10 Yanvar 2022 18:11
1340
Səhiyyə
A- A+

Vitaminlərin aşırı dozada qəbul edilməsi orqanizmdə fəsadlara səbəb ola bilər

 

Özümüzü halsız, yorğun hiss edəndə orqanizmdə vitamin çatışmazlığı olduğunu düşünürük. Bunu təmin etmək, immuniteti gücləndirmək üçün vitamin kompleksləri qəbul edilir. Bu isə müxtəlif xəstəliklərə səbəb ola bilər. Məsələn, həkim məsləhəti olmadan qəbul edilən A vitamini qaraciyər, C vitamini böyrək və mədə üçün təhlükəlidir.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-terapevti Nərgiz Kərimova deyib: “Vitaminlərin qəbul olunması xəstəliklərin gedişini daha da yüngülləşdirir. Lakin bəzi xəstəliklər var ki, bu zaman vitaminlərin həkim məsləhəti olmadan qəbulu fəsadlar törədə bilər. Məsələn, allergik xəstəlikləri olanlarda müəyyən vitaminlər, xüsusilə C vitamini daha çox reaksiya yarada bilər. Son vaxtlar D vitaminin qəbul edilməsi xüsusilə çoxalıb, bu da bəzən vitamin artıqlığına səbəb olur”.

Araşdırmalar göstərir ki, çoxlu vitamin qəbulu prostat xərçənginin yaranmasına da aparıb çıxar bilir: “Elə insanlar var ki, onlar orqanizm daxilində nələr və hansı miqdarda olmağından xəbərsizdirlər. Bu zaman onlar vitaminləri qəbul edərək onkoloji prosesləri sürətləndirir və həmin proseslər vitaminlərin köməyi ilə daha sürətlə gedir. Aşırı dozada B vitaminlərinin qəbulu onkoloji xəstəliklərin sürətlənməsinə səbəb ola bilər. Bundan başqa K, A və E vitaminlərinin qəbul edilməsi də orqanizmdə müəyyən toksiki problemlərə səbəb ola bilər”, - deyə müsahibimiz bildirib.

İnsan xəstələndiyi zaman ilk olaraq C vitamininə müraciət edir, ancaq onun yüksək dozada və uzun müddət qəbul edilməsi oksalat daşlarını formalaşdıra bilər. Anemiya xəstəlikləri zamanı dəmirlə birlikdə C vitamini tövsiyə edilir. Həkim-terapevtin dediyinə görə, ancaq dəmir yığını olan hemokomotoz vəziyyətlərdə və hemolitik anemiyalarda həmin dərmandan istifadəsi tövsiyə edilmir: “Bütün vitaminlər kimyəvi maddələrdən təşkil olunub. Vitaminlərdən istifadə edərək xəstəliklərin qarşısını almaq üçün bunu təbii yolla meyvə-tərəvəzlərdən düzgün istifadə etməklə də balansı normallaşdırmaq olar”.

Vitamin qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır. İmmun sistemini gücləndirmək üçün ən yaxşı üsul təbii yollarla vitamin ehtiyacını ödəməkdir. Mövsümə uyğun qəbul edilən təbii şirələr ən zəngin vitamin və mineral qaynağıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video