26 Yanvar 2022 12:52
802
İQTİSADİYYAT
A- A+

Vergi güzəşti verilən fiziki şəxslər üçün şərtlər asanlaşdırılıb

Vergi Məcəlləsinə edilən dəyişikliklər fiziki şəxslərə verilən vergi güzəştləri ilə bağlı müddəaları da əhatə edir.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən vergi mütəxəssisi İlqar Əsədovun sözlərinə görə, Vergi Məcəlləsinə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində həyata keçirilir: “Əvvəllər hər hansı statusa uyğun gələn şəxs müvafiq statusunu təsdiq edən sənədləri nə zaman təqdim edərdisə, işəgötürənlər də həmin aydan etibarən onun gəlirlərinə güzəşt tətbiq edirdi və əvvəlki tarixləri nəzərə almırdılar. Bu barədə bəyannamələrdə hər hansı dəqiqləşdirilmə verilmirdi. Dəyişiklikdən sonra qüvvəyə minmiş yeni yanaşmaya görə, işə cari ilin yanvar ayında başlayan vergi güzəşti hüququ olan şəxs, məsələn, dekabr ayında güzəşt hüququnu təsdiq edən sənədi təqdim etsə, mühasibat onun güzəşt hüququnu əmək müqaviləsinin hüququ qüvvəyə mindiyi tarixdən, yəni yanvar ayından nəzərə almalıdır”.

İ.Əsədov diqqətə çatdırıb ki, dəyişiklik real çətinliklərin aradan qaldırılması məqsədi daşıyır. Bir sıra hallarda güzəşt hüququ olan şəxslər, müvafiq arayışları, sənədləri almaqda ciddi çətinliklər çəkirlər.

Dəyişiklik başqa bir problemi də həll edir. İndiyədək güzəşt hüququ sənədlərin təqdim edildiyi andan yaranırdı. Bu isə o deməkdir ki, işçi sənədi mühasibata ayın 17-də təqdim etdiyi halda, həmin ayın ilk 17 gününə güzəşt tətbiq olunmurdu. Bu isə bəyannamələrin təqdim edilməsi baxımından texniki çətinlik yaradırdı: “Bundan başqa, sənədlərin təqdim edildiyi an ifadəsi işi bir qədər də çətinləşdirirdi: bəzən verilmiş arayışın, sənədin tarixi başqa ola bilər, lakin işçi onu müəyyən səbəblərdən iş yerinə bir qədər gec təqdim edə bilərdi. Yeni dəyişikliklə bu cür hallar aradan qalxmış oldu”, - deyə iqtisadçı qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video