09 Sentyabr 2022 00:20
761
Mədəniyyət
A- A+

Üzeyir bəy Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı keçiriləcək

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1995-ci ildə imzaladığı müvafiq fərmana uyğun olaraq, ölkəmizdə 18 sentyabr - dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin doğum günü musiqi bayramı - "Üzeyir musiqi günü" kimi qeyd edilir.
Hər il bu əlamətdar gün münasibətilə respublikamızda silsilə tədbirlər - konsertlər, sərgilər təşkil olunur. 2009-cu ildən etibarən isə sentyabr ayında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir bəy Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir. Ənənəvi olaraq 18 sentyabrda başlanan festivalda görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.
Bu il də Üzeyir bəy Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır. 18-26 sentyabr tarixini əhatə edəcək festival üçün xüsusi konsepsiya işlənib hazırlanıb. Builki festivalın proqramı xüsusilə zəngindir və musiqisevərlərin könlünü oxşayacaq.
Festivalın əsas proqramı ilə yanaşı, "Üzeyir ənənəsinin sönməyən ulduzları" adı altında bu il yubileyləri olan musiqi xadimlərinə həsr olunan proqram və "Üzeyir sənətinin gənclik sədaları" adı altında gənclik proqramı da tərtib edilib.
Bu il Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Şuşa ili", habelə Fikrət Əmirovun 100 illiyi dövlət səviyyəsində qeyd olunur. Bu münasibətlə festival çərçivəsində Şuşa şəhərində bir neçə tədbirin təşkili, eyni zamanda ölkəmizin digər şəhər və bölgələrində - Gəncə, Bərdə, Ağcabədidə konsert və tamaşaların nümayişi planlaşdırılıb.
Üzeyir bəy Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalına müxtəlif ölkələrdən solistlər, dirijorlar, kollektivlər dəvət olunub. Festivalda ABŞ, Norveç, Fransa, Avstriya, Almaniya, Türkiyə, Yunanıstan, Qazaxıstan, Bolqarıstan, Macarıstan, Rusiya, Yaponiya, Cənubi Koreya, Almaniya və Gürcüstandan musiqiçilərin iştirakı gözlənilir. 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video