V.Andreyeva BMT-nin Ətraf Mühit Proqramının işğaldan azad olunmuş ərazilərdə biomüxtəliflik və ekosistemlərin bərpasına dəstək göstərməyə hazır olduğunu bildirib. O, 2022-ci ildə qeyd olunacaq Azərbaycanın BMT üzvlüyünə qəbul edilməsinin 30 illiyi ilə əlaqədar il ərzində silsilə tədbirlərin keçirilməsinin planlaşdırıldığı barədə məlumat verib.

Nazir Ceyhun Bayramov ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumuna sədrliyin vacibliyini vurğulayaraq ölkəmizin prioritetlərini təqdim etmək üçün Vyanaya səfər etdiyini və Forum çərçivəsində ATƏT iştirakçı ölkələrinin nümayəndə heyətləri ilə faydalı fikir mübadiləsi apardığını bildirib. Sədrlik dövründə Azərbaycanın bir sıra qlobal çağırışlara diqqət ayıracağını qeyd edib. BMTQAK missiyasının ölkəmizə səfərinin uğurla həyata keçdiyini bildirən nazir, həmçinin BMT-nin digər agentlikləri ilə faydalı əməkdaşlığın mövcud olduğunu ifadə edib.

Azərbaycanın ətraf mühit məsələlərinə böyük önəm verdiyini deyən nazir azad olunmuş ərazilərin yaşıl enerji zonası elan edildiyini xatırladıb və burada bütün layihələrin ətraf mühit məsələlərinə xüsusi diqqət yetirilməklə icra olunduğunu diqqətə çatdırıb.

Azərbaycanın BMT üzvlüyünə qəbul edilməsinin 30 illiyi ilə əlaqədar Azərbaycan hökuməti tərəfindən də bir sıra tədbirlərin keçirilməsinin planlaşdırıldığı vurğulanıb.

Görüşdə, həmçinin miqrasiya, Dayanıqlı İnkişaf Məqsədləri və digər sahələrdə praktiki əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video