24 Noyabr 2022 14:42
407
DÜNYA
A- A+

ÜST: Dünyada COVID-19-a yoluxma hallarının sayı həftə ərzində 5 faiz azalıb

 

Həftə ərzində (14-20 noyabr) dünyada 2,4 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 7 mindən çox insan ölüb. AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülleteninə istinadla xəbər verir ki, ötən yeddi gün ilə müqayisədə xəstəliyə yoluxma hallarının sayı 5 faiz, ölüm hallarının sayı isə 13 faiz azalıb.

ÜST-nin məlumatına əsasən, dünyada həftə ərzində 2 433 581 yoluxma halı və 7 802 ölüm halı qeydə alınıb. Ötən yeddi gün (7 - 13 noyabr) ilə müqayisədə xəstəliyə yoluxma hallarının sayının artımı Cənubi-Şərqi Asiya (8 faiz) və Amerikada (3 faiz) qeyd edilib. Eyni zamanda Şərqi Aralıq Dənizində yoluxma hallarının sayı 22 faiz, Avropada - 11 faiz, Afrikada isə - 9 faiz azalıb.

Xəstəliklə bağlı ölüm hallarının sayı Avropada (26 faiz), Şərqi Aralıq Dənizində (20 faiz) və Amerikada (11 faiz) azalıb. Eyni zamanda ölüm hallarının sayının artımı keçən həftə Afrikada (124 faiz) və Cənubi-Şərqi Asiyada (13 faiz) qeydə alınıb.

Yaponiya həftə ərzində xəstəliyə ən çox - 593 075 yoluxanlar barədə məlumat verib. Daha sonra Koreya Respublikası (364 536), ABŞ (274 067), Fransa (186 446) və Çin (158 813) yer alıblar. Birləşmiş Ştatlarda yeddi gün ərzində ən çox - 2 202 ölüm halı qeydə alınıb. Bülletendə qeyd edildiyi kimi, ondan sonra Yaponiya (702), Çin (476) və Fransa (441) və Rusiya (430) qərarlaşıb.

Noyabrın 23-nə olan məlumata görə ÜST-yə pandemiya başlayandan bəri koronavirusla bağlı 635 709 158 yoluxma halı və 6 603 803 ölüm halı barədə məlumatlar daxil olub. Son gün ərzində 300 498 yoluxma halı aşkar edilib, 738 nəfər ölüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video