14 Iyun 2022 15:33
912
Səhiyyə
A- A+

Vitaminlərlə zəngin qidaları düzgün və mütəmadi qəbul etmək immuniteti gücləndirir

İnsan orqanizmində immunitetin aşağı olması istənilən fəsildə xəstələnməyə imkan verir. Ona görə də immunitetin gücləndirilməsi ən yaxşı üsuldur. İmmunitet orqanizm üçün müdafiə funksiyasını yerinə yetirir. Onu xəstəliklərdən, arzuolunmaz bioloji hücumlardan qorunmaq üçün mütəmadi olaraq düzgün qidalanmaq lazımdır.

AZƏRTAC xəbər verir ki, həkim-terapevt Yeganə Cəfərova deyib: “Qış mövsümündən çıxandan sonra növbəti mövsümlərə hazırlıq üçün immunitet sistemini gücləndirmək lazımdır. Bunun üçün ilk növbədə düzgün qida rasionu seçilməlidir və sağlam həyat tərzi bu sahədə mühüm rol oynayır. Daha çox süd və süd məhsulları, dənli, paxlalı bitkilər, tərkibində askorbin turşusu olan sitrus bitkiləri-portağal, mandarin, limon, arı südü, bal və s. kimi qidalar immuniteti gücləndirir”.

Hazırda xəstəliklərin profilaktikası kimi immun dərmanlarının qəbulu az qala dəbə düşüb. Həmin preparatların müsbət və mənfi təsirləri var. Mütəxəssislər immuniteti gücləndirmək üçün qida və preparatlardan düzgün istifadəni tövsiyə edirlər, çünki onların qeyri-düzgün qəbulu müxtəlif fəsadlar törədə bilər. Ona görə də immun sisteminin profilaktikası üçün sağlam həyat tərzi və vitamin qəbulu kifayətdir. Həkim-terapevtin dediyinə görə, tez-tez, mütəmadi olaraq xəstələnmək, özünü ümumi halsız hiss etmək, əmək qabiliyyətinin azalması və s. keyfiyyətlər immunitetin zəifləməsini göstərən amillərdir.

Mütəxəssislər bildirirlər ki, indi bütün dünyada geniş yayılan yeni növ koronavirusa (COVID-19) qarşı müalicə, onu yox edən dərman vasitəsi olmasa da, immuniteti gücləndirən qidalara üstünlük vermək virusa qarşı mübarizədə ən doğru yoldur. Bəzən çox qida qəbul etməklə orqanizmin müqavimətini artırmağı düşünürlər. Lakin bu, qətiyyən doğru deyil. İmmuniteti gücləndirmək üçün vitaminlərlə zəngin qidaları balanslı və mütəmadi qəbul etmək lazımdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video